Vakansiya haqqında

  • Avtomatika üzrə mütəxəssis alət və nəzarət sistemlərinin funksional yoxlanılmasını həyata keçirir, xəbərdarlıq sistemləri, kilidlər və geri əlaqə mexanizmlərinin düzgün işləməsini təmin edir.
  • PLC, HMI və SCADA sistemləri ilə işləyir, PLC proqramlarında dəyişikliklər edir, PLC ilə PC arasında əlaqəni qurur və prosesə uyğun tənzimləmələr aparır.
  • Avtomatik idarəetmə və ölçmə cihazlarının kalibrlənməsi, konfiqurasiyası, nasazlıqların diaqnostikası və təmiri işlərini həyata keçirir, yeni xətlərin və avadanlıqların ilkin testini aparır.
  • Texniki sənədlərin, elektrik sxemlərinin və istismar təlimatlarının hazırlanmasını təmin edir, ehtiyat hissələrinin müəyyən olunması və sifariş prosesində iştirak edir.
  • İstehsalat və texniki heyətlə koordinasiyalı işləyir, nasazlıqlar barədə rəhbərliyi məlumatlandırır, ISO 9001, qida təhlükəsizliyi və əməyin mühafizəsi qaydalarına ciddi riayət edir və onların icrasına nəzarət edir.

Xüsusi tələblər

  • PLC, SCADA və HMI sistemləri üzrə bilik və praktiki iş təcrübəsi.
  • Sənaye avtomatlaşdırma sistemlərində istifadə olunan sensorlar, aktuatorlar və digər avadanlıqlarla işləmək bacarığı.
  • Elektrik və avtomatika sxemlərini oxumaq, analiz etmək və tətbiq etmək bacarığı.
  • Avtomatlaşdırma sistemlərinin quraşdırılması, sazlanması, proqramlaşdırılması və diaqnostikası üzrə təcrübə.
  • Texniki nasazlıqları operativ müəyyən etmək və aradan qaldırmaq bacarığı.

Biz nə təklif edirik:

  • İş yeri: Bakı-Masazır, Sumqayıt, Xırdalan, Cəbrayıl
  • İş qrafiki: Bazar ertəsi–Cümə, 09:00–18:00
  • Nahar: Şirkət tərəfindən təmin olunur
  • Əməkhaqqı: Təcrübə və ixtisas səviyyəsinə uyğun rəqabətqabiliyyətli əməkhaqqı
  • İş mühiti: Regionun aparıcı FMCG şirkətində dinamik və innovativ korporativ mədəniyyət
Müraciət etmək üçün: [email protected]
Yerləşmə
Bakı
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
14 avqust 2026

Şirkət haqqında

Azersun Holding
Emal sənayesi, Qida məhsullarının istehsalı · Baku

1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azərsun Holdinq" MMC ölkənin qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən qabaqcıl şirkətidir.

Azersun Holding — bütün vakansiyalar

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Technocare MMC
Junior · 1+ il
1 000–1 500

Avtomatika sistemlərinin layihələndirilməsi və dəstəyi üzrə işləyir, PLC və SCADA bilikləri tələb olunur

PLCSCADATestingTechnical Documentation+7
Müraciət etAsan müraciətAsan müraciət
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Avtomatika üzrə mütəxəssis
Müraciət et