Aşağı və yüksək gərginlikli elektrik sistemlərinin texniki nəzarətini həyata keçirir, elektrik mühəndisliyi bilikləri tələb olunur.
Vakansiya haqqında
Vəzifə öhdəlikləri
- Binadaxili və sahədaxili elektrik təchizatı sistemlərinin (işıqlandırma, yerlə birləşdirmə (torpaqlama), ildırımdan mühafizə və s.) layihələndirilməsi
- Zəif cərəyan sistemlərinin (yanğın siqnalizasiyası, rabitə, videomüşahidə, girişə nəzarət sistemi və s.) layihələndirilməsi
- Elektrik yüklərinin hesablanmasını, kabel kəsiklərinin seçilməsini və qısaqapanma cərəyanlarının yoxlanılmasını təmin etmək
- Transformator yarımstansiyaları, paylayıcı qovşaqlar (BPL/IPL/MCC) və dizel-generator qurğuları üzrə texniki həllərin hazırlanması
- Elektrik xətlərinin trasslarının seçilməsi və digər bölmələrlə (memarlıq, konstruksiya, su-kanalizasiya, mexanika və s.) koordinasiyanın həyata keçirilməsi
- Layihələrin IEC, PUE, SNiP, SP, AzDTN və digər müvafiq normativ sənədlərin tələblərinə uyğun hazırlanmasına nəzarət etmək
- Dövlət qurumları (o cümlədən elektrik təchizatı təşkilatları) və sifarişçilərlə layihələrin razılaşdırılması prosesində iştirak etmək
- Tikinti mərhələsində layihə üzrə müəllif nəzarətini həyata keçirmək.
- Komanda üzvlərinə texniki dəstək göstərmək və layihə sənədlərinin yekun keyfiyyətinə cavabdeh olmaq
Tələblər
- AutoCAD və Revit proqramlarında sərbəst işləmə bacarığı.
- Texniki sənədlərin hazırlanması üçün MS Office (Word, Excel və s.), həmçinin elektrik hesablamaları üçün müvafiq proqram təminatı (məsələn, ETAP, DIALux və s.) ilə işləmə təcrübəsi üstünlükdür.
- Elektrik təchizatı və zəif cərəyan sistemləri üzrə dərin nəzəri və praktiki biliklər, həmçinin hesablama bacarığı.
- IEC, PUE, SNiP, SP, AzDTN və digər normativ sənədlərə yüksək səviyyədə bələdlik.
- Komandanın idarə olunması, koordinasiya və layihələrə texniki nəzarət bacarıqları.
- Azərbaycan və rus dillərində texniki sənədlərlə işləmə bacarığı.
- Elektrik mühəndisliyi (elektrik təchizatı sistemləri) üzrə ali texniki təhsil.
- Sahə üzrə minimum 5 –7 il layihələndirmə təcrübəsi, o cümlədən mürəkkəb və xüsusi təyinatlı obyektlərdə iş təcrübəsi.
- Yaşayış və inzibati binalar, sənaye müəssisələri, tibb müəssisələri, hərbi və strateji təyinatlı obyektlər üzrə layihə təcrübəsi üstünlükdür.
Muraciətinizi [email protected] və ya [email protected] elektron poçt ünvanlarına “Elektrik işləri üzrə layihəçi mühəndis” başlığı ilə göndərməklə edə bilərsiniz.
Yerləşmə
Azərbaycan
Təcrübə
5–7 il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
20 avqust 2026
Dillər
Azerbaijani, Russian
Son tarix
20 sentyabr 2026
Şirkət haqqında
North West
Construction · Baku
Müraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Maaş göstərilməyib
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib
Elektrik təchizatı və zəif cərəyan sistemlərinin layihələndirilməsini həyata keçirir, 5-7 il təcrübə tələb olunur.
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib
Tikinti sahəsində işlərin təşkilini və keyfiyyətli icrasını təmin etmək üçün 20 ildən çox təcrübə tələb olunur
Müraciət etAsan müraciətAsan müraciət
1 500–1 800₼
Memar kimi layihələrin eskiz və işçi layihələrini hazırlamaq üçün ən azı 5 il təcrübə tələb olunur.
Müraciət etAsan müraciətAsan müraciət



