Texniki usta – təhlükəsizlik və zəif axın sistemləri üzrə

PRO Solutions

Vakansiya haqqında

Əmək haqqı: 600–1000 AZN

İş qrafiki: 6 gün

İş saatları: 09:00 dan –19:00 dək

İstirahət günü: Bazar

PROSOLUTIONS GROUP təhlükəsizlik və zəif axın sistemlərinin quraşdırılması və texniki xidməti üzrə Texniki Usta axtarır.

Əsas iş müxtəlif obyektlərdə avadanlıqların və sistemlərin montajı, kabellərin çəkilməsi, qoşulması və texniki xidmət işlərinin yerinə yetirilməsindən ibarətdir.

Namizədin aşağıda göstərilən bütün sistemlər üzrə mütəxəssis olması tələb olunmur. Sadalanan sistemlərdən ən azı bir neçəsi üzrə praktiki iş təcrübəsinin olması kifayətdir.

Aşağıdakı və ya uyğun texniki ixtisaslardan biri üzrə diplomun olması vacibdir:

  1. Avtomatlaşdırma və idarəetmə;
  2. Proseslərin avtomatlaşdırılması mühəndisliyi;
  3. Elektrik və elektronika mühəndisliyi;
  4. Elektrik mühəndisliyi;
  5. Elektroenergetika mühəndisliyi;
  6. Avtomatika;
  7. Elektrik, elektronika və avtomatlaşdırma sahəsinə uyğun digər ixtisaslar.

Vəzifə öhdəlikləri

  1. Videomüşahidə sistemlərinin (CCTV) montajı;
  2. Domofon və çoxmənzilli domofon sistemlərinin montajı;
  3. Girişə nəzarət sistemlərinin (СКУД / ACS) montajı;
  4. Mühafizə və siqnalizasiya sistemlərinin montajı;
  5. Yanğın siqnalizasiya sistemlərinin montajı;
  6. UTP, FTP və digər zəif axın kabellərinin çəkilməsi;
  7. Kamera, domofon, kart oxuyucu, maqnit kilid, sensor, siren və digər avadanlıqların quraşdırılması və qoşulması;
  8. Avadanlıqların sazlanması və nasazlıqların aradan qaldırılmasında iştirak;
  9. Obyektlərdə texniki xidmət və təmir işlərinin yerinə yetirilməsi.

Tələblər

  1. Montaj və texniki işlər üzrə praktiki təcrübə;
  2. CCTV, domofon, СКУД, siqnalizasiya, yanğın siqnalizasiya və ya digər zəif axın sistemlərindən ən azı bir neçəsi üzrə təcrübə;
  3. Elektrik və zəif axın kabellərinin çəkilməsi və qoşulması üzrə ilkin bilik;
  4. Elektrik alətləri və montaj alətləri ilə işləmək bacarığı;
  5. Multimetrdən istifadə üzrə ilkin bilik;
  6. Texniki düşüncə və yeni sistemləri öyrənmək bacarığı;
  7. Məsuliyyətli və intizamlı olmaq;
  8. Obyektlərdə işləməyə hazır olmaq.
Yerləşmə
Bakı
Təcrübə
Junior
Məşğulluq
Tam ştat
Əməkhaqqı
600–1 000 ₼
Yerləşdirilib
16 sentyabr 2026

Şirkət haqqında

PRO Solutions
Corporate office · Baku
PRO Solutions — bütün vakansiyalar

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

500–700

Elektrik və aşağı cərəyan sistemlərinin quraşdırılmasını həyata keçirir, məsuliyyət və komanda işinə malikdir.

TeamworkResponsibilityElectrical InstallationFire Alarm System Installation+6
Müraciət etAsan müraciətAsan müraciət
900–1 000

Təhlükəsizlik sistemlərinin quraşdırılması və sazlanması üzrə təcrübəli texniki mütəxəssis tələb olunur.

Fire Alarm System InstallationAccess control system installationTCP/IP KnowledgeNetwork Protocols+3
Müraciət etAsan müraciətAsan müraciət
Bütün oxşar vakansiyalar
600–1 000 ₼
Texniki usta – təhlükəsizlik və zəif axın sistemləri üzrə
Müraciət et