Vakansiya haqqında

“Hermes-S” MMC Elektrik Mühəndisi vakansiyası elan edir

Hermes-S” MMC tikinti layihələrində elektrik sistemlərinin layihə, texniki və normativ tələblərə uyğun quraşdırılmasının və istismarının təmin edilməsi məqsədilə Elektrik Mühəndisi vəzifəsinə peşəkar və məsuliyyətli namizədləri dəvət edir.

Vəzifə haqqında

  • Elektrik Mühəndisi tikinti obyektlərində elektrik təchizatı və elektrik sistemlərinin quraşdırılması, sınaqdan keçirilməsi və istismara hazırlanması proseslərinin texniki təşkilini həyata keçirəcək, işlərin layihə sənədlərinə, texniki şərtlərə və normativ tələblərə uyğunluğuna nəzarət edəcək.

Əsas vəzifə və öhdəliklər

  • Tikinti obyektlərində elektrik-quraşdırma işlərinin təşkilini və texniki nəzarətini həyata keçirmək;
  • Elektrik sistemlərinin təsdiq edilmiş layihə, işçi çertyojlar, texniki şərtlər və normativ sənədlərə uyğun quraşdırılmasına nəzarət etmək;
  • Elektrik layihələrini, işçi çertyojları və texniki sənədləri təhlil etmək;
  • Elektrik kabellərinin, kabel xətlərinin, elektrik panolarının, avtomatların, qoruyucu və paylayıcı qurğuların düzgün quraşdırılmasına nəzarət etmək;
  • Elektrik avadanlıqlarının və materiallarının layihə və texniki tələblərə uyğunluğunu yoxlamaq;
  • Elektrik-quraşdırma işlərinin texnoloji ardıcıllığının düzgün həyata keçirilməsini təmin etmək;
  • Görülən işlərin keyfiyyətinə və texniki tələblərə uyğunluğuna nəzarət etmək;
  • Elektrik sistemlərinin sınaq, ölçmə və yoxlama işlərinin təşkilində iştirak etmək;
  • Torpaqlama, ildırımdan mühafizə və digər elektrik təhlükəsizliyi sistemlərinin düzgün quraşdırılmasına nəzarət etmək;
  • Aşkar edilmiş texniki uyğunsuzluqların aradan qaldırılmasına nəzarət etmək;
  • Elektrik-quraşdırma işlərinin müəyyən edilmiş iş qrafikinə uyğun və vaxtında icrasını təmin etmək;
  • Elektrikçi briqadalarının və subpodratçı təşkilatların fəaliyyətinin texniki koordinasiyasında iştirak etmək;
  • Görülmüş işlərin ölçülməsi, aktlaşdırılması və təhvil-təslim proseslərində iştirak etmək;
  • Elektrik sistemləri üzrə icra sənədlərinin, texniki hesabatların və digər sənədlərin hazırlanmasını təmin etmək;
  • Layihədə baş verən dəyişikliklərin elektrik sistemlərinə təsirini qiymətləndirmək;
  • Tikinti sahəsində əməyin mühafizəsi, elektrik və yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasına nəzarət etmək;
  • Rəhbərliyin elektrik sistemləri ilə bağlı verdiyi texniki tapşırıqları vaxtında və keyfiyyətlə icra etmək.

