Vakansiya haqqında

Texniki Kommersiya Mühəndisi (Junior Engineer)

İş qrafiki:

Həftədə 5 iş günü, Azərbaycan Respublikasının qüvvədə olan əmək qanunvericiliyinə uyğun olaraq.

İş vaxtı:

09:00 – 18:00, nahar fasiləsi daxil olmaqla 1 saat.

Əsas vəzifə və öhdəliklər:

Sizin əsas vəzifə və öhdəliklərinizə aşağıdakılar daxildir:

Şirkətin təqdim etdiyi bütün həllər və məhsullar üzrə texniki dəstəyin göstərilməsi;

Şirkət tərəfindən satılan avadanlıqların diaqnostikası və təmiri;

Ticarət avadanlıqlarının (ştrix-kod skanerləri, POS sistemləri, kassa və etiket printerləri, məlumat toplama terminalları və digər avadanlıqların) diaqnostikası və təmiri.

Modul və komponent səviyyəsində təmir işlərinin aparılması (displeylərin, sensor ekranların, düymələrin, enerji təchizatı konnektorlarının dəyişdirilməsi, elektron plataların təmiri).

Avadanlıqların proqram təminatının yenilənməsi (firmware), sazlanması və təmirdən sonra sınaqdan keçirilməsi.

Ehtiyat hissələrinin uçotunun aparılması və məlumat bazasında müvafiq hesabatların hazırlanması.

Müştərilərə və ya şirkət əməkdaşlarına avadanlıqların istifadəsi və istismarı ilə bağlı texniki məsləhətlərin verilməsi.

Görülmüş texniki işlərin müvafiq sənədlərlə rəsmiləşdirilməsi və sənədləşdirilməsinin aparılması;

Öz tərəfinizdən həyata keçirilən satışların və müqavilələrin tam şəkildə müşayiət edilməsi – ilkin danışıqlardan başlayaraq müvafiq sənədlərin hazırlanması və rəsmiləşdirilməsinə qədər;

Daxil olan servis müraciətlərinin qəbulu, qeydiyyatı, emalı və icrasının təşkili;

Şirkətin korporativ İT sistemlərinin idarə edilməsi və işlək vəziyyətdə saxlanılması;

Şirkətin korporativ hesabat sisteminin aparılması və müvafiq hesabatların hazırlanması;

İstifadənizə verilmiş şirkət əmlakı, avadanlıq və şəxsən Sizə təhvil verilmiş mallara görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun maddi məsuliyyət daşımaq.

Sınaq müddəti:

Sınaq müddəti işə başladığınız tarixdən etibarən 3 (üç) aya qədər müəyyən edilir.

Sınaq müddəti ərzində əməkhaqqı 400 ABŞ dolları (xalis, “net”) təşkil edir.

Tələblər:

Təcrübə: Minimum 1 il

Dil biliyi: Azərbaycan dili (Əla), Rus dili (Orta)

Əməkhaqqının ödənilməsi

Əməkhaqqı hər ay hesabat ayından sonrakı ayın 10-dək ödənilir.

Sınaq müddəti başa çatdıqdan sonra aylıq vəzifə maaşı 500 ABŞ dolları (xalis, “net”) + Bonus təşkil edir.

Mükafatlandırma (bonus) aşağıdakı işlər üzrə formalaşdırılır:

Zəmanət öhdəliklərinə daxil olmayan ödənişli təmir işləri;

Müştərilərin ərazisində həyata keçirilən ödənişli texniki işlər, o cümlədən montaj, işə salma, sazlama, təlim və nasazlıqların aradan qaldırılması.

Bonusun hesablanma bazası müvafiq işlərin ƏDV, mənfəət vergisi və fiziki şəxslərin gəlir vergisi nəzərə alınmadan müəyyən edilmiş dəyərinin 25%-i təşkil edir.

Təmir işlərinin həyata keçirilməsi zamanı ehtiyat hissələrinin satışı üzrə əlavə bonus hesablanır. Bonusun hesablanma bazası ƏDV nəzərə alınmadan əldə edilmiş ümumi mənfəətin 5%-i təşkil edir.

Məzuniyyət :

İllik ödənişli məzuniyyət Azərbaycan Respublikasının qüvvədə olan əmək qanunvericiliyinə uyğun olaraq təqdim edilir.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

CV‑ni yoxla
Yerləşmə
Bakı, Baku Ekonomic Zone
Təcrübə
1+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
22 sentyabr 2026
Dillər
Azerbaijani, Russian
HRX ilə müraciət
1
Baxış
20

Maaş bazarla müqayisədə

İşəgötürən məbləği göstərməyib. Texniki mühəndis üzrə bazar adətən 800–1 200 ₼ ödəyir, median — 875 ₼.

adətən bu qədər ödəyirlərnadir hallarda

48 açıq vakansiya, 20 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

Texniki mühəndis kimi öz maaşını yoxla

Şirkət haqqında

A-ONE.AZ
Commercial and Industrial Machinery Maintenance · 201-500 · Bakı
A-ONE.AZ — bütün vakansiyalar

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Bu vakansiya haqqında suallar

Həftədə 5 iş günü, 09:00–18:00 saatları arasında, 1 saat nahar fasiləsi ilə.

Sınaq müddətində 400 ABŞ dolları (net), sonra 500 ABŞ dolları (net) + bonus ödənilir.

Sınaq müddəti 3 aya qədər müəyyən edilir.

Ödənişli təmir işləri və ehtiyat hissələrinin satışından bonuslar verilir.

İllik ödənişli məzuniyyət Azərbaycan qanunvericiliyinə uyğun təqdim edilir.

Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Texniki mühəndis üzrə Bakıda digər açıq elanlar.

ANZ Energy MMC
JuniorBakı
500₼

Avadanlıqların texniki xidmətini göstərir, diaqnostika və montaj işlərini aparır, texniki düşüncə tələb olunur.

Technical MaintenanceComputer SkillsDiagnosticsInstallation+3
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
MAYAK Residence
Middle · 3+ ilBakı
Maaş göstərilməyib

Tikinti layihələrinin sənədləşdirilməsi və hesabatların hazırlanması üçün texniki ofis mühəndisi tələb olunur.

Report PreparationDocumentation ManagementOffice software1C+5
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Texniki kommersiya mühəndisi
Müraciət et