Tikinti layihələrinin planlaşdırılması və iş qrafiklərinin hazırlanması üzrə texniki mühəndis axtarılır.
Vakansiya haqqında
Metdizayn MMC Bakı ofisimizdə zəif axım sistemlərinin layihələndirilməsi üçün Layihəçi mühəndis əməkdaş axtarılır.
Vəzifə öhdəlikləri:
- Müxtəlif təyinatlı bina və qurğuların zəif axım sistemlərinin (yanğın siqnalizasiya, videomüşahidə, telekommunikasiya, fövqəladə hallar zamanı səsləndirmə və musiqi, kartlı keçid, turniket və digər mühafizə sistemləri, zəhərli, kimyəvi qazların, mayelərin monitorinq sistemi və s.) Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi (FHN) tələblərinə və qüvvədə olan normativ standartlara (AzDTN, EQQQ, Snip və s.), eləcədə avropa və beynəlxalq standartlara (EN, BS, NFPA, TIA, IEC və s.) uyğun layihələndirilməsi ;
- Layihələrin təqvim planlamasının aparılması;
- Layihələrin müvafiq dövlət orqanları ilə razılaşdırılması prosesində iştirak etmək ;
- Layihə sənədlərinin azərbaycan, ingilis, zərurət yarandıqda rus dilində hazırlanması ;
Namizədə tələblər:
- Elektrik, MEP, tikinti və ya əlaqəli texniki ixtisas üzrə təhsil;
- AutoCAD və Microsoft Office proqramlarında yaxşı səviyyədə işləmək bacarığı;
- Revit proqramında işləmək bacarığı;
- B1/B2 səviyyəsində ingilis dili biliyi ;
- Komandalarla, komanda yoldaşları ilə koordinasiyalı şəkildə işləmək və verilmiş tapşırıqları müəyyən olunmuş müddətdə yerinə yetirmək ;
Üstünlük hesab olunur:
- Zəif axım sistemləri ilə bağlı dizayn və hesabat proqramlarda işləmək;
- Böyükmiqyaslı yaşayış, kommersiya və ya sənaye layihələrində təcrübə;
- Navisworks ilə işləmə təcrübəsi;
- Rus dili və digər dil bilikləri;
Ümumi məlumat:
- İş yeri: Bakı şəhəri
- İş rejimi: 5 gün/ 09:00 – 18:00
- Nahar fasiləsi: 13:00 – 14:00
- Əmək haqqı müsahibə əsasında təyin ediləcəkdir
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən işə qəbul.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Texniki mühəndis üzrə bazar adətən 800–1 800 ₼ ödəyir, median — 1 200 ₼.
50 açıq vakansiya, 27 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Texniki mühəndis kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş həftədə 5 gün, saat 09:00-dan 18:00-dəkdir.
Nahar fasiləsi saat 13:00-dan 14:00-dəkdir.
Əmək haqqı müsahibə əsasında təyin edilir.
AutoCAD, Microsoft Office və Revit proqramlarında işləmək bacarığı tələb olunur.
Elektrik, MEP, tikinti və ya əlaqəli texniki ixtisas üzrə təhsil tələb olunur.
İngilis dili B1/B2 səviyyəsində, rus dili üstünlükdür.
Namizədlər CV-lərini elektron poçt vasitəsilə göndərməlidirlər. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarTexniki mühəndis üzrə Bakıda digər açıq elanlar.
Tikinti işlərinə nəzarət edir, layihəyə uyğunluq və minimum 5 il təcrübə tələb olunur
Layihəçi mühəndis kimi texniki hesablamalar aparır və AutoCAD-də çertyojlar hazırlayır
Elektrik avadanlıqlarının işlək vəziyyətdə saxlanmasını və texniki xidmətini təmin etmək üçün elektrik mühəndisliyi bilikləri tələb olunur