Namizədə qarşı tələblər

  • Elektrik mühəndisliyi üzrə ali təhsil;
  • Tikinti sahəsində elektrik mühəndisi kimi 15 ildən artıq iş təcrübəsi;
  • Yaş həddi: 50 yaşadək;
  • Tikinti obyektlərində elektrik sistemlərinin layihələndirilməsi, quraşdırılması və istismara verilməsi üzrə praktiki biliklər;
  • Elektrik təchizatı, elektrik-quraşdırma və paylayıcı sistemlərin təşkili üzrə geniş təcrübə;
  • Elektrik sistemlərinin, avadanlıqlarının, kabel xətlərinin və elektrik panolarının iş prinsipləri barədə biliklər;
  • Layihə, işçi çertyojlar, elektrik sxemləri və texniki sənədlərlə işləmək bacarığı;
  • Elektrik və tikinti norma, qayda və standartları üzrə biliklər;
  • Elektrik materialları, avadanlıqları və kabel sistemləri üzrə praktiki biliklər;
  • Elektrik-quraşdırma işlərinin keyfiyyətinə və texniki tələblərə uyğunluğuna nəzarət etmək bacarığı;
  • AutoCADMS Office proqramlarında işləmək bacarığı;
  • Texniki sənədləşmə, icra sənədləri və hesabatların hazırlanması üzrə bacarıq;
  • Elektrik sistemlərinin sınaq, ölçmə və yoxlama prosesləri üzrə praktiki biliklər;
  • Analitik düşünmə və operativ qərarvermə qabiliyyəti;
  • Yüksək məsuliyyət, intizam və təşkilatçılıq bacarığı;
  • Komandada işləmək, briqadaları koordinasiya etmək və effektiv kommunikasiya qurmaq bacarığı.

İş şəraiti

  • İş günləri: Həftənin 6 günü;
  • İş saatları: 09:00–18:00;
  • Əmək haqqı: Namizədin peşəkar təcrübəsi, ixtisası, bilik və bacarıqları nəzərə alınmaqla müsahibə əsasında müəyyən ediləcək;
  • Rəsmi əmək müqaviləsi;
  • Peşəkar və işgüzar əmək mühiti;
  • Uzunmüddətli əməkdaşlıq imkanları.

Vakansiyaya müraciət etmək istəyən namizədlər CV və portfoliolarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanı vasitəsilə təqdim edə bilərlər.

CV-də namizədin təhsil məlumatları, əvvəlki iş təcrübəsi, iştirak etdiyi tikinti layihələri və elektrik sistemləri üzrə peşəkar bacarıqları ətraflı şəkildə qeyd edilməlidir.

“Hermes-S” MMC tikinti sahəsində elektrik sistemləri üzrə peşəkar bilik, praktiki təcrübə və texniki bacarıqlara malik Elektrik Mühəndisini öz komandasına dəvət edir.

Yerləşmə
Azərbaycan
Təcrübə
15+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
20 avqust 2026
Son tarix
20 sentyabr 2026

Şirkət haqqında

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Hermes-S MMC
Senior · 15+ il
Maaş göstərilməyib

Tikinti layihələrinin sahədə icrasını təşkil edir və 15 ildən çox təcrübə tələb olunur

Construction ManagementTechnical DocumentationQuality ControlAutoCAD+10
Müraciət etAsan müraciətAsan müraciət
Hermes-S MMC
Senior · 15+ il
Maaş göstərilməyib

Tikinti layihələrinin texniki və təşkilati icrasına nəzarət edir, 15 ildən çox təcrübə tələb olunur.

Quality ControlAutoCADTeamworkConstruction Project Management+10
Müraciət etAsan müraciətAsan müraciət
Hermes-S MMC
Senior · 20+ il
Maaş göstərilməyib

Tikinti sahəsində işlərin təşkilini və keyfiyyətli icrasını təmin etmək üçün 20 ildən çox təcrübə tələb olunur

Construction ManagementQuality ControlAutoCADLeadership+10
Müraciət etAsan müraciətAsan müraciət
GNC Group
Middle · 5+ il
Maaş göstərilməyib

Metallurgiya mühəndisi istehsal proseslərini idarə edir və metallurgiya biliklərinə malikdir.

Quality ControlTechnical DocumentationTeamworkChemical Engineering+5
Müraciət etAsan müraciətAsan müraciət
Bütün oxşar vakansiyalar

Mövzu üzrə materiallar

Bütün materiallar
Göstərilməyib
Elektrik mühəndisi
Müraciət et