Təmir-tikinti işləri üzrə menecer

AQA Şirkətlər Qrupu

Yerləşmə
Bakı
Təcrübə
3+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
1 800–2 000 ₼
Yerləşdirilib
25 iyun 2026
Dillər
Azerbaijani
Son tarix
30 iyul 2026

Vakansiya haqqında

AQA Şirkətlər Qrupu "Təmir-tikinti işləri üzrə menecer" vakansiyasını elan edir:

Vəzifə öhdəlikləri:

Təmir və yenidənqurma işlərinin gündəlik gedişatına nəzarət etmək;
Usta və podratçı briqadaların işini koordinasiya etmək;
Görülən işlərin layihə və texniki tələblərə uyğunluğunu yoxlamaq;
İşlərin keyfiyyətinə və vaxtında tamamlanmasına nəzarət etmək;
Təmir işlərində istifadə olunan materialların qəbulunu və sərfiyyatını izləmək;
Elektrik, santexnika, havalandırma, alçıpan, boya və digər təmir işlərinin düzgün icrasına nəzarət etmək;
Obyektlərdə yaranan texniki problemlərin operativ həllini təşkil etmək;
İş sahəsində təhlükəsizlik qaydalarına əməl olunmasına nəzarət etmək;
Təmir işlərinin gedişi barədə rəhbərliyə mütəmadi məlumat vermək;
Tamamlanmış işlərin qəbulunda iştirak etmək və çatışmazlıqların aradan qaldırılmasını təmin etmək.
Tələblər
İnşaat mühəndisliyi, memarlıq və ya əlaqəli sahə üzrə ali təhsil;
Təmir, tikinti və ya fit-out sahəsində minimum 3 il iş təcrübəsi;
AutoCAD proqramında işləmək, çertyojları oxumaq və düzəlişlər etmək bacarığı;
Mebel istehsalı və quraşdırılması prosesləri barədə biliklər;
Tikinti materialları və təmir texnologiyaları üzrə biliklər;
MS Office proqramlarında işləmək bacarığı;
Smeta hazırlanması;
Məsuliyyətlilik, operativlik və təşkilatçılıq bacarığı
Yaş həddi: 25-35

Əlavə məlumat:

İş qrafiki: Həftənin 6 günü (bazar ertəsi–cümə tam iş günü, şənbə qısaldılmış iş günü), bazar günü istirahət.
Əmək haqqı: 1800-2000 AZN net

Şirkət haqqında

AQA Şirkətlər Qrupu
Baku

1994 ildən “AQA Şirkətlər Qrupu” Azərbaycanın özəl sektorunda öz şərəfli yerini tutur. Yarandığı ilk gündən etibarən həm ölkə iqtisadiyyatına, həm də şirkətə böyük dəyər qatmışdır. Bütün bunların sayəsində imkansız olan şeylər həyata keçdi və böyük fürsətə çevrildi. Beləliklə, balaca bir şirkət böyük bir Qrupa çevrilmiş oldu. Bu iyirmi doqquz il ərzində “AQA Şirkətlər Qrupu” Azərbaycanda, inşaat sektorunda, daha doğrusu, qeyri-yaşayış sahəsində öz sözünü dedi. “AQA Şirkətlər Qrupu” deyəndə beş yüzdən çox yerli və xarici şirkətlərə, səfirliklərə yüksək dərəcədə xidmət edən bir kollektiv nəzərdə tutulur. Azərbaycanda “plaza” deyildikdə bu anlamı inkişaf etdirən, onu ən yüksək səviyyəyə çatdıran Qrup nəzərdə tutulur. Bugün plaza sözü deyəndə ilk ağıla gələn ancaq “AQA Şirkətlər Qrupu”na məxsus iş mərkəzləridir. “AQA Şirkətlər Qrupu” çox qısa bir müddət ərzində maliyyə sektorunda da inanılmaz böyük addımlar atdı. Maliyyə işini mükəmməl bilən, ağıllı, bacarıqlı, istedadlı, kreativ insanların nəticəsindəbugün ölkənin maliyyə sektorunda öz layiqli yerini tutub. Kənd təsərrüfatına gəldikdə isə həqiqətən də inanılmaz, möcüzəli işlər görülüb. Cəmi dörd il ərzində susuz, daşlı və əkinə yararsız ərazilərdə Azərbaycanın ən böyük fındıq bağları salınmışdır. Azərbaycanda ilk dəfə olaraq fındıq əkinçiliyi üzrə aqropark yaradıldı.

AQA Şirkətlər Qrupu — bütün vakansiyalar

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Pilot Residence MTKKəlbəcərMiddle2 500–3 500 ₼6 gün əvvəl
Construction ManagementAutoCADConstruction Standards
Bütün oxşar vakansiyalar
1 800–2 000 ₼
Təmir-tikinti işləri üzrə menecer
Müraciət et