Tikinti layihələri və sənədlərlə işləyir, smeta və material uçotu üzrə təcrübəsi olmalıdır.
Vakansiya haqqında
“AZ CONSTRUCTION A” MMC Texniki Ofis Mühəndisi vakansiyası elan edir!
“AZ CONSTRUCTION A” MMC tikinti layihələri üzrə komandasına texniki sənədləşmə və layihə işləri sahəsində təcrübəsi olan Texniki Ofis Mühəndisi axtarır!
Vəzifə öhdəlikləri:
- Tikinti işləri üzrə texniki sənədlərin, layihə çertyojlarının və iş həcmlərinin hazırlanması və yoxlanılması;
- Görülmüş işlərin həcmlərinin ölçülməsi, ölçü cədvəllərinin və icra sənədlərinin tərtib edilməsi;
- Materialların silinməsi və istifadəsi üzrə sənədlərin hazırlanması, faktiki sərfiyyatın yoxlanılması və nəzarətdə saxlanılması;
- Anbar üzrə materialların mədaxil və məxaricinin, qalıqlarının və hərəkətinin izlənilməsi;
- Smeta sənədlərinin hazırlanması, yoxlanılması və faktiki görülmüş iş həcmləri ilə müqayisə edilməsi;
- Material sərfiyyatının smeta və layihə göstəricilərinə uyğunluğuna nəzarət;
- Tikinti sahəsindən daxil olan məlumatların sistemləşdirilməsi və müvafiq hesabatların hazırlanması;
- Sahə mühəndisləri, iş icraçıları, anbar və mühasibatlıq şöbəsi ilə koordinasiyalı işin təşkili.
Namizədə tələblər:
- Tikinti mühəndisliyi və ya müvafiq texniki sahə üzrə ali təhsil;
- Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
- Smeta, material sərfiyyatı, silinmə sənədləri və anbar uçotu üzrə bilik və təcrübə;
- AutoCAD, MS Excel və MS Office proqramları ilə işləmək bacarığı;
- Tikinti layihələri, iş həcmləri və texniki sənədlərlə işləmək bacarığı;
- Dəqiqlik, analitik düşüncə və məsuliyyətlilik.
İş şəraiti
- İş yeri: Xocavənd və Ağdam şəhəri
- İş günləri: Həftənin 5 günü
- İş saatları: 09:00–18:00
- Əməkhaqqı: Namizədin bilik və təcrübəsinə uyğun olaraq, müsahibə əsasında müəyyən edilir.
- Rəsmi əmək müqaviləsi
- Peşəkar və işgüzar iş mühiti
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini “Texniki Ofis Mühəndisi” başlığı Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Texniki mühəndis üzrə bazar adətən 800–1 750 ₼ ödəyir, median — 1 200 ₼.
52 açıq vakansiya, 23 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Texniki mühəndis kimi öz maaşını yoxlaMüraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Xocavənd və Ağdam şəhəridir.
İş həftənin 5 günü, saat 09:00–18:00-dır.
Əməkhaqqı namizədin bilik və təcrübəsinə uyğun müsahibə əsasında müəyyən edilir.
Tikinti mühəndisliyi üzrə ali təhsil və minimum 3 il iş təcrübəsi tələb olunur.
AutoCAD, MS Excel və MS Office proqramları ilə işləmək bacarığı tələb olunur.
CV-lərini “Texniki Ofis Mühəndisi” başlığı ilə göndərməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarTexniki mühəndis üzrə Ağdamda digər açıq elanlar.
Tikinti layihələrinin planlaşdırılması və iş qrafiklərinin hazırlanması üzrə texniki mühəndis axtarılır.
Mexanik işlərin sahədə icrasını izləyir və koordinasiya edir, mexaniki sistemlər üzrə bilik tələb olunur.
Avtomatika sistemlərinin quraşdırılması və işə salınmasına nəzarət edir, 3 il təcrübə tələb olunur.



