Vakansiya haqqında

İş yeri: Sumqayıt, Ceyranbatan ərazisi

Təmsilçiliyini həyata keçirdiyimiz qlobal generator brendi üzrə satış, quraşdırma, işə salma və satış sonrası texniki xidmət işlərini həyata keçirəcək təcrübəli Generator Servisi üzrə Texniki Usta axtarırıq.

Namizəd generatorlarla bağlı texniki prosesi satış öncəsi sahə baxışından başlayaraq, quraşdırma, işə salma, diaqnostika və satış sonrası servisə qədər müstəqil şəkildə həyata keçirə biləcək praktiki təcrübəyə malik olmalıdır.

Əsas vəzifələr

  • Satış öncəsi müştəri obyektlərinə texniki baxışların keçirilməsi;
  • Generatorun yerləşdiriləcəyi sahənin və mövcud elektrik infrastrukturunun texniki qiymətləndirilməsi;
  • Generator gücü, yerləşmə, kabel, ATS və elektrik bağlantıları ilə bağlı texniki rəyin hazırlanması;
  • Generatorların quraşdırılması və elektrik bağlantılarının həyata keçirilməsi;
  • ATS və əlaqəli elektrik avadanlıqlarının qoşulması;
  • Generatorların ilkin işə salınması və funksional testlərin aparılması;
  • Planlı texniki baxış və servis işlərinin həyata keçirilməsi;
  • Mühərrik, alternator, idarəetmə paneli, yanacaq və digər köməkçi sistemlərdə nasazlıqların müəyyən edilməsi;
  • Elektrik və mexaniki nasazlıqların diaqnostikası və aradan qaldırılması;
  • Ehtiyat hissələrinin dəyişdirilməsi və təmir işlərinin aparılması;
  • Müştəri obyektlərində texniki problemlərə operativ müdaxilə;
  • Görülmüş servis və texniki işlər üzrə hesabatların hazırlanması.

Namizədə tələblər

  • Dizel generatorların servis və təmiri üzrə praktiki iş təcrübəsi;
  • Dizel mühərrikləri və generatorların iş prinsipini yaxşı bilmək;
  • Generatorların elektrik hissəsi və bağlantıları üzrə praktiki bacarıq;
  • ATS, idarəetmə panelləri və avtomatika sistemləri üzrə bilik;
  • Elektrik sxemlərini oxuma bacarığı;
  • Elektrik ölçü və sınaq cihazlarından istifadə bacarığı;
  • Nasazlıqların diaqnostikası və aradan qaldırılması bacarığı;
  • Müştəri obyektlərində və sahə şəraitində işləməyə hazır olmaq;
  • Bakı və regionlara ezamiyyətlərə hazır olmaq;
  • Məsuliyyətli olmaq və əməyin mühafizəsi, elektrik təhlükəsizliyi qaydalarına ciddi riayət etmək.

İşin əsas istiqamətləri

Satış öncəsi

  • Sahə ziyarəti → Texniki qiymətləndirmə → Tələblərin müəyyən edilməsi

Quraşdırma və işə salma

  • Generatorun quraşdırılması → Elektrik və kabel bağlantıları → ATS qoşulması → İşə salma və test

Satış sonrası servis

  • Planlı texniki baxış → Diaqnostika → Təmir → Ehtiyat hissələrinin dəyişdirilməsi → Texniki dəstək

Biz kim axtarırıq?

  • Biz yalnız servis işlərini həyata keçirən əməkdaş deyil, generatorun satışından əvvəl texniki qiymətləndirmədən başlayaraq quraşdırma, işə salma və satış sonrası servisə qədər bütün texniki prosesdə iştirak edə biləcək təcrübəli texniki usta axtarırıq.

CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

E-mailin mövzu (Subject) hissəsində: “Generator Servisi üzrə Texniki Usta” qeyd etməyiniz xahiş olunur

Yerləşmə
Sumqayıt
Təcrübə
Middle
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
16 sentyabr 2026
Son tarix
16 oktyabr 2026

Şirkət haqqında

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Company
Middle · 3+ ilBakı
Maaş göstərilməyib

Tikinti obyektlərində elektrik sistemlərinin quraşdırılması və texniki xidmət üçün 3 il təcrübə tələb olunur

Electrical Systems InstallationElectrical panel installationElectrical Schematics ReadingFault detection and troubleshooting+1
Müraciət etAsan müraciətAsan müraciət
Hermes-S MMC
Senior · 15+ ilBakı
Maaş göstərilməyib4 gün qalıb

Tikinti obyektlərində elektrik sistemlərinin quraşdırılması və texniki nəzarətini həyata keçirir, elektrik mühəndisliyi üzrə təcrübə tələb olunur.

Technical DocumentationQuality ControlAutoCADElectrical Engineering+10
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib3 gün qalıb

Tikinti obyektlərində elektrik sistemlərinin quraşdırılması və texniki baxış işləri aparılır, elektrik sahəsində 2 il təcrübə tələb olunur.

Technical MaintenanceTeamworkElectrical Schematics ReadingSafety Regulations Compliance+3
Müraciət etAsan müraciətAsan müraciət
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Generator servisi üzrə texniki usta
Müraciət et