Texnik köməkçisi kimi havalandırma borularını açmaq və təmizləmək bacarığı tələb olunur.
Vakansiya haqqında
İş haqqında:
- Azroksan şirkəti istehsal planlarına uyğun olaraq kompozit hissələrin və komponentlərin istehsalı, emalı və yığılması proseslərinin tələb olunan keyfiyyət standartlarına, texniki tələblərə və müəyyən edilmiş müddətlərə uyğun şəkildə icrasını təmin edəcək Kompozit İstehsalı Texniki axtarır. Kompozit İstehsalı Texniki istehsal proseslərində istifadə olunan avadanlıq və alətlərin düzgün istismarına, istehsal sənədlərinin aparılmasına və iş mühitinin təhlükəsiz, nizamlı saxlanılmasına cavabdehdir.
Əsas vəzifələr:
- İstehsal planlarında müəyyən edilmiş kompozit hissələrin istehsalı, emalı və yığılması işlərini tələb olunan keyfiyyətdə və müəyyən edilmiş müddətlərdə yerinə yetirmək;
- Kompozit materialların hazırlanması, qəliblənməsi, kəsilməsi, emalı, yığılması və digər istehsal proseslərini müəssisədaxili prosedur və təlimatlara uyğun icra etmək;
- İstehsal proseslərində istifadə olunan alət, avadanlıq, ölçü vasitələri və digər texniki vasitələrin düzgün istifadəsini təmin etmək və onların saz vəziyyətdə saxlanılmasına nəzarət etmək;
- İstehsal sənədlərini, əməliyyat kartlarını və digər aidiyyəti qeydləri düzgün və vaxtında doldurmaq;
- İstehsalat avadanlıqlarının gündəlik texniki baxış və xidmət işlərini yerinə yetirmək, müvafiq texniki xidmət sənədlərini doldurmaq;
- İstehsal zamanı keyfiyyət tələblərinə və texniki spesifikasiyalara riayət etmək;
- İş yerinin təmiz, səliqəli və təhlükəsizlik qaydalarına uyğun vəziyyətdə saxlanılmasını təmin etmək;
- Görülmüş işlər üzrə gündəlik hesabat və əmək vaxtı qeydlərini aparmaq;
- Əməyin mühafizəsi, sənaye təhlükəsizliyi və daxili qaydalara riayət etmək.
Tələblər:
- Kimya ixtisası üzrə ali təhsil;
- İstehsalat və ya texniki sahədə iş təcrübəsi arzuolunandır;
- Texniki çertyojları və istehsal sənədlərini oxumaq bacarığı;
- Ölçü alətləri və istehsal avadanlıqları ilə işləmək bacarığı;
- Keyfiyyət standartları və istehsal prosesləri barədə ümumi biliklər;
- Məsuliyyətlilik, dəqiqlik və komandada işləmək bacarığı;
- Təhlükəsizlik qaydalarına ciddi riayət etmək bacarığı.
Müraciət etmək istəyən namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməli və mövzu sətrində “Kompozit İstehsalı Texniki” qeyd etməlidirlər.
Qeyd: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Texniki mühəndis üzrə bazar adətən 800–1 600 ₼ ödəyir, median — 1 120 ₼.
61 açıq vakansiya, 26 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Texniki mühəndis kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakıda yerləşir.
Namizədlər CV-lərini elektron poçt ünvanına göndərməlidirlər, mövzu sətrində “Kompozit İstehsalı Texniki” qeyd olunmalıdır. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçKompozit hissələrin istehsalı, emalı, yığılması və avadanlıqların düzgün istifadəsi əsas vəzifələrdəndir.
İstehsalat və ya texniki sahədə iş təcrübəsi arzuolunandır.
Bəli, əməyin mühafizəsi və sənaye təhlükəsizliyi qaydalarına ciddi riayət etmək tələb olunur.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarTexniki mühəndis üzrə Bakıda digər açıq elanlar.
Avadanlıq və proqram təminatının texniki təhlilini aparır, Rus dili bilikləri tələb olunur.
Su avtomatlarının texniki xidmətini göstərir, elektrik və santexnika biliklərinə malikdir.
İşıqlandırma layihələrinin texniki hesablamalarını aparır və layihə işlərini nəzarət edir.


