Tikinti və fit-out layihələrini idarə edir, 5 il təcrübə və güclü idarəetmə bacarığı tələb olunur
Vakansiya haqqında
Öhdəliklər:
- Sifarişçi (və / və ya layihəçi) tərəfindən təqdim edilmiş layihələrin ilkin araşdırılması, aşkar edilmiş uyğunsuzluqları və çatışmazlıqları Sifarişçiyə (və / və ya layihəçiyə) yazılı şəkildə bildirmək;
- Layihələrin gələcəkdə icrası zamanı işlərin mövcud tikinti norma və qaydalarına, şərtnamələrə, tikintinin təşkilinə və mövcud naturaya əsasən icra edilmə mümkünlüyünün yoxlanılması;
- Sifarişçi və Subpodrat təşkilatlarla bağlanacaq müqavilələrin incələnərək şirkətin maraqlanıra zidd olan nüansların müəyyən edilməsi;
- Təqdim edilmiş layihə, smeta, müqavilə, spesifikasiya və digər texniki sənədlər əsasında ilkin material sifarişinin təchizat şöbəsinə təqdim edilməsi;
- Subpodrat təşkilatlardan qiymət təkliflərinin, işin icrasına dair qrafiklərin alınmasında iştirak etmək;
- Tikinti quraşdırma işləri başlandığı andan bütün mərhələlər üzrə işlərin layihə cizgilərinə və smeta sənədlərinə uyğun həyata keçirilməsinə nəzarət etmək;
- Tikinti normalarına uyğun tələb olunan bütün qeydiyyat jurnalların və daxili sənədləşmənin aparılmasını, laboratoriya sınaq prosedurlarının həyata keçirilməsini, mərhələlər üzrə gizli işlərin aktının yazılmasını, tikinti sahəsinə daxil olan mal materialların layihə smeta sənədlərinə uyğunluğunu və o cümlədən onlara aid sertifikatların mövcudluğunu nəzarətdə saxlamaq;
- Sifarişçinin tələbi üzrə müqavilədə qeyd edilmiş işin icra metadologiyalarının, iş qrafikinin, gündəlik, həftəlik və aylıq hesabatların, iclas protokollarının, işin icrasına dair mütəmadi olaraq arayışların hazırlanmasını nəzarətdə saxlamaq;
- Ərazidə gedən tikinti işlərinin layihəyə uyğun olub-olmamasına nəzarət etmək;
- Tikinti quraşdırma işlərinin təsdiqlənmiş vaxt planına əsasən həyata keçirilməsinə nəzarət etmək;
- Layihə smeta sənədlərinə və təchizat planına uyğun materialların təchizatına nəzarət etmək;
- İş qrafikinə əsasən hər hansı bir gecikmə olduğu halda prosesi təhlil etmək və tədbir planını hazırlamaq;
- Subpodrat təşkilatlar tərəfindən hazırlanmış yerinə yetirilən işlər haqqında Arayışın (Forma 2) müqaviləyə və layihə-smeta sənədlərinə uyğunluğunun yoxlanılması;
- Aylıq texniki hesabatların, yerinə yetirilən işlər haqqında Arayışların (Forma 2) və yerinə yetirilən podrat işlərinin və xərclərin müqavilə qiyməti ilə dəyərinə aid Arayışların (Forma 3) hazırlanaraq Sifarişçi ilə razılaşdırılması;
- İşin icrası zamanı Sifarişçi və ya forsmajor hallardan dolayı müqavilədən kənarlaşmaların, Sifarişçinin tələbi üzrə layihə və smeta sənədlərində yaranan əlavə işlərin həcminin ölçülməsi, qiymətləndirilməsi və Sifarişçi ilə razılaşdırılması;
- Layihə xərclərinə nəzarət edilməsi və maliyyə axınının hazırlanması;
- İşlərin Sifarişçiyə (və ya İstismarçı tərəfə) təhvil verilməsi üçün qanunvericiliyə uyğun olaraq tələb edilən sənədlərin hazırlanmasına nəzarət etmək.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Subject/Mövzu hissədə “Texniki mühəndis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur.
Şirkət haqqında
Şirkət yaşayış binalarının, ictimai və sənaye obyektlərinin, habelə telekommunikasiya obyektlərinin tikintisi, təmiri və yenidən qurulması və digər tikinti-quraşdırma işlərinin aparılması ilə məşğuldur.
Azinvest İnşaat — bütün vakansiyalarMüraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Tikinti obyektlərində texniki nəzarət aparır və keyfiyyətə uyğunluğu təmin edir.
Tikinti layihələrinin texniki və təşkilati icrasına nəzarət edir, 15 ildən çox təcrübə tələb olunur.
Tikinti obyektlərində elektrik sistemlərinin quraşdırılması və texniki nəzarətini həyata keçirir, elektrik mühəndisliyi üzrə təcrübə tələb olunur.


