Marketinq və Satış Mütəxəssisi

AzəriMed MMC

Yerləşmə
Azərbaycan
Məşğulluq
Tam ştat
Əməkhaqqı
1 200–1 700 ₼
Yerləşdirilib
24 iyul 2026
Dillər
English
Son tarix
24 avqust 2026

Vakansiya haqqında

Tələblər:

  • Ali təhsil (Biotibbi/Biomedical ixtisasına üstünlük verilir);
  • Marketinq və satış sahəsində iş təcrübəsi;
  • İngilis dilini yaxşı səviyyədə bilmək (xarici təlim və məhsul təqdimatlarını rahat başa düşmək üçün); (müsahibə ingilis dilində aparılacaq);
  • Güclü ünsiyyət, təqdimat və satış bacarıqları.

Vəzifə öhdəlikləri:

  • Tibbi avadanlıqların marketinq fəaliyyətlərinin həyata keçirilməsi;
  • Məhsulların təqdimatı və tanıtımı;
  • Satış prosesinin idarə olunması və satış hədəflərinin icrası;
  • Yerli və beynəlxalq təlimlərdə iştirak edərək əldə olunan biliklərin tətbiqi.

İş şəraiti:

  • İş qrafiki: 5 günlük iş qrafiki (09:00–18:00)
  • Əmək haqqı: 1200–1700 AZN (namizədin təcrübəsinə uyğun olaraq dəyişir)
  • Satış nəticələrinə əsasən əlavə bonus sistemi mövcuddur
  • Ünvan: Bakı şəhəri, Nərimanov rayonu

Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Marketinq və Satış Mütəxəssisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur.

Əlavə suallar üçün 055-440-74-04 (Whatsapp) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Şirkət haqqında

AzəriMed MMC
İnsan sağlamlığı və sosial xidmətlər, Aptek xidmətləri · 500 + · Baku

Azəri Med MMC Azərbaycanın ən sürətlə inkişaf edən aparıcı tibbi tədarükçülərindən biridir. Son 15 il ərzində dünyanın 40-dan çox ölkəsində səhiyyə şirkətləri ilə əməkdaşlıq edirik və 250-dən artıq saya malik Apteklər Şəbəkəmiz uğurla fəaliyyət göstərir. Biz xəstəxanalar, apteklər və distribyutorları yüksək keyfiyyətli əczaçılıq məhsulları, qida əlavələri, tibbi cihazlar, sərf materialları və digər məhsullarla təmin edirik. Fəaliyyətimizin mərkəzində insan sağlamlığı dayandığı üçün, böyük məsuliyyət tələb edir və biz peşəkar kadrlarımızın köməyi ilə nəinki Bakıda, həm də Azərbaycanın müxtəlif regionlarında bunun öhdəsindən məharətlə gəlirik. Azəri Med MMC-nin sadə və aydın məqsədi var: insanlara daha yaxşı sağlamlıq yolunda dəstəkçi olmaq! Qlobal tərəfdaşlarımız və təcrübəli logistik komandamızın köməyi ilə müştərilərimizin ən yüksək keyfiyyət və sərfəli qiymətlərdən faydalanmasını təmin edirik. Həmçinin, tibbi tələblərin yerli, milli və beynəlxalq səviyyələrdə hər zaman vaxtında qarşılanmasına təminat veririk. Azəri Med MMC Roche Diagnostics GmbH, Pfizer Export B.V, Novartis Pharma Services AG, Philips Medical Systems, Medtronic Trading NL B.V, Sanofi-Aventis SPA, Nature’s Bounty və başqa dünyada tanınan istehsalçılar ilə əməkdaşlıq edir.

AzəriMed MMC — bütün vakansiyalar

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Gold emlakBakıMiddle1 000–2 000 ₼37 gün əvvəl
Client Relationship ManagementPresentation SkillsCustomer Communication
Bütün oxşar vakansiyalar
1 200–1 700 ₼
Marketinq və Satış Mütəxəssisi
Müraciət et