Layihə sənədlərini və hakedişləri yoxlayır, inşaat mühəndisliyi üzrə 3 il təcrübə tələb olunur
Vakansiya haqqında
Əsas vəzifələr
- Tikilən bina və qurğular üzrə layihə sənədlərinə əsasən iş həcmlərinin texniki hesablanmasında iştirak etmək;
- Faktiki görülən işlərin layihə sənədləri ilə müqayisəli təhlilini aparmaq və yerində yoxlamalarda iştirak etmək;
- Aylıq görülən işlər üzrə Forma N-2 sənədlərinin hazırlanmasında texniki məlumatları hazırlamaq və təqdim etmək;
- Görülmüş işlər üzrə işçilik həcmlərini müəyyən etmək və müvafiq hesablamalara dəstək vermək;
- ƏDV (18%) və digər maliyyə hesablamaları üçün texniki əsaslandırmaları hazırlayaraq mühasibatlığa təqdim etmək;
- Anbara daxil olan materialların siyahısını təhlil etmək, norma üzrə sərfiyyat hesablamalarında iştirak etmək;
- Tikintidə istifadə olunan materialların təyinatı üzrə istifadəsinə nəzarətdə iştirak etmək;
- İdxal olunan tikinti materialları üzrə texniki sənədlərin hazırlanmasına dəstək vermək;
- Norma və dəyər göstəriciləri ilə texniki hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
- Müqavilələrin texniki hissəsinin təhlilində iştirak etmək;
- Hər ay üzrə görülmüş işlər, material sərfiyyatı və digər texniki göstəricilər barədə məlumatları toplamaq və hesabat şəklində təqdim etmək;
- Tikinti norma və qaydalarına uyğunluğun təmin olunmasında iştirak etmək;
- Texniki sənədlərin (aktlar, hesabatlar və s.) düzgün və vaxtında hazırlanmasını təmin etmək;
- İş Qrafiki: Bazar ertəsi–Cümə, 09:00–18:00;
- Nahar şirkət tərəfindən təmin olunur
- Nəqliyyat dəstəyi mövcuddur
Tələblər
- Sənaye və mülki tikinti üzrə ali təhsil.
- Sahə üzrə minimum 2–3 il iş təcrübəsi.
- Tikinti normaları (SNiP, SP, AZDTN) üzrə biliklər.
- Texniki hesabatların və icmal arayışların hazırlanması bacarığı.
- MS Excel, Word və AutoCAD proqramlarında işləmə bacarığı (oxuma və təhlil səviyyəsində).
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Texniki mütəxəssis üzrə bazar adətən 800–1 100 ₼ ödəyir, median — 900 ₼.
32 açıq vakansiya, 14 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Texniki mütəxəssis kimi öz maaşını yoxlaŞirkət haqqında
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azərsun Holdinq" MMC ölkənin qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən qabaqcıl şirkətidir.
Müraciətin
Bu vakansiya haqqında suallar
Bazar ertəsi–Cümə, 09:00–18:00 saatları arasında işləmək tələb olunur.
İş günləri bazar ertəsindən cümə gününə qədərdir.
Sənaye və mülki tikinti üzrə ali təhsil və 2-3 il iş təcrübəsi tələb olunur.
Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçŞirkət tərəfindən nahar təmin olunur.
Nəqliyyat dəstəyi mövcuddur.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarTexniki mütəxəssis üzrə Bakıda digər açıq elanlar.
Elektron avadanlıqların texniki xidmətini göstərir və təmir işlərini aparır, 3-5 il təcrübə tələb olunur
Fiber optik və şəbəkə avadanlıqlarının texniki vəziyyətinə nəzarət edir, 2-3 il təcrübə tələb olunur
Aviaşirkətin proqram təminatına texniki dəstək göstərir və layihələrin inteqrasiyasını həyata keçirir




