Mədən sahəsində LWD prosesini idarə edir və texniki məsləhətlər verir, minimum 1 il təcrübə tələb olunur
Vakansiya haqqında
Bu vəzifənin rolu şirkətin mərkəzi video/audio, giriş-çıxışa nəzarət və antioğurluq sistemlərinin fasiləsiz işləməsini təmin etməkdir.
Öhdəlikləri:
Öhdəlikləri:
1. Texniki dəstək və preventiv xidmət
- Video müşahidə (CCTV), audio, giriş-çıxışa nəzarət, oğurluğa qarşı və turniket sistemlərinin dayanıqlı və fasiləsiz işləməsini təmin edilməsi.
- Texniki sistemlər üzrə daimi monitorinqin aparılması, planlı profilaktik baxışların həyata keçirilməsi və yaranan nasazlıqların operativ şəkildə aradan qaldırılması.
2. Kabel və infrastruktur işləri
- Mağazalarda şəbəkə, audio və analoq kamera kabellərinin çəkilişinin icra edilməsi.
- Mağaza və ofislərdə path panellərin montajını, kommunikasiya şkaflarının və qutularının quraşdırılmasını həyata keçirmək və texniki xidmətin göstərilməsi.
3. Layihələndirmə və keyfiyyətə nəzarət
- Layihə cizgilərinə uyğun olaraq zəif axın sistemlərinin iş icrasında iştirak edilməsi.
- Zəif axın sistemlərinin keyfiyyətinin yoxlanılması üçün sahə baxışları keçirilməsi.
- Layihələrdə zəif axın sistemləri üçün seçilən avadanlıqların düzgünlüyünü yoxlamaqda layihəçi ilə birlikdə iştirak edilməsi.
4. İcra, qeydiyyat və hesabatlıq
- Sahəsi üzrə daxil olan müraciətlərin icra prosesini müvafiq proqram təminatında qeydiyyata almaq.
- Daxil olan sorğuların müəyyən edilmiş müddətlər çərçivəsində icrasını təmin etmək və nəticələr barədə aidiyyəti üzrə məlumat vermək.
- Görülmüş işlər və icra olunmuş layihələr üzrə mütəmadi və yekun hesabatlar hazırlamaq və təqdim etmək
Məsuliyyət sahəsi:
Video-audio avadanlıqları
Təhlükəsizlik sistemləri (CCTV (analzoq və IP) sistemləri, IP kameralar və DVR/NVR sistemləri və Access Control (keçid nəzarəti) sistemləri)
Requirements:
Professional biliklər:
- CCTV, IP və analoq kamera, DVR/NVR və video-müşahidə sistemləri üzrə praktiki biliklər. (Bu tələb CV-də CCTV sistemləri, IP/analog kameralar, DVR/NVR avadanlıqları, video-müşahidə sistemlərinin quraşdırılması, sazlanması və/və ya texniki dəstəyi üzrə iş təcrübəsi göstərildikdə qarşılanmış hesab edilir)
- Zəif axın, şəbəkə və kabel infrastrukturu üzrə baza bilik və praktiki bacarıqlar. (Bu tələb CV-də LAN/WLAN, IP şəbəkələr, router/access point, patch panel/rack, kabel çəkilişi və/və ya kommunikasiya avadanlıqlarının quraşdırılması/sazlanması üzrə iş təcrübəsi göstərildikdə qarşılanmış hesab edilir)
- Audio və/və ya AV avadanlıqlarının quraşdırılması və sazlanması üzrə praktiki bilik və ya iş təcrübəsi (üstünlükdür).
- CompTIA A+, CCNA və ya oxşar IT/şəbəkə üzrə müvafiq sertifikatlar arzuolunandır.
- Rus dili biliyi: A2 və ya daha yüksək səviyyələr (üstünlükdür);
Təhsil:
- Ali və ya orta-ixtisas təhsili (İnformasiya texnologiyaları, telekommunikasiya, elektronika və ya müvafiq texniki sahə üzrə üstünlükdür)
- Sahə üzrə müvafiq sertifikatlar arzuolunandır (Ali və orta-ixtisas təhsili olmasa)
İş təcrübəsi:
- CCTV/video-audio, təhlükəsizlik sistemləri, giriş-çıxışa nəzarət, zəif axın və ya şəbəkə infrastrukturu üzrə ən azı 1 il iş təcrübəsi.
Professional bacarıq və kompetensiyalar:
- Problem həlletmə
- Zamanın idarəolunması
- Çeviklik
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarSahə texniki mütəxəssisi üzrə Bakıda digər açıq elanlar.
Dənizdə balıqçılıq və müdaxilə işlərini icra etmək üçün minimum 2 il təcrübəsi olan mütəxəssis.
Zəif axın sistemlərinin quraşdırılması və texniki sazlanması üzrə 1-2 il təcrübəsi olan texnik.
Avadanlıqların texniki xidmətini və təmirini həyata keçirir, PLC sistemləri üzrə bilik tələb olunur




