Bacarıqlar və texnologiyalar
Vakansiya haqqında
İşin təsnifatı:
- Mexaniki avadanlıqların, nasosların, su təchizatı və kanalizasiya sistemlərinin texniki baxışının həyata keçirilməsi;
- Planlı profilaktik baxım və cari təmir işlərinin icrası;
- Nasazlıqların diaqnostikası və operativ aradan qaldırılması;
- Yeni avadanlıqların quraşdırılmasında iştirak;
- Ehtiyat hissələri və materiallara olan tələbatın müəyyən edilməsi;
- Görülmüş işlər üzrə hesabatların hazırlanması;
- Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət edilməsi;
- Mütəmadi olaraq texniki xidmət üçün tələb olunan mal və materialların siyahısını hazırlamaq;
- Minimum anbar ehtiyatının təmin edilməsi və hesabatın hazırlanması;
- Yeni əmlakların və avadanlıqların təhvil –təslimi prosesində iştirak edilməsi;
Tələblər:
- Müvafiq və oxşar sahə üzrə təhsil və biliklər;
- Müvafiq sahə üzrə minimum 3-5 il iş təcrübəsi;
- Təhlükəsiz iş yerinin yaradılması və iş prosedurları üzrə əsas biliklər;
- Səliqəli, nizam-intizamlı və məsuliyyətli;
İş şəraiti:
- İş rejimi: 5 günlük
- İş yeri: Qəbələ şəhəri
Şirkət haqqında

Foton MMC – Dəyər üzərində qurulmuş xidmət mədəniyyəti

Foton MMC, yüksək səviyyəli bina idarəetməsi və istismarı xidmətlərini təmin edən ixtisaslaşmış şirkətdir. Şirkətimizin əsas vəzifəsi – mükəmməl xidmət keyfiyyəti, operativ dəstək və təhlükəsizlik əsaslı yanaşma tətbiq etməklə regionlarda yerləşən yaşayış sahələrində sabit və davamlı idarəetmə mühiti yaratmaqdır.

Foton, öz fəaliyyətini maksimum diskretlik, peşəkarlıq və etibarlılıq prinsipləri üzərində qurur. Geniş fəaliyyət sahəsinə texniki istismar, təmizlik, landşafta qulluq, təhlükəsizlik, CAPEX/OPEX layihələrinin idarə olunması daxildir.

VİZYONUMUZ

Yaşayış binalarında kompleks idarəetmə və texniki istismarı effektiv sistem çərçivəsində birləşdirərək, təhlükəsizlik, dayanıqlılıq və operativliyi təmin edən innovativ və etibarlı xidmət modeli formalaşdırmaq.

MİSSİYAMIZ

İdarəetmədə olan yaşayış və xidməti sahələrdə fasiləsiz texniki istismar, təhlükəsizliyi yüksək məsuliyyət və peşəkarlıqla həyata keçirməklə funksional və dayanıqlı istismar mühitinin saxlanılmasına və davamlı inkişafına töhfə vermək.

FOTON MMC 400 nəfərdən ibarət ixtisaslı işçi heyəti ilə fəaliyyət göstərir.

Foton — bütün vakansiyalarBacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.