NÖC üzrə qrup rəhbəri kimi instrumentasiya və nəzarət sistemləri üzrə 7 ildən çox təcrübə tələb olunur.
Vakansiya haqqında
Şirkət: Azərsun Holdingin Xırdalan və Sumqayıt şəhərlərində yerləşən İstehsalat müəssisələri
Tələblər:
- Təhsil: Ali (Avtomatika sahəsi üzrə)
- Dil bilikləri: Azərbaycan – əla; Rus dili və İngilis dili-arzu olunandır;
- Microsoft Office (MS Excel,Word Power Point ) - Yaxşı;
- Məntiqi və analitik düşünmə tərzi olmalı;
- Detallara diqqət göstərmə, davamlı öyrənmə və inkşafa meyillilik, hədəf və nəticə yönümlü olmaq;
- Komandada işləmə bacarığı;
- PLC,DCS,SCADA sistemləri haqqında biliklər.
Vəzifə öhdəlikləri
- Sərbəst şəkildə elektrik və avtomatikaya aid sxemlərin oxunmasını bilməli;
- Elektronika və elektronik təmirlərlə bağlı bilgili olmalı;
- Sistemlərin idarəetmə dövrələrində yaranmış problemləri araşdıraraq aradan qaldırması;
- Ölçü cihazlarında yaranmış problemləri araşdıraraq aradan qaldırılması;
- Avtomatika sahəsinə aid cihaz və avadanlıqlara periodik olaraq texniki baxış keçirməli və müvafiq qeydiyyatlar aparmalı;
- Pnevmatik sistemlərin idarəetmə dövrələrində və ölçü cihazlarında yaranmış problemləri araşdıraraq aradan qaldirmalı;
- İdarəetmə sistemlərdə çixan və çixa biləcək uyğunsuzluqlarda düzəldici və önləyici fəaliyyətlər həyata keçirməyi bilməli;
- Sistemdə baş verən xətaların və qəza mesajlarının təhlil edilməsi və həlli yönündə qərar verilməsi;
- Avtomatika sahəsinə aid SAP iş əmirlərinin açılmasını və qapadılmasını həyata keçirməli;
- Adminstrator səviyyəsi istisna olmaqla, orta səviyyəli proqram təminatına müdaxilə edilməsi;
- SCADA, DCS, PLC sistemlərinə təmas edilməsi və onların alqoritmik quruluşunun təhlil edilməsi;
- İstehsalatın davamiyyətini təmin etməli və alternativ variantları təklif etməyi bacarmalı.
İş şəraiti
- İş Qrafiki: Növbəli
- İş yeri: Xırdalan və Sumqayıt
- Nəqliyyat dəstəyi mövcuddur
- Nahar şirkət tərəfindən təmin olunur
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz. Email-in mövzu hissəsində “Avtomatika üzrə mütəxəssis” qeyd etməyiniz xahiş olunur.
Şirkət haqqında
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azərsun Holdinq" MMC ölkənin qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən qabaqcıl şirkətidir.
Azersun Holding — bütün vakansiyalarMüraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Rəqəmsal marketinq üzrə mütəxəssis sosial media və SEO bilikləri ilə kontent idarə edir.
İstehsalatda məhsulların keyfiyyətinə nəzarət edir və analitik bacarıqlara malikdir.
İstehsalatda məhsulların keyfiyyətinə nəzarət edir və analitik bacarıqlara malikdir.


