Tikinti sahəsində işlərin keyfiyyətli icrasına nəzarət edir və komanda rəhbərliyi bacarığı tələb olunur
Vakansiya haqqında
AQA Şirkətlər Qrupu Caspian Plaza üçün "Kiçik texniki mütəxəssis" vakansiyasını elan edir.
Vəzifə öhdəlikləri:
- Ofis və obyektlərdə aparılan təmir, texniki xidmət, yenidənqurma və quraşdırma işlərinin icrasına nəzarət etmək;
- Gündəlik texniki tapşırıqları planlaşdırmaq, resurs bölgüsünü təşkil etmək və işlərin vaxtında yerinə yetirilməsini təmin etmək;
- Tikinti və texniki işlərlə bağlı müvafiq normativ sənədləri hazırlamaq və sənədləşməni düzgün aparmaq;
- Avadanlıqların düzgün və təhlükəsiz istismarını, texniki nasazlıqların qarşısının alınmasını təmin etmək;
- Elektrik, santexnika, havalandırma, kondisioner və digər mühəndis sistemlərinin texniki baxımına nəzarət etmək;
- Obyektlərin enerji, su, qaz və rabitə təminatında fasiləsizliyin qorunmasını təmin etmək;
- Subpodratçılarla işin koordinasiyasını həyata keçirmək, görülən işlərin keyfiyyətini yoxlayaraq təhvil-təslim prosesində iştirak etmək;
- Texniki iş sahələrində mühafizə və təhlükəsizlik qaydalarına uyğunluğa nəzarət etmək;
- Tabeliyində olan texniki heyətin işini təşkil etmək və gündəlik nəzarəti həyata keçirmək;
- Müştəri məmnuniyyətini təmin etmək məqsədilə texniki sahədə ortaya çıxan problemlərin operativ həllinə yönəlik tədbirlər görmək;
- Müəssisədaxili nizam-intizam qaydalarına, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət edilməsi;
- Rəhbərlik tərəfindən verilmiş digər texniki və inzibati tapşırıqları yerinə yetirmək.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
Sahə rəisi üzrə bazar adətən 1 650–2 500 ₼ ödəyir, median — 1 800 ₼.
10 açıq vakansiya, 11 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Sahə rəisi kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarSahə rəisi üzrə Bakıda digər açıq elanlar.
Tikinti sahəsində beton tökmə və möhkəmləndirmə işlərini idarə etmək üçün 5-7 il təcrübə tələb olunur
Tikinti və təmir işlərini idarə edir, texniki çertyojları oxumağı bacarır və 3 il təcrübəsi var.
Tikinti sahəsində iş prosesini təşkil edir və işçi heyətini idarə edir, minimum 3 il təcrübə tələb olunur.




