Dənizdə mexaniki avadanlıqların təmiri və texniki xidmətini idarə edir, 3 il təcrübə tələb olunur.
Vakansiya haqqında
- Texniki xidmət (Maintenance) komandasının gündəlik fəaliyyətini təşkil etmək, idarə etmək və iş bölgüsünü təmin etmək;
- Zavodun istehsal avadanlıqlarının fasiləsiz, təhlükəsiz və səmərəli işləməsini təmin etmək;
- İstehsal avadanlıqlarına müntəzəm texniki baxışların keçirilməsini, planlı profilaktik xidmət və təmir işlərinin vaxtında icrasını təmin etmək və nəticələrini izləmək;
- Planlaşdırılmamış nasazlıqlara operativ müdaxiləni təşkil etmək, təmir işlərini xidmət səviyyəsi razılaşmalarına (SLA), istehsal ehtiyaclarına və müəyyən edilmiş prioritetlərə uyğun idarə etmək;
- Avadanlıqlarda yaranan nasazlıqların əsas səbəblərini müəyyənləşdirmək, təkrarlanmasının qarşısını almaq və etibarlılığın artırılması üçün qabaqlayıcı tədbirlər görmək;
- Avadanlıqların dayanma müddətini azaltmaq, texniki xidmətin səmərəliliyini və istehsal prosesinin davamlılığını artırmaq;
- Texniki xidmət işlərinin keyfiyyət, əməyin mühafizəsi, sənaye təhlükəsizliyi və müvafiq ISO standartlarının tələblərinə uyğun aparılmasını təmin etmək;
- Ehtiyat hissələrinin, texniki materialların və alətlərin ehtiyacını müəyyənləşdirmək, onların səmərəli istifadəsinə və mövcudluğuna nəzarət etmək;
- Texniki xidmət üzrə qeydlərin, təmir hesabatlarının və avadanlıqların texniki tarixçəsinin düzgün aparılmasını təmin etmək;
- Texniki xidmət göstəricilərini (KPI), o cümlədən avadanlıqların dayanma müddətini, nasazlıqların təkrarlanma tezliyini və təmirə sərf olunan vaxtı izləmək və təhlil etmək;
- Komanda üzvlərinin peşəkar inkişafını, bilik və bacarıqlarının artırılmasını, həmçinin təhlükəsiz iş vərdişlərinin formalaşdırılmasını təşviq etmək;
- İstehsal, Keyfiyyətə Nəzarət (QA), Mühəndislik və digər aidiyyəti şöbələrlə sıx əməkdaşlıq etmək, texniki problemlərin operativ həllini əlaqələndirmək;
- Texniki xidmət proseslərinin təkmilləşdirilməsi və avadanlıqların iş səmərəliliyinin artırılması üzrə təşəbbüslər irəli sürmək.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
"Zireh" Məhdud Məsuliyyətli Cəmiyyəti " Azərsilah" Qapalı Səhmdar Cəmiyyətinə tabe müəssisə. Qabaqcıl korporativ idarəetmə təcrübəsi tətbiq edilməklə rəqabətə davamlılığının, maliyyə-təsərrüfat fəaliyyətində dayanıqlılığın artırılması…
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərində yerləşir.
İş saatları və iş günləri barədə məlumat verilməyib.
Müraciət üsulu qeyd olunub, lakin sənədlər barədə məlumat yoxdur. Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçTexniki xidmət komandasının idarə olunması, avadanlıqların fasiləsiz işləməsinin təmin olunması və təmir işlərinin təşkili əsas vəzifələrdəndir.
Bəli, komandanın peşəkar inkişafı və idarə olunması tələb olunur.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarTexniki xidmət meneceri üzrə Bakıda digər açıq elanlar.
Texniki sistemlərin fasiləsiz işləməsini təmin edir və texniki komandaları koordinasiya edir.
Avadanlıqların təmiri və texniki xidmətini idarə edir, 7 ildən çox təcrübə tələb olunur.
Yük nəqliyyat vasitələrinin təmir sexində qeydiyyat və sənədləşmə işlərini aparır, dəqiqlik tələb olunur.



