Sahədə iş prosesini təşkil edir, briqadanı idarə edir və layihə sənədləri ilə işləməyi bacarır.
Vakansiya haqqında
Vertex Industrial Company tikinti və təmir layihələrində çalışmaq üçün təcrübəli Prorab - Tikinti işləri üzrə mütəxəssis axtarır.
Əsas vəzifə öhdəlikləri:
- Tikinti və təmir işlərinin sahədə gündəlik təşkili və icrasına nəzarət;
- İşçi və ustalar arasında iş bölgüsünün aparılması və görülən işlərin koordinasiyası;
- İşlərin layihə, texniki çertyoj və müəyyən edilmiş iş həcminə uyğun yerinə yetirilməsinə nəzarət;
- Beton, hörgü, suvaq, boya, döşəmə, üzlük və digər ümumi tikinti-təmir işlərinin icrasına nəzarət;
- Tikinti materiallarına olan tələbatın müəyyən edilməsi və materialların düzgün istifadəsinə nəzarət;
- Görülən işlərin keyfiyyətinin və müəyyən edilmiş müddətlərə uyğunluğunun yoxlanılması;
- Sahədə yaranan texniki məsələlərin operativ həllinin təmin edilməsi;
- Gündəlik görülən işlərin və işçi qüvvəsinin izlənilməsi;
- Layihə rəhbərliyinə işlərin gedişatı barədə məlumat və hesabatların təqdim edilməsi;
- Sahədə HSE və əməyin mühafizəsi tələblərinə riayət olunmasına nəzarət.
Namizədə tələblər:
- Tikinti sahəsində Prorab və ya oxşar vəzifədə minimum 3-5 il iş təcrübəsi;
- Ümumi tikinti, təmir və rekonstruksiya işləri üzrə praktiki bilik və təcrübə;
- Texniki çertyojları oxuma və işləri çertyoja uyğun təşkil etmə bacarığı;
- Tikinti materialları və iş texnologiyaları üzrə yaxşı bilik;
- İşçi və usta heyətini idarə və koordinasiya etmək bacarığı;
- İşlərin həcmini və keyfiyyətini yerində qiymətləndirmək bacarığı;
- Məsuliyyətli, operativ və nəticəyönümlü olmaq;
- Sahədə yaranan problemləri çevik şəkildə həll etmək bacarığı.
Ünvan: Caspian Plaza
Əmək haqqı: 1500 AZN
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Tikinti üzrə mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına təqdim edə bilərlər.
Sadəcə vakansiya tələblərinə cavab verən namizədlərin cv-ləri dəyərləndiriləcək.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
Sahə rəisi üzrə bazar adətən 1 075–2 000 ₼ ödəyir, median — 1 750 ₼.
14 açıq vakansiya, 8 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Sahə rəisi kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Caspian Plaza, Bakı şəhərində yerləşir.
Tikinti sahəsində minimum 3-5 il iş təcrübəsi tələb olunur.
Əmək haqqı 1500 manatdır.
İş saatları və iş günləri barədə məlumat verilməyib.
Namizəd CV-ni mövzu hissəsində “Tikinti üzrə mütəxəssis” qeyd etməklə təqdim etməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarSahə rəisi üzrə Bakıda digər açıq elanlar.
Daxili təmir-tamamlanma işlərini idarə edir və keyfiyyətə nəzarət edir.
Tikinti sahəsində böyük layihələrdə işləri idarə edir, 5-7 il təcrübə tələb olunur.

