Əməyin mühafizəsi üzrə qanunvericiliyə əməl etməyi və risk qiymətləndirməsini həyata keçirir.
Vakansiya haqqında
Təsvir
- İş yerlərində əməyin mühafizəsinin düzgün yerinə yetirilməsinə nəzarət etmək;
- İş yeri sahələrinin profilaktikasını və əmək şəraitinin yaxşılaşdırılmasını təşkil etmək.
- Bədbəxt hadisələrin təhqiq olunmasında iştirak etmək və İZ formalı aktı tərtib etmək.
- Şöbə müdirinin,dövlət nəzarət orqanlarının göstərişlərinin yerinə yetirilməsi,nəzarət nəticəsində aşkar edilmiş nöqsanların aradan qaldırılması üzrə müvafiq tədbirlər həyata keçirmək.
- İş yerlərində əməyin təhlükəsizliyi üzrə nişanların (xəbərdaredici,göstərici və s.) və lövhələrin siyahısını tərtib etmək.
- Əməyin təhlükəsizliyi üzrə təlim proqramının təşkilində iştirak etmək və təsdiq olunmuş proqram üzrə işçilərə təlimlər keçmək;
- Qurğu və avadanlıqların vaxtaşırı sınaqlarının, qoruyucu və fərdi mühafizə vasitələrinə, qurğulara texniki baxışın keçirilməsinə nəzarət etmək;
- İşçilər və bilavasitə işə rəhbərlik edən şəxslər tərəfindən təhlükəsizlik qaydalarına əməl edilməsinə nəzarət etmək;
- Müəssisədə istismar olunan yüksək təhlükəli obyekt və avadanlıqların, habelə təhlükəsizlik və nəzarət cihazlarının texniki vəziyyəti barədə sənədləşdirmənin düzgün aparılmasına nəzarət etmək;
- İstehsalat sahələri üçün əməyin mühafizəsi məsələlərinə aid normativ texniki sənədlərin alınması üçün tələbnamə tərtib etmək;
- İşçilərin fərdi mühafizə vasitələri ilə təmin olunması və FMV-dən düzgün istifadə olunmasına nəzarət etmək.
- Struktur rəhbərlərinin işçilərə ilkin və təkrar təlimat keçmələrinə nəzarət etmək, təlimatların qeyd jurnallarının vəziyyətini yoxlamaq;
İş qrafiki: 5 günlük, 09:00-18:00
Tələblər
- Təhsil: Ali (Əməyin mühafizəsi, Təhlükəsizlik mühəndisliyi, Ekologiya );
- Təcrübə: SƏTƏM sahəsinə ən azı 1 il iş təcrübəsi;(FMCG, retail, istehsalat və ya logistika sahəsində təcrübənin olması üstünlükdür);
- Əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi üzrə normativ tələblər haqqında bilik;
- Əmək şəraitinin və iş yerlərinin təhlükəsizlik tələblərinə uyğunluğunun qiymətləndirilməsi bacarığı;
- Risklərin müəyyənləşdirilməsi, qiymətləndirilm`əsi və qarşısının alınması üzrə bilik;
- Təlimatlandırmaların və təhlükəsizlik üzrə təlimlərin keçirilməsi bacarığı;
- Hadisələrin, qəza və insidentlərin araşdırılması və müvafiq hesabatların hazırlanması bacarığı;
- MS Office, xüsusilə Excel proqramlarında işləmə bacarığı;
- Komanda ilə işləmək və kommunikasiya bacarığı;
- İşə məsuliyyətli və diqqətli yanaşma;
Vakansiya növü - Tam ştat
İmtiyazlar
- Nahar şirkət tərəfindən təmin edilir.
- korporativ nömrə ilə təmin olunur
- Servislə təmin olunur
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Təhlükəsizlik mütəxəssisi üzrə bazar adətən 900–2 000 ₼ ödəyir, median — 1 500 ₼.
10 açıq vakansiya, 22 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Təhlükəsizlik mütəxəssisi kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş qrafiki həftədə 5 gün, saat 09:00-dan 18:00-dəkdir.
Ali təhsil tələb olunur, xüsusilə Əməyin mühafizəsi, Təhlükəsizlik mühəndisliyi və ya Ekologiya sahəsində.
SƏTƏM sahəsində ən azı 1 il iş təcrübəsi tələb olunur.
Əməyin mühafizəsi, texniki və yanğın təhlükəsizliyi üzrə biliklər, risklərin qiymətləndirilməsi və təlimlərin keçirilməsi bacarığı tələb olunur.
İş yeri Bakı şəhərindədir.
Şirkət tərəfindən nahar, korporativ nömrə və servis təmin edilir.
Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarTəhlükəsizlik mütəxəssisi üzrə Bakıda digər açıq elanlar.
Əməyin mühafizəsi və sənaye təhlükəsizliyi üzrə tədbirləri koordinasiya edir, risk qiymətləndirmə bacarığı tələb olunur.
SƏTƏMM sahəsində texniki monitorinqlər aparır və əməyin təhlükəsizliyi üzrə tədbirlər görür.
Tikinti sahəsində əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına nəzarət edir, risklərin qiymətləndirilməsini bacarır.




