Tikinti sahəsində əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına nəzarət edir, risklərin qiymətləndirilməsini bacarır.
Vakansiya haqqında
Vəzifə öhdəlikləri
- Şirkətdə əməyin mühafizəsi, sənaye təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və sağlamlığın qorunması üzrə qanunvericiliyin, normativ tələblərin və daxili prosedurların icrasını koordinasiya etmək;
- İş sahələrində SƏTƏM tədbirlərinin tətbiqini təşkil etmək, təhlükəsiz iş mühitinin formalaşdırılmasına nəzarət etmək;
- Risklərin müəyyən edilməsi və qiymətləndirilməsi prosesini koordinasiya etmək, risklərin aradan qaldırılması və ya minimuma endirilməsi üzrə tədbirlərin icrasını izləmək;
- İşçilər üçün ilkin, təkrar və məqsədli təhlükəsizlik təlimatlandırmalarını və maarifləndirici tədbirləri təşkil etmək;
- İstehsalat qəzalarının, insidentlərin, təhlükəli hadisələrin və uyğunsuzluqların araşdırılmasını koordinasiya etmək, kök səbəbləri müəyyənləşdirmək və düzəldici tədbirlərin icrasına nəzarət etmək;
- SƏTƏM üzrə gündəlik, həftəlik və aylıq hesabatların hazırlanmasını təmin etmək, göstəriciləri təhlil edərək rəhbərliyə təqdim etmək;
- Fərdi mühafizə vasitələrinə olan tələbatın müəyyənləşdirilməsini, düzgün seçilməsini və istifadəsini koordinasiya etmək;
- İş sahələrində müntəzəm audit və yoxlamalar təşkil etmək, aşkar edilmiş uyğunsuzluqlar üzrə tədbirlərin vaxtında tamamlanmasını izləmək;
- Podratçı və subpodratçı təşkilatların SƏTƏM tələblərinə uyğun fəaliyyətini koordinasiya və nəzarət etmək;
- Fövqəladə hallara hazırlıq tədbirlərinin və təlimlərin keçirilməsini aidiyyəti bölmələrlə birlikdə təşkil etmək;
- Şirkətin SƏTƏM məqsəd və hədəflərinin həyata keçirilməsinə, davamlı təkmilləşdirmə tədbirlərinə və təhlükəsizlik mədəniyyətinin inkişafına dəstək göstərmək.
Tələblər
- Ali təhsil;
- Neft, qaz və kimya sahələrində SƏTƏM üzrə minimum 3 il iş təcrübəsi;
- Yaş həddi: 27-45;
- Azərbaycan dili üzrə sərbəst, ingilis dili üzrə yaxşı səviyyədə bilik;
- MS Office proqramlarında yaxşı səviyyədə işləmək və hesabat hazırlamaq bacarığı;
- Risk qiymətləndirilməsi, insident araşdırılması, auditlərin təşkili və SƏTƏM sənədlərinin hazırlanması üzrə bilik və bacarıqlar;
- ISO 45001 və ISO 14001 standartları üzrə bilik; NEBOSH, IOSH və ya digər SƏTƏM sertifikatlarının olması üstünlükdür;
- Təşkilatçılıq, koordinasiya, analitik düşünmə, operativ qərarvermə və komanda ilə işləmək bacarığı.
İş şəraiti
- İş qrafiki: Həftədə 6 iş günü (08:00-17:00);
- Əmək haqqı: Namizədin bilik, bacarıq və təcrübəsinə uyğun olaraq müsahibə nəticəsində müəyyən ediləcək;
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanları.
Müvafiq tələblərə cavab verən namizədlər şəkilli CV-lərini mövzu hissəsində “SƏTƏM Koordinatoru” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Təhlükəsizlik mütəxəssisi üzrə bazar adətən 900–2 000 ₼ ödəyir, median — 1 500 ₼.
10 açıq vakansiya, 22 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Təhlükəsizlik mütəxəssisi kimi öz maaşını yoxlaŞirkət haqqında
AMINA AND S GROUP LLC (MMC) — Azərbaycanda və beynəlxalq mühitdə fəaliyyət göstərən mühəndislik və çoxprofilli podratçı şirkətdir.
Müraciətin
Bu vakansiya haqqında suallar
Həftədə 6 iş günü, saat 08:00-dan 17:00-dək işlənir.
Namizədin bilik, bacarıq və təcrübəsinə uyğun müsahibə nəticəsində müəyyən edilir.
27-45 yaş arası namizədlər müraciət edə bilərlər.
Ali təhsil tələb olunur.
Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarTəhlükəsizlik mütəxəssisi üzrə Bakıda digər açıq elanlar.
İş yerlərində əməyin təhlükəsizliyinə nəzarət edir və təhlükəsizlik təlimləri keçirir, ən azı 1 il təcrübə tələb olunur.
İşçilərə əməyin mühafizəsi və yanğın təhlükəsizliyi təlimləri keçmək və təhlükəsizlik tədbirlərinə nəzarət etmək.
Əməyin mühafizəsi üzrə qanunvericiliyə əməl etməyi və risk qiymətləndirməsini həyata keçirir.




