Tikinti sahəsində layihə və işçi qruplarını koordinasiya edən, texniki problemləri həll edən mühəndis.
Vakansiya haqqında
Əsas vəzifələr
- Layihə üzrə texniki sənədləri (çertyojlar, spesifikasiyalar, hesabatlar və s.) oxumaq və təhlil etmək;
- Layihələrin tikinti norma və qaydalarına (AzDTN, TNvəQ, DÜİST) uyğunluğunu yoxlamaq;
- Texniki həllər təklif etmək və layihədəki uyğunsuzluqları aşkar edib müvafiq düzəlişlər üçün layihəçi ilə əlaqə saxlamaq;
- Tikinti prosesinin mərhələli şəkildə düzgün və keyfiyyətli icrasını təmin etmək;
- İş planına və iş cədvəlinə uyğun gedişatı izləmək və uyğunlaşmanı təmin etmək;
- Tikinti sahəsində istifadə olunan materialların, texnika və avadanlıqların düzgünlüyünə və istifadəsinə nəzarət etmək;
- Sahədə çalışan ustalar və fəhlələrlə işləmək, onlara texniki göstərişlər vermək;
- Görülən işlərin texniki keyfiyyətini yoxlamaq, lazımi test və yoxlamaların aparılmasını təmin etmək;
- Tikintidə istifadə olunan materialların standartlara (sertifikatlar və s.) uyğunluğunu yoxlamaq.
Tələblər
- Ali texniki təhsil — inşaat mühəndisliyi ixtisası üzrə;
- Tikinti sahəsində minimum 3 il iş təcrübəsi;
- Layihə-smeta sənədlərini və texniki çertyojları oxuma bacarığı;
- Forma № 2, Forma № 3, gizli işlər aktları və texniki jurnalların hazırlanması üzrə təcrübəsi olan;
- Tikinti norma və qaydalarını bilməsi;
- AutoCAD və MS Office proqramlarında işləmək bacarığı.
Bilik və bacarıqlar
- Autocad
- Microsoft Office
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Sahə mühəndisi üzrə bazar adətən 1 350–2 250 ₼ ödəyir, median — 1 675 ₼.
16 açıq vakansiya, 6 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Sahə mühəndisi kimi öz maaşını yoxlaŞirkət haqqında
Karabakh Group müvafiq sahədə uzun illər təcrübə qazanmış yüksək səviyyəli əməkdaşlardan təşkil olunmuş tikinti şirkətdir.
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
Tikinti sahəsində minimum 3 il iş təcrübəsi tələb olunur.
AutoCAD və Microsoft Office proqramlarında işləmək bacarığı tələb olunur.
Ali texniki təhsil — inşaat mühəndisliyi ixtisası üzrə olmalıdır.
Forma № 2, Forma № 3, gizli işlər aktları və texniki jurnalların hazırlanması üzrə təcrübə tələb olunur.
Bəli, tikinti norma və qaydalarını bilməsi tələb olunur.
Namizəd CV-ni elektron poçt vasitəsilə göndərməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarSahə mühəndisi üzrə Bakıda digər açıq elanlar.
Tikinti prosesini idarə edir, keyfiyyətə nəzarət edir və AutoCAD bilikləri tələb olunur
Tikinti sahəsində sahə mühəndisi kimi layihə sənədlərini oxuyur və işlərin icrasına nəzarət edir
Fit-out sahəsində sahə işlərinin idarə olunması və texniki sənədlərlə işləmək bacarığı tələb olunur.


