Tikinti sahəsində işlərin təşkilini və koordinasiyasını həyata keçirir, 5 il təcrübə tələb olunur.
Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
- Tikinti sahəsində gündəlik işlərin təşkilini və icrasını təmin edir;
- Təsdiq edilmiş layihə, işçi çertyojlar, texniki şərtlər və digər texniki sənədlər əsasında işlərin yerinə yetirilməsini təşkil edir;
- İşlərin müəyyən edilmiş qrafikə uyğun aparılmasına nəzarət edir və gecikmələrin qarşısının alınması üçün tədbirlər görür;
- İşçi qüvvəsinin sahə üzrə düzgün bölüşdürülməsini və işçilərin işlə təmin olunmasını təşkil edir;
- İşçilərə görüləcək işlərin ardıcıllığı və icra qaydaları barədə tapşırıqlar verir;
- Gündəlik görüləcək işlərin planlaşdırılmasını həyata keçirir və nəticələrini nəzarətdə saxlayır;
- Tikinti sahəsində işlərin texnoloji ardıcıllığının və müəyyən edilmiş standartlara uyğun aparılmasını təmin edir;
- İcra olunan işlərin keyfiyyətinə ilkin operativ nəzarət edir;
- Aşkar edilmiş keyfiyyət problemləri, uyğunsuzluqlar və texniki çatışmazlıqlar barədə rəhbərliyə məlumat verir və onların aradan qaldırılmasını təşkil edir;
- Tikinti materiallarının, konstruksiyaların və digər resursların sahəyə vaxtında çatdırılmasını və düzgün istifadəsini koordinasiya edir;
- Materialların və avadanlıqların normativlərə və təyinatına uyğun istifadəsinə nəzarət edir;
- İşlərin icrası üçün tələb olunan texnika və mexanizmlərdən səmərəli istifadəni təşkil edir;
- Texnika və avadanlıqların iş prosesində təhlükəsiz və təyinatına uyğun istifadəsinə nəzarət edir;
- Sahədə görülən işlərin faktiki vəziyyətini gündəlik izləyir və rəhbərliyə məlumat təqdim edir.
- İşlərin icrası zamanı yaranan texniki və təşkilati problemlərin müəyyən edilməsində və həllində iştirak edir.
- Podratçı və subpodratçı işçilərin sahədə fəaliyyətinin koordinasiyasında iştirak edir.
- Görülmüş işlərin həcmləri barədə məlumatların düzgün və vaxtında təqdim edilməsini təmin edir.
- Tikinti sahəsində işçi qüvvəsi, material, texnika və iş həcmləri üzrə faktiki məlumatları toplayır və aidiyyəti şəxslərə təqdim edir.
- İş yerinin səliqəli və təhlükəsiz saxlanılmasını təmin edir;
- İşlərin icrası zamanı əmək resurslarından səmərəli istifadəni təmin edir;
- İşlərin təhvil-təslim prosesində iştirak edir və tələb olunan məlumat və sənədlərin hazırlanmasına kömək edir;
- Səlahiyyətləri çərçivəsində müəssisənin digər struktur bölmələrinin əməkdaşları ilə işgüzar əlaqələr qurur;
- Müəssisənin əmlakının, materiallarının, avadanlıqlarının və digər resurslarının qorunmasına nəzarət edir;
- Müəssisənin daxili prosedur və qaydalarına uyğun olaraq digər tapşırıqları yerinə yetirir.
Namizədə tələblər:
- Cins: kişi;
- Yaş həddi: 35-55;
- Müvafiq vəzifə üzrə azı 5 il iş təcrübəsi;
- Ali təhsil (Sənaye və mülki tikinti və ya inşaat mühəndisliyi üzrə);
- Məsuliyyətli;
- İdarəetmə bacarığı;
- Problem həlletmə və analitik düşünmə qabiliyyəti;
- Konfidensiallığı qoruyub saxlamaq bacarığı;
- İşgüzar ünsiyyət və komandada işləmə bacarığı;
- MS Office və Autocad proqramlarını yaxşı səviyyədə bilmək.
İş şəraiti:
- İş yeri: Bakı şəhəri;
- İş rejimi: 6 günlük;
- Korporativ nömrə ilə təmin olunma;
- Əmək haqqı razılaşma əsasında.
Yalnız yuxarıda göstərilən tələblərə uyğun namizədlərin CV-lərini (yalnız Azərbaycan dilində) Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərmələri xahiş olunur.
Qeyd: Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində mütləq şəkildə göstərməyiniz xahiş olunur.
Şirkət haqqında
2016-cı ildən etibarən fəaliyyət göstərən “GM Construction” qısa zaman kəsiyində ölkəmizin tikinti sektorunun əhəmiyyətli iştirakçılarından birinə çevrilməyi bacarmışdır.
GM Construction — bütün vakansiyalarMüraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Tikinti layihələrinin sahədə icrasını təşkil edir və 15 ildən çox təcrübə tələb olunur
Beton prekast istehsalatında planlama, hesabat və keyfiyyətə nəzarət işlərini aparır.
Tikinti layihələrinin planlaşdırılması, koordinasiyası və icrasına texniki dəstək göstərir, inşaat mühəndisliyi üzrə təhsil tələb olunur.


