Texniki dizayner kimi məhsulların layihələndirilməsi və texniki sənədləşmə üzrə minimum 2 il təcrübə tələb olunur
Vakansiya haqqında
Əsas vəzifələr
- Müəssisə üzrə maşın/dəzgahlarda texniki avadanlıqların düzgün texniki istismarını, fasiləsiz və yüksək məhsuldarlıqla işləməsini təmin etməklə texnoloji prosesi aparmaq;
- Texniki xəta və problemləri davamlı izləmək, onların yaranma səbəblərini analiz edərək aradan qaldırılması istiqamətində tədbirlər görmək;
- Sistemin təkmilləşdirilməsi üçün analizlər aparmaq, önləyici tədbirlər görmək, cihaz parkının yeniləşdirilməsi və yeni layihələrin icrası üçün təkliflər hazırlamaq;
- Maşınların işə hazırlanmasını, ayrı-ayrı qurğu və birləşmələrin texniki yoxlanılmasını yerinə yetirmək, avadanlığın avtomatika elementlərinin parametrlərinə və möhkəmliyinə nəzarət etmək, zədələri vaxtında üzə çıxarmaq məqsədi ilə testlər və təmir işləri aparmaq;
- Tabeliyində olan personallar arasında iş bölgüsü aparmaq, onların gördükləri işlərin keyfiyyətinə, istehsalat və əmək intizamına, həmçinin təhlükəsizlik qaydalarına riayət etməsinə nəzarət etmək;
- Tabeliyində olan heyəti normal iş şəraiti, lazımi texniki avadanlıq və ehtiyat hissələri ilə təmin etmək;
- İllik kalibrasiya qrafikinin yerinə yetirilməsinə, avadanlıqlarda təmir və sınaq işlərinin təlimatlara uyğun aparılmasına nəzarət etmək, profilaktik və cari təmirləri təşkil etmək;
- Təsdiq olunmuş sənədlərə əsasən təmir işlərinin vaxtında aparılmasını təmin etmək və uyğun sənədlərdə lazımi qeydiyyatları aparmaq.
- İş yeri: Sumqayıt şəhəri
- Nahar şirkət tərəfindən təmin olunur
- Nəqliyyat dəstəyi mövcuddur
Tələblər
- Ali texniki təhsil (Mexanika mühəndisliyi, Proseslərin avtomatlaşdırılması mühəndisliyi, Elektrik mühəndisliyi və ya müvafiq sahə);
- İstehsalat müəssisələrində, texniki/avtomatika sahəsində minimum 1-2 il iş təcrübəsi
- Maşın və dəzgahların iş prinsipləri, avtomatika elementləri, kalibrasiya prosesləri və profilaktik təmir (PM) sistemləri barədə dərin biliklər;
- Texniki heyəti idarə etmə, iş bölgüsü aparma və komandanı motivasiya etmə qabiliyyəti;
- Problemlərin kökünü (Root Cause) tapmaq və önləyici həllər təklif etmək bacarığı;
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Texniki mütəxəssis üzrə bazar adətən 800–1 100 ₼ ödəyir, median — 900 ₼.
33 açıq vakansiya, 14 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Texniki mütəxəssis kimi öz maaşını yoxlaŞirkət haqqında
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azərsun Holdinq" MMC ölkənin qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən qabaqcıl şirkətidir.
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Sumqayıt şəhərindədir.
Texniki/avtomatika sahəsində minimum 1-2 il iş təcrübəsi tələb olunur.
Ali texniki təhsil (Mexanika mühəndisliyi, Proseslərin avtomatlaşdırılması mühəndisliyi, Elektrik mühəndisliyi və ya müvafiq sahə) tələb olunur.
Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçNəqliyyat dəstəyi mövcuddur.
Nahar şirkət tərəfindən təmin olunur.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarTexniki mütəxəssis üzrə Sumqayıtda digər açıq elanlar.
Qaz avadanlıqlarının təmiri və istismarı üzrə iş görür, texniki təhlükəsizlik qaydalarını bilir.
Fiber optik və şəbəkə avadanlıqlarının texniki vəziyyətinə nəzarət edir, 2-3 il təcrübə tələb olunur
Aviaşirkətin proqram təminatına texniki dəstək göstərir və layihələrin inteqrasiyasını həyata keçirir



