Vakansiya haqqında

Təsvir

  • PLC, SCADA, HMI, uzaq giriş-çıxış modulları və sənaye rabitə sistemlərinin etibarlı işini təmin etmək;
  • Temperatur, təzyiq, sərf, səviyyə, çəki və digər ölçü cihazlarının istismarına və texniki vəziyyətinə nəzarət etmək;
  • Klapan, aktuator, sensor, tezlik çeviricisi və digər avtomatika avadanlıqlarının düzgün işləməsini təmin etmək;
  • Avtomatika sistemlərinin layihə, quraşdırma, sazlama və işə salınması proseslərində iştirak etmək;
  • Avtomatika arxitekturasını, giriş-çıxış siyahılarını, P&ID və idarəetmə sxemlərini yoxlamaq;
  • FAT, SAT, loop check, kalibrasiya və funksional sınaqların həyata keçirilməsini təşkil etmək və nəticələrə nəzarət etmək;
  • Start icazələri, bloklamalar, qəza dayandırmaları, xəbərdarlıqlar və qoruma funksiyalarını test etmək;
  • PLC, SCADA və HMI proqramlarının ehtiyat nüsxələrinin, versiyalarının və texniki sənədlərinin idarə edilməsini təmin etmək;
  • Avtomatika nasazlıqlarını, rabitə kəsilmələrini və ölçü xətalarını araşdırmaq, kök səbəbləri müəyyən etmək və aradan qaldırılmasını təmin etmək;
  • Ölçü cihazlarının kalibrasiya qrafiklərini hazırlamaq və icrasına nəzarət etmək;
  • Proqram dəyişikliklərini təsdiq edilmiş prosedurlara uyğun həyata keçirmək və dəyişiklikləri sənədləşdirmək;
  • Avtomatika üzrə kritik ehtiyat hissələrinin siyahısını və minimum ehtiyat səviyyəsini müəyyən etmək;
  • Avtomatika sistemlərinin vəziyyəti, nasazlıqlar və görülən işlər üzrə hesabatlar hazırlamaq.

Tələblər

  • Avtomatika, idarəetmə, elektronika və ya elektrik mühəndisliyi üzrə ali təhsil;
  • Sənaye avtomatikası və işə salma işlərində minimum 5 il praktiki təcrübə;
  • Siemens, Schneider, Rockwell və ya analoji PLC/SCADA platformalarından ən azı biri üzrə proqramlaşdırma və diaqnostika təcrübəsi;
  • HMI sistemləri, sənaye rabitə protokolları, VFD, ölçü cihazları və uzaq giriş-çıxış sistemləri üzrə praktiki bilik;
  • P&ID, elektrik, loop və panel sxemlərini, giriş-çıxış siyahılarını oxuma bacarığı;
  • FAT, SAT, loop check, kalibrasiya və funksional sınaqlar üzrə təcrübə;
  • Proqram ehtiyat nüsxələrinin, versiya nəzarətinin və giriş hüquqlarının idarə edilməsi üzrə bilik;
  • Azərbaycan dilində sərbəst ünsiyyət; rus və ya ingilis dilində texniki sənədləri oxuma bacarığı.

Vakansiya növü - Tam ştat

İmtiyazlar

  • Nahar təminatı
  • Könüllü tibbi sığorta (bütün ailə üzvlərini əhatə edən)
  • Təlim dəstəyi

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

CV‑ni yoxla
Yerləşmə
Bakı, Heydar Aliyev prospekti 152, Chinar Plaza
Təcrübə
5+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
25 sentyabr 2026
Dillər
Azerbaijani, Russian, English
Son tarix
25 oktyabr 2026
HRX ilə müraciət
1
Baxış
20

Maaş bazarla müqayisədə

İşəgötürən məbləği göstərməyib. Texniki mühəndis üzrə bazar adətən 800–1 200 ₼ ödəyir, median — 875 ₼.

adətən bu qədər ödəyirlərnadir hallarda

48 açıq vakansiya, 20 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

Texniki mühəndis kimi öz maaşını yoxla

Şirkət haqqında

Grand-Agro MMC
Food and Beverage Manufacturing · Baku
Grand-Agro MMC — bütün vakansiyalar

Grand-Agro MMC 23.01.2017-ci ildə hüquqi qeydiyyatdan keçmiş və 2017-ci ilin Aprel ayından fəaliyyətə başlamışdır. Şirkətin istifadəsində olan sahələr Abşeron yarımadasının Qala, Türkan, Hövsan, Ramana, Zirə, Şüvəlan ərazilərində yerləşir.

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Bu vakansiya haqqında suallar

İş yeri Bakı şəhərindədir.

Müraciət üçün link vasitəsilə müraciət etmək lazımdır. Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.

Müraciət formasına keç

Sənaye avtomatikası və işə salma işlərində minimum 5 il praktiki təcrübə tələb olunur.

Azərbaycan dilində sərbəst ünsiyyət, rus və ya ingilis dilində texniki sənədləri oxuma bacarığı tələb olunur.

Nahar təminatı, könüllü tibbi sığorta və təlim dəstəyi təklif olunur.

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Texniki mühəndis üzrə Bakıda digər açıq elanlar.

iFix
MiddleBakı
1 000₼

Mobil telefonların proqram təminatı və texniki problemlərini həll etmək üçün təcrübəli telefon ustası.

Software InstallationSoftware UpdatesCustomer Communication
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Avtomatika mühəndisi
Müraciət et