Tikinti layihələrinin planlaşdırılması və iş qrafiklərinin hazırlanması üzrə texniki mühəndis axtarılır.
Vakansiya haqqında
Vəzifə öhdəlikləri
- Çertyoj və layihə sənədlərinin hazırlanması və yoxlanılması
- Layihələrin texniki tələblərə və normativlərə uyğunluğunun yoxlanılması
- Həcm hesablamaları və görülmüş işlərin ölçülərinin hesablanması
- Material, avadanlıq və işçilik üzrə smeta və hesabatların hazırlanmasına dəstək
- İcra sənədlərinin (aktlar, jurnallar, protokollar və s.) hazırlanması və arxivləşdirilməsi
- Layihə sənədlərinin sistemləşdirilməsi və yenilənməsi
- Sahə mühəndisləri, podratçılar və layihəçilərlə texniki məsələlərin koordinasiyası
- Sahədən daxil olan məlumatların və görülmüş işlərin layihə ilə müqayisə edilməsi
- İşlərin gedişi ilə bağlı hesabatların hazırlanması
- AutoCAD, MS Excel, MS Project və digər mühəndislik proqramlarından istifadə
- Texniki problemlərin araşdırılması və onların həlli üçün təkliflərin hazırlanması
- Tender, təklif və satınalma sənədlərinin hazırlanmasında iştirak
- Lazım gəldikdə işlərin əməyin mühafizəsi, keyfiyyət və texniki standartlara uyğunluğunun izlənilməsinə dəstək.
Namizədə tələblər:
- İnşaat mühəndisliyi və ya müvafiq mühəndislik sahəsi üzrə ali təhsil;
- Texniki çertyojları oxumaq və layihə sənədləri ilə işləmək bacarığı;
- AutoCAD və MS Excel proqramlarında işləmək bacarığı;
- Həcm hesablamaları və texniki hesabatların hazırlanması üzrə biliklər;
- Aconex proqramını bilməsi üstünlükdür.
- Komandada işləmək və ünsiyyət bacarığı;
- Məsuliyyətli, diqqətli və dəqiq olmaq;
- Müvafiq sahə üzrə 3-5 il iş təcrübəsi.
İş şəraiti:
- İş qrafiki: Bazar ertəsi – cümə, saat 09:00–18:00;
- İstirahət günləri: şənbə və bazar;
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Texniki mühəndis üzrə bazar adətən 800–1 600 ₼ ödəyir, median — 1 200 ₼.
57 açıq vakansiya, 24 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Texniki mühəndis kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş qrafiki bazar ertəsindən cüməyə saat 09:00–18:00, şənbə və bazar istirahət günləridir.
İş yeri Bakıda yerləşir.
Namizədin inşaat mühəndisliyi və ya müvafiq mühəndislik sahəsi üzrə ali təhsili olmalıdır.
Namizədə müvafiq sahə üzrə 3-5 il iş təcrübəsi tələb olunur.
AutoCAD, MS Excel və MS Project proqramlarında işləməyi bilməlidir.
Aconex proqramını bilməsi üstünlükdür.
Namizədlər öz CV-lərini elektron poçt ünvanına göndərməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarTexniki mühəndis üzrə Bakıda digər açıq elanlar.
Tikinti layihələrinin texniki sənədləşməsini hazırlayır və işlərin icrasını nəzarətdə saxlayır, AutoCAD və MS Excel bilikləri tələb olunur.
Zəif axın sistemlərinin layihələndirilməsi və quraşdırılmasına nəzarət edir, AutoCAD bacarığı tələb olunur.
Texniki mühəndis kimi müştəri tələblərinə uyğun optimal texniki həllər hazırlayır və layihələri idarə edir.




