Daxili istifadəçilərin texniki problemlərini həll edir və şəbəkə avadanlıqlarını konfiqurasiya edir.
Vakansiya haqqında
İş şəraiti
- İş qrafiki: I–VI günlər (Bazar günü – istirahət)
- Əməkhaqqı: 800 – 1200 AZN (namizədin nəzəri bilik və praktiki bacarıq səviyyəsinə əsasən müəyyən olunur)
- Ünvan: Bakı şəhəri
Vəzifə Öhdəlikləri:
- Mühafizə-təhlükəsizlik, videomüşahidə və telekommunikasiya infrastrukturlarının montajı, inteqrasiyası və texniki sazlanması;
- IP və analoq əsaslı videomüşahidə (CCTV) sistemlərinin (NVR, DVR, analitik kameralar) quraşdırılması və şəbəkə konfiqurasiyası;
- Ünvanlı və konvensional yanğın xəbərdarlıq sistemlərinin (FAS) montajı, panel sazlanması və funksional sınaqdan keçirilməsi;
- Giriş-çıxışa nəzarət sistemləri (ACS), biometrik oxuyucular, domofon, turniket və şlaqbaumların quraşdırılması və proqramlaşdırılması;
- Mühafizə-həyəcan siqnalizasiya sistemlərinin (simli və simsiz sensorlar, idarəetmə panelləri) quraşdırılması və rabitə kanallarının sazlanması;
- Kommutasiya şkaflarının (rack cabinet) yığılması, patch-panellərin sonlandırılması və lokal şəbəkənin (LAN) fiziki infrastrukturunun testi;
- İcra olunmuş işlərin texniki tələblərə uyğun təhvil verilməsi.
Tələblər:
- Texniki istiqamətdə (Elektronika, Avtomatika, IT və ya əlaqəli sahələr) təhsil və ya müvafiq sahədə ixtisaslaşma;
- Zəif axın və təhlükəsizlik sistemlərinin montajı və sazlanması üzrə minimum 1–2 il praktiki iş təcrübəsi;
- Baza şəbəkə bilikləri (TCP/IP, subnetting, marşrutlaşdırma və protokollar);
- Təhlükəsizlik avadanlıqlarının konfiqurasiya proqramları ilə işləmək bacarığı;
- Layihə çertyojlarını oxumaq və layihəyə uyğun xətlərin çəkilişini icra etmək bacarığı;
- Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət etmə məsuliyyəti.
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsinə " Zəif Axın Sistemləri üzrə Mütəxəssis / Mühəndis" qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər
Yerləşmə
Bakı
Təcrübə
1–2 il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
800–1 200 ₼
Yerləşdirilib
7 sentyabr 2026
Son tarix
7 oktyabr 2026
Şirkət haqqında
Techart MMC
Tikinti, İxtisaslaşmış tikinti fəaliyyətləri · Baku
Şirkətin fəaliyyət növü siqnalizasiya sistemlərinin quraşdırılmasıdır.
Techart MMC — bütün vakansiyalarMüraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Maaş göstərilməyib
Maaş göstərilməyib
Müəssisə biznes platformalarının texniki mühitini idarə edir və Linux sistem inzibatçılığı biliklərinə malikdir
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib
Şəbəkə avadanlığı və proqram təminatının quraşdırılmasında kömək edən, şəbəkə prinsiplərini bilən mütəxəssis.
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib
Qazma qurğularında elektronika avadanlıqlarının quraşdırılması, sazlanması və texniki xidmətini həyata keçirir, 3 il təcrübə tələb olunur.
Müraciət etAsan müraciətAsan müraciət




