Vakansiya haqqında

  • Binadaxili və sahədaxili elektrik təchizatı sistemlərinin (işıqlandırma, yerlə birləşdirmə (torpaqlama), ildırımdan mühafizə və s.) layihələndirilməsi
  • Zəif cərəyan sistemlərinin (yanğın siqnalizasiyası, rabitə, videomüşahidə, girişə nəzarət sistemi və s.) layihələndirilməsi
  • Elektrik yüklərinin hesablanmasını, kabel kəsiklərinin seçilməsini və qısaqapanma cərəyanlarının yoxlanılmasını təmin etmək
  • Transformator yarımstansiyaları, paylayıcı qovşaqlar (BPL/IPL/MCC) və dizel-generator qurğuları üzrə texniki həllərin hazırlanması
  • Elektrik xətlərinin trasslarının seçilməsi və digər bölmələrlə (memarlıq, konstruksiya, su-kanalizasiya, mexanika və s.) koordinasiyanın həyata keçirilməsi
  • Layihələrin IEC, PUE, SNiP, SP, AzDTN və digər müvafiq normativ sənədlərin tələblərinə uyğun hazırlanmasına nəzarət etmək
  • Dövlət qurumları (o cümlədən elektrik təchizatı təşkilatları) və sifarişçilərlə layihələrin razılaşdırılması prosesində iştirak etmək
  • Tikinti mərhələsində layihə üzrə müəllif nəzarətini həyata keçirmək.
  • Komanda üzvlərinə texniki dəstək göstərmək və layihə sənədlərinin yekun keyfiyyətinə cavabdeh olmaq

Xüsusi tələblər

  • AutoCAD və Revit proqramlarında sərbəst işləmə bacarığı.
  • Texniki sənədlərin hazırlanması üçün MS Office (Word, Excel və s.), həmçinin elektrik hesablamaları üçün müvafiq proqram təminatı (məsələn, ETAP, DIALux və s.) ilə işləmə təcrübəsi üstünlükdür.
  • Elektrik təchizatı və zəif cərəyan sistemləri üzrə dərin nəzəri və praktiki biliklər, həmçinin hesablama bacarığı.
  • IEC, PUE, SNiP, SP, AzDTN və digər normativ sənədlərə yüksək səviyyədə bələdlik.
  • Komandanın idarə olunması, koordinasiya və layihələrə texniki nəzarət bacarıqları.
  • Azərbaycan və rus dillərində texniki sənədlərlə işləmə bacarığı.
  • Elektrik mühəndisliyi (elektrik təchizatı sistemləri) üzrə ali texniki təhsil.
  • Sahə üzrə minimum 5 –7 il layihələndirmə təcrübəsi, o cümlədən mürəkkəb və xüsusi təyinatlı obyektlərdə iş təcrübəsi.
  • Yaşayış və inzibati binalar, sənaye müəssisələri, tibb müəssisələri, hərbi və strateji təyinatlı obyektlər üzrə layihə təcrübəsi üstünlükdür.

Muraciətinizi [email protected] və ya [email protected] elektron poçt ünvanlarına “Elektrik işləri üzrə layihəçi mühəndis” başlığı ilə göndərməklə edə bilərsiniz.

Müraciət etmək üçün: [email protected]
Yerləşmə
Bakı
Təcrübə
5–7 il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
21 avqust 2026
Dillər
Azerbaijani, Russian

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

North West
Senior · 5–7 il
Maaş göstərilməyib

Elektrik təchizatı və zəif cərəyan sistemlərinin layihələndirilməsini və texniki nəzarətini həyata keçirir, AutoCAD bacarığı tələb olunur.

AutoCADRevitElectrical Systems DesignCable Sizing+9
Müraciət etAsan müraciətAsan müraciət
BRPG LLC
Middle · 3+ il
Maaş göstərilməyib

Layihələrin konstruktiv cizgilərini hazırlayır və tikinti sahəsində nəzarət edir, 3 il təcrübə tələb olunur

AutoCADHigher education in relevant fieldMicrosoft OfficeLira+4
Müraciət etAsan müraciətAsan müraciət
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Elektrik üzrə layihəçi mühəndis
Müraciət et