Yerləşmə
Bakı
Təcrübə
2–3 il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
7 iyul 2026
Dillər
Azerbaijani
Son tarix
5 avqust 2026

Vakansiya haqqında

· İşçilərin icbari və dövri tibbi müayinələrini təşkil etmək və nəzarətdə saxlamaq;

· Sürücülərin, kran operatorlarının və ağır texnika idarə edənlərin reys qabağı və ehtiyac olduqda, digər işçilərin alkoqol müayinəsini aparmaq;

· Sahədəki yeməkxana, geyinmə otaqları və sanitar qovşaqların gigiyenik vəziyyətinə nəzarət;

· Sahədə baş verən hər bir bədbəxt hadisənin protokollaşdırılması və dərhal SƏTƏM departamanetinə xəbər verilməsi;

· Müəssisədə işçilərə vaxtaşırı olaraq əsas ilk yardım qaydaları barədə təlimlərin keçirilməsi;

· Ağır xəsarət alan işçinin təcili yardım gələnə qədər stabil saxlanması və sahədən xəstəxanaya təxliyəsinin koordinasiya edilməsi;

· Tibb məntəqəsindəki dərman və tibbi ləvazimatların vaxtı-vaxtında sifarişi və uçotunun aparılması;

· İşçilərin bülletenlərinə (xəstəlik vərəqələrinə) nəzarət və rəhbərliyə tibbi hesabatların təqdim edilməsi;

· SƏTƏM departamenti ilə sıx əməkdaşlıq.

Tələblər

· Ali tibb təhsili;

· Təcili Tibbi Yardım üzrə etibarlı sertifikat. BLS (İlkin Həyat Dəstəyi) və digər yerli və belnəlxalq sertifikatlar üstünlükdür;

· Tikinti sahələrində, istehsalat müəssisələrində və ya Təcili Tibbi Yardım stansiyalarında minimum 2-3 il iş təcrübəsi;

· Yüksəklikdən yıxılma, bədən xəsarətləri, sınıqlar, elektrik vurması, gözə yad cisim düşməsi, yanıqlar və s. zamanı peşəkar ilkin yardım göstərmək bacarığı;

· MS Office proqramlarında (Excel, Word) sərbəst hesabat yazmaq bacarığı.

· Zabrat, Sumqayıt və daha yaxın ərazilərdə yaşayanlara üstünlük veriləcək

Şirkət haqqında

"Zireh" Məhdud Məsuliyyətl Cəmiyyəti
Dövlət təşkilatı\t · 10-50 · Baku

"Zireh" Məhdud Məsuliyyətli Cəmiyyəti " Azərsilah" Qapalı Səhmdar Cəmiyyətinə tabe müəssisə. Qabaqcıl korporativ idarəetmə təcrübəsi tətbiq edilməklə rəqabətə davamlılığının, maliyyə-təsərrüfat fəaliyyətində dayanıqlılığın artırılması, gəlir və xərclərinə nəzarətin daha da gücləndirilməsi, vahid prinsiplər əsasında idarə olunması məqsədilə yaradılıb.

"Zireh" Məhdud Məsuliyyətl Cəmiyyəti — bütün vakansiyalar

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar
Göstərilməyib
Əməyin gigiyenası üzrə həkim
Müraciət et