Vakansiya haqqında

“Abşeron Logistika” MMC “Sənədlərlə iş üzrə kiçik mütəxəssis” vəzifəsi üzrə vakansiya elan edir.

Tarixi İpək Yolunun mərkəzində yerləşən Abşeron Logistika Mərkəzi, beynəlxalq standartlara və Azərbaycanda inteqrasiyaya sahib olan ilk özəl logistik mərkəzdir. Rahat və əlverişli yol əlaqəsi terminaldan əsas yol nəqliyyat marşrutlarına birbaşa keçid etməyə və hədəfə tez bir zamanda çatmağa imkan verir. Müasir texnologiyalarla zəngin əməliyyat qabiliyyəti, güclü infrastruktur qurğuları və zamanın tələbinə uyğun yüksək xidmət keyfiyyəti ilə təchiz edilmiş təhlükəsiz, sürətli və davamlı logistik dəstəyi təmin edən peşəkar komandamız mərkəzin əsas kapitalı hesab olunur. Mərkəzin gələcək uğurlarına şərik olmaq istəyən peşəkarları komandamıza dəvət edirik.

Ümumi vəzifə öhdəlikləri:

  • Məlumat bazası ilə işləmək, məlumat bazasını formalaşdırmaq;
  • Sənədlərlə iş, mövcud müqavilə bazası ilə işləmək, bazanı qorumağı öyrənmək;
  • Müqavilələrin tərtibi, rəsmiləşdirilməsi və sənəd dövriyyəsinin təşkili;
  • Sənədlərin sistem üzrə arxivləşdirilməsi və qeydiyyatının aparılması;
  • Sənəd tərtibatının təmin edilməsi.

Namizədə qarşı tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahədə iş təcrübəsi arzuolunandır;
  • Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyətinə malik olmaq;
  • Rus dili biliyi üstünlükdür;
  • MS Office proqramlarında iş bacarığı.

Peşəkarlıq tələbləri:

  • Aktiv, məsuliyyətli və nəticə yönümlü işləmək bacarığı;
  • Yüksək kommunikasiya bacarıqları;
  • Davamlı olaraq nəticələr əldə etmək və şirkətlə birlikdə inkişaf arzusu;
  • Yeni bilik və bacarıqlara yiyələnmək həvəsi, təşəbbüskarlıq;
  • Komandanın üzvü olmaq üçün yeni iş mühiti və kollektivə çevik uyğunlaşmaq bacarığı.

Göstərilən tələblərə uyğun namizədlər linkə keçid edərək - https://career.absheronport.az/ karyera portalımız üzərindən və ya CV formalarını Müraciət et düyməsində qeyd olunan formu doldurub göndərməklə müraciət edə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Sənədlərlə iş üzrə kiçik mütəxəssis” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətçilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır. (Qeyd: Gediş-gəliş üçün nəqliyyat xidməti (servis) göstərilir.)

Yerləşmə
Bakı
Təcrübə
Junior
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
10 sentyabr 2026
Dillər
Azerbaijani, Russian
Son tarix
10 oktyabr 2026

Şirkət haqqında

Abşeron Logistika Mərkəzi
Logistika və yükdaşıma xidmətləri, Nəqliyyat və anbar təsərrüfatı · Baku

Abşeron Logistika Mərkəzi Azərbaycanda inteqrasiyaya sahib olan ilk özəl logistik mərkəzdir. 65,7 ha ərazini əhatə edən mərkəzdə beynəlxalq daşımalar, gömrük, broker, terminal, anbar, qapıdan-qapıya və 3PL xidmətləri göstərilir.

Abşeron Logistika Mərkəzi — bütün vakansiyalar

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Sprachclub
JuniorBakı
Maaş göstərilməyib

Ofis işlərini idarə edir, satış bacarığı və MS Office bilikləri tələb olunur.

ResponsibilityDocumentation ManagementHigher educationMicrosoft Office+6
Müraciət etAsan müraciətAsan müraciət
2 300–2 6005 gün qalıb

Hüquqi sənədləri hazırlayır, hüquqi ekspertiza aparır və ən azı 1 il təcrübə tələb olunur.

Contract DraftingLabor LawPresentation SkillsResponsibility+12
Müraciət etAsan müraciətAsan müraciət
Aztelekom MMC
Middle · 1–3 ilBakı
Maaş göstərilməyib1 gün qalıb

Şirkətin hüquqi məsələlərinə dəstək verir, korporativ hüquq üzrə 1-3 il təcrübəsi tələb olunur.

Contract DraftingAnalytical skillsTeamworkCorporate Law+9
Müraciət et
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Sənədlərlə iş üzrə kiçik mütəxəssis
Müraciət et