Xərclərə nəzarət üzrə mühəndis

Az-Caspian Construction

Yerləşmə
Azərbaycan
Təcrübə
3+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
17 iyun 2026
Dillər
Azerbaijani, English, Russian
Son tarix
17 iyul 2026

Vakansiya haqqında

Vəzifə öhdəlikləri:

  • Tikinti üzrə bağlanmış müqavilələrin xərclərə nəzarət işlərini icra edilməsi;
  • Layihəyə əsasən iş həcmlərinin nəzarətdə saxlanılması;
  • Layihə icrası zamanı dəyişikliklərə əsasən smeta sənədlərinə düzəlişlərinin tərtibi, əlavə işlərin təklif və razılaşma qiymətlərinin hesablanması və sifarişçi ilə razılaşdırması;
  • Layihəyə dair aylıq texniki hesabatların hazırlanması (Forma 2, Forma 3, Xərc analizi) və vaxtında təhvil verilməsi;
    Layihə/spesifikasiya və smeta arasındakı uyğunsuzluqları müəyyən etmək;
  • Podratçılar tərəfindən yerinə yetirilmiş işlərlə bağlı təqdim edilən hesabatların yoxlanılmasını etmək;
  • Hazırlanmış smetaya uyğun olaraq texniki nəzarətin həyata keçirilməsi;
  • Tikinti sahələrdən gələn texniki hesabatların yoxlanması;
  • Layihədəki büdcə risklərin analizini etmək;
  • Büdcə və xərclərə nəzarətin aparılması.

Tələblər:

  • Mühəndis ixtisası üzrə ali təhsil;
  • Minimum 3 il müvafiq sahədə iş təcrübəsi;
  • Müvafiq qanunvericilik aktları və normalarını bilmək;
  • Dil bilikləri: Azərbaycan, İngilis və Rus (minimum 1 xarici dil)
  • Komputer bilikləri: Excel və AutoCAD proqramları üstün səvviyyədə;2
  • İşə məsuliyyətli yanaşmaq;
  • Komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, şəxsi və peşəkar inkişaf səriştəsi.

Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.

Şirkət haqqında

Az-Caspian Construction
Tikinti

2009-cu ildən “Az-Caspian CONSTRUCTION” adıyla öz uğurlu fəaliyyətinə başlamış şirkətimiz bugünə qədər etibarlılıq və dürüstlük kimi dəyərlərə əsasalanaraq bir çox böyük layihəyə imza atıb. Bu gün “Az-Caspian CONSTRUCTION” ölkəmizin ən güvənli və keyfiyyətli tikinti şirkətlərindəndir. Şirkətimiz qarşısına qoyduğu məqsədlərə artıq böyük uğurla çatmış və bundan sonrakı fəaliyyətində də bu kursu davam etdirmək əzmindədir. Tam spektrda xidmət göstərən şirkətimiz, memari layihələrin yaradılması, mühəndislik hesablamaların aparılması, innovativ texnologiyalar, materiallar və unikal istehsalat imkanlarının istifadəsiylə keçirilən tikinti işlərindən başlayaraq interyer və landşaft dizaynına qədər istənilən mürəkkəblikdə məsələləri həll edir.

Az-Caspian Construction — bütün vakansiyalar

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

XırmanMiddle8 gün əvvəl
Internal AuditFinancial AnalysisRisk Analysis
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Xərclərə nəzarət üzrə mühəndis
Müraciət et