Vakansiya haqqında

İnsan resursları üzrə məlumatların və hesabatların toplanması, təhlili və vizuallaşdırılması vasitəsilə rəhbərliyin qərarvermə prosesinə dəstək göstərmək, HR proseslərinin effektivliyinin artırılmasına töhfə vermək, əməkdaşların fəaliyyət göstəricilərini və strateji HR göstəricilərini təhlil etmək, mövcud hesabatlılıq və proseslərin optimallaşdırılmasını təmin etmək.

Vəzifə öhdəlikləri

Departamentin fəaliyyətinə dair məlumatların toplanması, təhlili və emal edilməsi;

Müxtəlif hesabatların (daxili və xarici) hazırlanması, təhlili və rəhbərliyə təqdim edilməsi;

Data vizuallaşdırma alətləri vasitəsilə analizlərin hazırlanması və təqdim olunması;

Mövcud proseslərin optimallaşdırılması üçün təkliflərin hazırlanması;

Rəhbərlik və digər struktur bölmələrdən gələn məlumat və hesabatlıq sorğularının vaxtında və düzgün cavablandırılması;

Əməkdaşlara data toplama, analiz və hesabatlılıq üzrə dəstəyin göstərilməsi;

İnsan resursları prosesləri üzrə hesabatların hazırlanması;

Əməkdaşların illik fəaliyyət göstəricilərinin təhlil edilməsi;

Fəaliyyət göstəricilərinin təhlili zamanı istifadə olunan hesabatların optimallaşdırılması;

Əməkdaşların fəaliyyət göstəricilərinə uyğun olaraq hesablamaların aparılması;

İnsan resursları daxilində hesabatlıq sisteminin qurulmasında iştirak etmək;

İnsan resursları üzrə strateji göstəricilərin ölçülməsi;

Tələblər

Ali (bakalavr/magistr) təhsilli olmaq;

Sahə üzrə müvafiq bilik və təcrübəyə malik olmaq;

Azərbaycan dilini mükəmməl bilmək, rus dilini və ingilis dillərini yaxşı səviyyədə bilmək arzuolunandır;

Oracle SQL, Python, Tableau, MS Office, Excel və İnternet resursları ilə işləmə bacarığı olmaq;

Beynəlxalq praktikada qəbul edilən digər bilik və keyfiyyətlərə malik olması;

Ünsiyyətqurma bacarıqları:

Vahid komandada işləmək qabiliyyəti;

Gərgin əmək şəraitində işləmək qabiliyyəti;

Məsuliyyətli, diqqətli olmaq;

İnsanlarla işləmək bacarığı.

Üstünlüklər

Müştəriyönümlülük: Müştərilərimizə dəyər verir, onların ehtiyaclarına, vərdişlərinə və gözləntilərinə diqqətlə yanaşırıq.

Multikultural iş mühiti: Xarici həmkarlarımızın fikir və təcrübələrini yüksək qiymətləndiririk. Açıq ünsiyyətə, inklüzivliyə və fərqli baxışların ifadə olunmasına inanırıq.

Rəqabətədavamlı əməkhaqqı: Rəqabətədavamlı əməkhaqqı, tibbi sığorta və illik fəaliyyət nəticələrinə əsaslanan bonus təqdim edirik.

İnkişaf imkanları: Əməkdaşlarımızın peşəkar inkişafına investisiya qoyur, aydın karyera imkanları, fərdi inkişaf planları, geniş çeşiddə onlayn kurslar və təlim proqramları təqdim edirik.

Çevik iş formatı: Distant və ofisdən işin rahat şəkildə birləşdirildiyi çevik iş formatı təklif edirik.

Rahat və cəlbedici ofis: Xoş və motivasiyaedici iş mühiti yaradan rahat və müasir ofis şəraiti təmin edirik.

Sərbəst geyim qaydası: Rahat geyinin və öz üslubunuzu sərbəst ifadə edin.

Yerləşmə
Bakı
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
26 avqust 2026
Dillər
Azerbaijani, Russian, English
Son tarix
26 sentyabr 2026

Şirkət haqqında

Bir
Technology · 5,001-10,000 · Baku
Bir — bütün vakansiyalar

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Birbank
Junior · 1+ ilBakı
Maaş göstərilməyib

Məlumatların təhlili və BI vasitəsilə biznes qərarlarının qəbulunu dəstəkləyir, analitik bacarıq tələb olunur.

Data AnalysisData VisualizationPythonR+5
Müraciət et
Bütün oxşar vakansiyalar
Göstərilməyib
HR data analitiki
Müraciət et