Avadanlıq quraşdırılması və texniki problemlərin həlli üzrə iş görür, 1 il təcrübə tələb olunur
Vakansiya haqqında
Tələblər:
- Müvafiq texniki sahə üzrə təhsil;
- Havalandırma və tüstüsovurma sistemləri üzrə texniki biliklər;
- Elektrik, mexaniki avadanlıqlar və avtomatika sistemləri barədə biliklər;
- Tikinti sahəsində iş təcrübəsi üstünlükdür;
- Obyektlərdə mütəmadi sahə yoxlamaları aparmağa hazır olmaq;
- Məsuliyyətli, diqqətli, tələbkar və operativ olmaq;
- Aşkar edilmiş risk və nöqsanları düzgün qiymətləndirmək və onların aradan qaldırılmasını izləmək bacarığı;
- Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyəti.
Vəzifə öhdəlikləri:
- Havalandırma və tüstüsovurma sistemlərinin düzgün və fasiləsiz işləməsinə nəzarət etmək;
- Sistemlərin texniki baxışını, profilaktik xidmətini və təmir işlərini həyata keçirmək;
- Avadanlıqlarda yaranan nasazlıqları müəyyən etmək və aradan qaldırmaq;
- Ventilyatorların, mühərriklərin, hava kanallarının, klapanların və avtomatika sistemlərinin işini yoxlamaq;
- Planlı texniki xidmət işlərini təşkil etmək və icrasına nəzarət etmək;
- Avadanlıqların texniki vəziyyəti barədə hesabatlar hazırlamaq.
İş şəraiti:
- 6 günlük iş qrafiki;
- İş yeri: Bakı şəhəri və şirkətin layihələri;
- Əmək haqqı namizədin bilik, təcrübə və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Texniki mütəxəssis üzrə bazar adətən 650–900 ₼ ödəyir, median — 850 ₼.
13 açıq vakansiya, 6 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Texniki mütəxəssis kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhəri və şirkətin layihələridir.
İş qrafiki həftədə 6 gündür.
Əmək haqqı namizədin bilik, təcrübə və bacarıqlarına uyğun təyin edilir.
Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarTexniki mütəxəssis üzrə Bakıda digər açıq elanlar.
Avadanlıqların texniki xidmətini və təmirini həyata keçirir, 2 il təcrübə tələb olunur
Avadanlıqlara texniki qulluq edir, texniki sahədə təcrübə və sürücülük vəsiqəsi tələb olunur
Zəif cərəyan avadanlıqlarının montajını həyata keçirir və kəsici alətlərdən istifadə bacarığı tələb olunur


