Bacarıqlar və texnologiyalar
Vakansiya haqqında
Biz nə təklif edirik?
• Sabit və vaxtında ödənilən əmək haqqı
• Hər uğurla tamamlanan viza müraciəti üzrə əlavə bonus sistemi
• Nəticələrə və performansa əsaslanan əmək haqqı artımı imkanları
• Peşəkar, dinamik və dəstəkverici iş mühiti
• Karyera inkişafı və vəzifə yüksəlişi perspektivləri
• Daim genişlənən müştəri bazası sayəsində stabil və davamlı iş imkanı
• Təcrübə və bacarıqların inkişafı üçün öyrənmə və inkişaf imkanları
Vəzifə öhdəlikləri
* Almaniya iş vizaları üzrə müraciətlərin hazırlanması və idarə olunması;
* Digər Almaniya vizaları üzrə sənədləşmə prosesinin aparılması;
* Müştərilərdən tələb olunan sənədlərin toplanması və yoxlanılması;
* Sənədlərin düzgün və tam hazırlanmasına nəzarət;
* Səfirlik və viza mərkəzlərinə müraciətlərin təşkil edilməsi;
* Görüş tarixlərinin (appointment) təyin olunması;
* Müraciət prosesinin sonadək izlənilməsi və müştərilərin məlumatlandırılması;
* Daxili hesabatların və sənədlərin aparılması.
Tələblər
* Viza, miqrasiya və ya sənədləşmə sahəsində iş təcrübəsinin olması üstünlükdür;
* Almaniya vizaları üzrə təcrübəsi olan namizədlərə üstünlük veriləcək;
* Kompüter proqramlarından sərbəst istifadə bacarığı;
* Yazılı və şifahi ünsiyyət bacarıqları;
* Diqqətlilik, məsuliyyətlilik və operativ işləmək bacarığı;
* Xarici dil biliyi (Alman və ya İngilis dili) arzuolunandır;
* Tam ştat işləməyə hazır olmaq vacibdir.
Şirkət haqqında
3 ildən çoxdur ki, fəaliyyət göstərən və ilk rəsmi ofisi Torontada yerləşən First Academy Xaricdə Təhsil mərkəzi öz peşəkar komandası ilə gənclərin xaricdə təhsil arzusunu reallaşdırır. Belə ki, mərkəzimiz fəaliyyətə başladığı vaxtdan etibarən, müraciətçilər üçün xaricdə prestijli təhsil müəssisələri ilə danışıqlar aparmış, qəbullar alınmış, müxtəlif universitet və kolleclərlə əməkdaşlıqlar qurulmuş və bir çox təqaüd proqramlarına müraciətimiz uğurla nəticələnmişdir. First Academy olaraq, əsas prioritetimiz tələbələrin xaricdə ödənişsiz təhsil almasına nail olmaqdır. Bu istiqamətdə isə ən önəmli faktor ingilis dili biliyi hesab olunur. Məhz bunun üçün komandamıza aşağıda qeyd olunmuş kriteriyalara uyğun olan namizədləri axtarırıq. Qeyd etmək lazımdır ki, First Academy öz müəllim heyətini sahə üzrə təcrübə məqsədilə xaricdə təlim və tədris proqramlarına göndərir.
First Academy AZ — bütün vakansiyalarBacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

