Yerləşmə
Azərbaycan
Təcrübə
5+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
24 iyun 2026
Dillər
Azerbaijani
Son tarix
24 iyul 2026

Vakansiya haqqında

İş yeri: Sumqayıt şəhəri

Vəzifə öhdəliyi:

  • Həvalə olunan struktur bölmənin istehsal xətlərinin və avadanlıqların daim işlək vəziyyətində saxlanılması. Avadanlıqlara mütəmadi baxış keçirilməsi, nasazlıqların təmir-bərpa işlərinin görülməsi;

  • Planlı təmir qrafikinə əsasən istehsal xətlərinin və avadanlıqların təmirinə hazırlıq işləri görmək, təmirə lazım olan mal-materialların anbarda mövcud olmasını təşkil etmək, həmçinin anbarda olmayan materialların sifarişinin vaxtında açmaq;

  • Tabeliyində olan təmirçi çilingərlərlə təmir işlərini aparıb, sonda icra tərtib edib xətti və ya avadanlığı istismara təhvil vermək;

  • Təmirçi çilingərlərin nizam-intizam və texniki təhlükəsizlik qaydalarına riayət edilməsənin nəzarətini aparmaq;

  • Maşınqayırma və təmir bərpa işlərin nəzəriyyəsini bilmək;

  • Konstruktor cizgilərini oxunmasını və çəkilməsini bacarmaq.

Namizədə aid tələblər:

  • Ali təhsilin olması üstünlükdür (Texniki sahə üzrə)

  • İstehsalat müəssisəsində 5 ildən çox təcrübə mütləqdir

İş qrafiki:

  • 5 günlük iş qrafiki

  • İş saatı: 09:00-18:00

  • Əmək haqqı: Namizədin bilik və bacarığına əsəsən təyin olunur

Üstünlüklərimiz:

  • Nahar təminatı

  • Servis təminatı

  • Könüllü tibbi sığorta

  • Korporativ nömrə və danışıq limiti

Şirkət haqqında: Müəssisə 1999 - cu ildə təsis edilmişdir. Hazırda öz fəaliyyət sahələri istiqamətində Azərbaycan bazarında əhəmiyyətli yer tutmaqdadır. Gündəlik istehlak məhsullarına olan təlabatın təmin edilməsi məqsədi ilə üç böyük zavodu fəaliyyətdədir. Sumqayıt mərkəzi üzrə iki zavod, Şəmkir mərkəzi üzrə bir zavod mövcuddur. Markanın məhsullarını istehsal edən "Bismak" zavodu 06.04.2004 - cü il, “Çörəkçi” zavodu isə 14.01.2013 - cü ildə təsis edilmişdir. Zavodlarda ümumi 241 sayda məhsul çeşidi istehsal edilməkdədir.

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Azərbaycan Respublikasının Dövlət Ehtiyatları AgentliyiBakıManager24 gün əvvəl
Technical InspectionPreventive MaintenanceMechanical Engineering
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Mexanik
Müraciət et