Sənədlərin idarəolunması şöbəsinin kiçik mütəxəssisi (resepsiyon)

PASHA Sığorta

Vakansiya haqqında

Vəzifə öhdəlikləri

Sənədlərin idarəolunması şöbəsinin kiçik mütəxəssisi (Reception)

Vakansiya haqqında məlumat:

PAŞA Sığorta ASC namizədləri Sənədlərin idarəolunması şöbəsinin kiçik mütəxəssisi (Reception) vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Sənədlərin idarəolunması şöbəsinin kiçik mütəxəssisi sənəd dövriyyəsinin təşkili və idarəolunması, daxili və xarici korrespondensiyaların düzgün və təhlükəsiz şəkildə yönləndirilməsi, əməkdaşlar və qonaqlar üçün yüksək səviyyəli qarşılanma və informasiya təminatı, həmçinin şirkətin məxfi məlumatlarının qorunması üzrə məsuliyyət daşıyır. Bu vəzifə təşkilati proseslərin səmərəliliyinin və xidmət keyfiyyətinin artırılmasına mühüm töhfə verir.

Öhdəliklər

  • Şirkətə daxil olan xidməti sənədləri və digər korrespondensiyaları qəbul etmək, ünvanların düzgünlüyünü və zərflərin salamatlığını yoxlamaq, qeydiyyatını aparmaq və aidiyyəti üzrə təhvil vermək
  • Zərfə səhv qoyulmuş sənədləri geri qaytarmaq və ya göndərənin razılığı ilə müvafiq tədbirlər görmək
  • Sənədləri göndərmək üçün hazırlamaq, zərflərə yerləşdirmək, qaimələri yazmaq və konvertlərə tikmək, məktubları kuryer şirkətinə təqdim etmək
  • Əməkdaşları və qonaqları qarşılayıb, yönləndirmək və lazım gəldikdə müşayiət etmək
  • Yaranan sualları aidiyyəti üzrə araşdırmaq və məlumat vermək
  • Müraciətləri qeydə almaq və lazım gəldikdə hesabat təqdim etmək
  • Sənədlərin məxfiliyi və təhlükəsizlik tələblərinə riayət etmək
  • Rəhbərliyin tapşırıqlarını vaxtında və keyfiyyətlə yerinə yetirmək

Tələblər

  • Ünsiyyət qurma və komandada işləmək bacarığı
  • Gülərüzlük və peşəkar davranış
  • Dəqiqlik və məsuliyyətlilik
  • Stresli vəziyyətləri idarə edə bilmək və tez reaksiya göstərmək
  • Öz fikirlərini aydın ifadə etmək
  • Sığorta qanunvericiliyi üzrə baza bilikləri
  • Dil bilikləri: Azərbaycan, İngilis, Rus

Təhsil və Təcrübə

  • Ali təhsil
  • Müvafiq sahədə minimum 1 il iş təcrübəsi

Bizim Təklifimiz

  • Peşəkar və dəstəkləyici komandada işləmək imkanı
  • Şəxsi və peşəkar inkişaf üçün geniş imkanlar
  • Fərqli layihələrdə iştirak və yeni biliklər əldə etmək imkanı
  • Şirkət daxilində şəffaflıq və əməkdaşlıq mühiti
  • “Great Place To Work” sertifikatlı şirkətdə çalışma imkanı.

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Yerləşmə
Azərbaycan
Təcrübə
1+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
5 avqust 2026
Dillər
Azerbaijani, English, Russian

Şirkət haqqında

PASHA Sığorta
Insurance · Baku
PASHA Sığorta — bütün vakansiyalar

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

BestStudy
Junior · 1–3 il
Maaş göstərilməyib

Tələbələrə xaricdə təhsil üzrə məsləhət verir və beynəlxalq təhsil sistemlərini bilir.

ResponsibilityTeamworkHigher educationCommunication skills+5
Müraciət etAsan müraciətAsan müraciət
Bir
2 ilBakı
Maaş göstərilməyib

İnsan resursları məlumatlarını təhlil edir və hesabatlar hazırlayır, SQL və Python bilikləri tələb olunur

Data AnalysisData VisualizationReport PreparationPython+9
Müraciət et
Maaş göstərilməyib

Ofisin texniki xidmətini və personal işlərini idarə edir, ən azı 1 il təcrübə tələb olunur

Office ManagementReport PreparationDocument ManagementScheduling+6
Müraciət etAsan müraciətAsan müraciət
Faradj
JuniorBakı
600–1 000

Məhsulların satışını həyata keçirir və güclü ünsiyyət bacarığı tələb olunur

TeamworkProduct KnowledgeSales Process ManagementCustomer Service+3
Müraciət etAsan müraciətAsan müraciət
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Sənədlərin idarəolunması şöbəsinin kiçik mütəxəssisi (resepsiyon)
Müraciət et