İş yerlərində əməyin mühafizəsinin düzgün yerinə yetirilməsinə nəzarət edir və təhlükəsizlik təlimləri keçirir.
Vakansiya haqqında
Namizədə dair gözləntilər və xüsusi tələblər:
- Ali təhsil (Texniki və ya müvafiq sahə üzrə üstünlükdür);
- Dil bilikləri- Azərbaycan dili səlis, ingilis dili və rus dili arzuolunandır;
- SƏTƏMM sahəsində azı 1-3 il iş təcrübəsi;
- MC Office proqramlarında sərbəst işləmək bacarığı;
- Azərbaycan Respublikasının əmək qanunvericiliyi, SƏTƏMM üzrə ISO standartları (məsələn, ISO 45001, ISO 14001) və yerli normativ hüquqi aktlar barədə dərin biliklər;
- Müvafiq sahə üzrə beynəlxalq və ya yerli sertifikatların olması üstünlükdür (NEBOSH, ISO və s.);
- Güclü kommunikasiya, təqdimat və təlim keçmə bacarıqları, analitik düşünmə qabiliyyəti və problem həll etmə bacarığı.
İş haqqında məlumat:
- Şirkət daxilində əməyin təhlükəsizliyi, texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarının təmin edilməsi;
- SƏTƏMM üzrə müvafiq təlimatların hazırlanması, yenilənməsi və əməkdaşlara təlimlərin keçirilməsi;
- İş yerlərində potensial risklərin qiymətləndirilməsi, aradan qaldırılması istiqamətində tədbirlərin görülməsi;
- Qanunvericiliyə və şirkət standartlarına uyğun olaraq mütəmadi yoxlamaların və auditlərin aparılması;
- Bədbəxt hadisələrin və peşə xəstəliklərinin qarşısının alınması üzrə profilaktik tədbirlərin həyata keçirilməsi, baş verə biləcək hadisələrin araşdırılması;
- SƏTƏMM sahəsində dövlət qurumları ilə əlaqələrin tənzimlənməsi və hesabatların vaxtında təqdim olunması.
İş şərtləri:
- İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);
- İş yeri: Bakı şəhəri, Akademik Həsən Əliyev küç 24
- Əmək haqqı: Namizədin bilik və bacarıqlarından asılı olaraq razılaşdırılacaqdır
- İmtiyazlar: Könüllü tibbi sığorta;
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (SƏTƏMM üzrə mütəxəssis) qeyd edərək, Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərilməsi xahiş olunur.
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Təhlükəsizlik mütəxəssisi üzrə bazar adətən 1 000–1 800 ₼ ödəyir, median — 1 200 ₼.
21 açıq vakansiya, 29 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Təhlükəsizlik mütəxəssisi kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 24 ünvanındadır.
İş qrafiki həftədə 5 gün, saat 09:00-dan 18:00-dəkdir.
SƏTƏMM sahəsində ən azı 1-3 il iş təcrübəsi tələb olunur.
Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı tələb olunur.
NEBOSH, ISO və ya digər beynəlxalq və ya yerli sertifikatlar üstünlükdür.
Azərbaycan dili səlis, ingilis və rus dilləri arzuolunandır.
Namizəd öz CV-sini mövzu sətrində vakansiyanın adını qeyd edərək elektron ünvana göndərməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarTəhlükəsizlik mütəxəssisi üzrə Bakıda digər açıq elanlar.
Əməyin mühafizəsi və sənaye təhlükəsizliyi üzrə tədbirləri koordinasiya edir, risk qiymətləndirmə bacarığı tələb olunur.
Tikinti sahəsində əməyin mühafizəsi və texniki təhlükəsizlik tələblərinə nəzarət edir, mühəndislik təhsili tələb olunur.
Tikinti sahəsində əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına nəzarət edir, risklərin qiymətləndirilməsini bacarır.




