Təmir və fit-out işlərinin icrasına nəzarət edir, 5 il obyekt təcrübəsi tələb olunur.
Vakansiya haqqında
Təsvir
Güclü texniki biliklərə və analitik yanaşmaya malik Texnologiya və Aşağı Gərginlik (AG) sistemləri üzrə Mühəndis axtarışındayıq. Namizəd müxtəlif zəif axın sistemlərinin quraşdırılması, sazlanması və mürəkkəb texniki nasazlıqların aradan qaldırılması proseslərini yüksək peşəkarlıqla həyata keçirməlidir.
Vəzifə öhdəlikləri
- Texnologiya və Aşağı Gərginlik (Avtomatlaşdırma, CCTV, Giriş İdarəetmə, Yanğın Aşkaretmə və s.) sistemlərinin çəkilişi, quraşdırılması və bərpasını həyata keçirmək;
- Server otaqlarının və Rack kabinələrinin standarta uyğun yığılmasını təmin etmək, xəttlərin başlıqlarının vurulması və test edilməsini yerinə yetirmək;
- CAT5e/CAT6, IP Video sistemləri və Fiber Optika xəttlərində yaranan qüsurları və texniki problemləri aradan qaldırmaq;
- Sistemlərin profilaktik xidmətini icra etmək, aparat və proqram təminatı problemlərini həll etmək;
- Bütün işləri təhlükəsizlik norma və standartlarına (HSE) uyğun şəkildə aparmaq və görülən işlər üzrə hesabatlar hazırlamaq;
- Yeni çəkilən xəttlərin və quraşdırılan avadanlıqların texniki pasportlaşdırılmasını həyata keçirərək, gələcək xidmət üçün dəqiq sənədləşmə bazasını yaratmaq;
- Layihə icrası zamanı ortaya çıxan texniki uyğunsuzluqları operativ şəkildə təhlil etmək və şöbə rəhbərinə alternativ həll yolları təklif etmək.
Tələblər
- Radiotexnika və rabitə, İnformasiya texnologiyaları, Avtomatlaşdırma və idarəetmə, Kompüter mühəndisliyi və ya Elektrik mühəndisliyi sahələri üzrə ali;
- Aşağı Gərginlik (AG) və texnologiya sistemlərinin quraşdırılması və problemlərin aradan qaldırılması sahəsində minimum 3 il iş təcrübəsi;
- Analoq və rəqəmsal sistemlər, CCTV texnologiyaları və şəbəkə anlayışları üzrə əsaslı biliklər;
- Təhlükəsiz iş mühitinin yaradılması və prosedurlara riayət olunması sahəsində biliklər;
- Güclü qüsurların aşkarlanması, problem həll etmə və alət-avadanlıqlarla işləmək bacarığı;
- Mürəkkəb mühəndislik layihələrinin oxunması, sxem və çertyojlar əsasında sahədə sərbəst işlərin icra edilməsi bacarığına malik olmaq;
- Texniki avadanlıqların funksional testlərini müstəqil şəkildə həyata keçirmək və nəticələri rəsmiləşdirmək qabiliyyətinə sahib olmaq.
Vakansiya növü - Tam ştat
İmtiyazlar
- Könüllü tibbi sığorta
- İşçinin inkişafı üçün təlim, tədris proqramları
- Rəqabətli əmək haqqı və bonus sistemi
- Korporativ tədbirlər
- Korporativ loyallıq proqramına üzvlük
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Texniki mühəndis üzrə bazar adətən 800–1 200 ₼ ödəyir, median — 875 ₼.
48 açıq vakansiya, 20 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Texniki mühəndis kimi öz maaşını yoxlaŞirkət haqqında
Facility Management Group ofis və yaşayış binası, biznes və ticarət mərkəzləri və digər müxtəlif təyinatlı daşınmaz əmlakın idarə edilməsini həyata keçirən aparıcı şirkətdir.
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
Aşağı Gərginlik və texnologiya sistemlərinin quraşdırılması sahəsində minimum 3 il iş təcrübəsi tələb olunur.
Vakansiya tam ştat iş yeridir, iş saatları barədə məlumat verilməyib.
Müraciət üçün link vasitəsilə müraciət etmək tələb olunur, sənədlər barədə əlavə məlumat verilməyib. Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçBu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarTexniki mühəndis üzrə Bakıda digər açıq elanlar.
Avtomatika sistemlərinin layihələndirilməsi, quraşdırılması və sazlanması üzrə 5 il təcrübəsi olan mühəndis.
Mobil telefonların proqram təminatı və texniki problemlərini həll etmək üçün təcrübəli telefon ustası.
İstehsalat avadanlıqlarının avtomatlaşdırılması və PLC proqramlaşdırılması üzrə mühəndis işləyir, 5 il təcrübə tələb olunur.




