Şirkət haqqında
1994 ildən “AQA Şirkətlər Qrupu” Azərbaycanın özəl sektorunda öz şərəfli yerini tutur. Yarandığı ilk gündən etibarən həm ölkə iqtisadiyyatına, həm də şirkətə böyük dəyər qatmışdır. Bütün bunların sayəsində imkansız olan şeylər həyata keçdi və böyük fürsətə çevrildi. Beləliklə, balaca bir şirkət böyük bir Qrupa çevrilmiş oldu. Bu iyirmi doqquz il ərzində “AQA Şirkətlər Qrupu” Azərbaycanda, inşaat sektorunda, daha doğrusu, qeyri-yaşayış sahəsində öz sözünü dedi. “AQA Şirkətlər Qrupu” deyəndə beş yüzdən çox yerli və xarici şirkətlərə, səfirliklərə yüksək dərəcədə xidmət edən bir kollektiv nəzərdə tutulur. Azərbaycanda “plaza” deyildikdə bu anlamı inkişaf etdirən, onu ən yüksək səviyyəyə çatdıran Qrup nəzərdə tutulur. Bugün plaza sözü deyəndə ilk ağıla gələn ancaq “AQA Şirkətlər Qrupu”na məxsus iş mərkəzləridir. “AQA Şirkətlər Qrupu” çox qısa bir müddət ərzində maliyyə sektorunda da inanılmaz böyük addımlar atdı. Maliyyə işini mükəmməl bilən, ağıllı, bacarıqlı, istedadlı, kreativ insanların nəticəsindəbugün ölkənin maliyyə sektorunda öz layiqli yerini tutub. Kənd təsərrüfatına gəldikdə isə həqiqətən də inanılmaz, möcüzəli işlər görülüb. Cəmi dörd il ərzində susuz, daşlı və əkinə yararsız ərazilərdə Azərbaycanın ən böyük fındıq bağları salınmışdır. Azərbaycanda ilk dəfə olaraq fındıq əkinçiliyi üzrə aqropark yaradıldı.
AQA Şirkətlər Qrupu şirkətində açıq vakansiyalar
İşə götürdüyü rollar
AQA Şirkətlər Qrupu ən çox hansı vəzifələrə vakansiya açır.
Oxşar şirkətlər
Azərbaycanın digər iri işəgötürənləri — onlar da aktiv işə götürür.





