Vakansiya haqqında

SOCAR-da karyeranıza doğru ilk addım

Vakansiyanın təsviri:

Vəzifə haqqında məlumatlar:

Müəssisə: SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi, Salyan Regional Qaz İstismarı İdarəsi

Struktur vahidi: İmişli rayonu üzrə Qəza-bərpa, texniki baxış və təmir-bərpa xidməti

İş yeri: (İmişli şəhəri)

Vəzifənin adı: Usta

Dərəcə: (ƏÖD) 09

Vəzifə maaşı: 888,00 AZN (vergi və digər ödənişlər daxil olmaqla)

Nahar ödənişi: SOCAR-ın müvafiq qərarına əsasən hər faktiki işlədiyi iş gününə görə 5 AZN yemək xərci ödənilir.

İş rejimi: Tam iş vaxtı (5 günlük iş həftəsi, həftədə 40 saat)

İş yerinin ünvanı: İmişli şəhər, M.Əzizbəyov küçəsi 1

Vəzifə funksiyaları:
  • Yerüstü və yeraltı qaz xətlərinin inspeksiyası, texniki baxışı və yerində qaynaqla təmir işlərinə rəhbərlik etmək;
  • QTŞ və digər qaz avadanlıqlarının texniki vəziyyətinə və yararlılığına nəzarət etmək;
  • Qaz sızmalarını, xətt və dayaqlardakı nasazlıqları aşkar etmək, aradan qaldırılması üçün tədbirlər görmək və məlumatları sənədləşdirmək;
  • Qaz xətlərinin yivli və qaynaq birləşmələrinin kipliyini qazanalizator və digər vasitələrlə yoxlamaq;
  • Qəza və ciddi nöqsanlar aşkar edildikdə aidiyyəti qəza-dispetçer xidmətlərinə məlumat vermək və qəzanın aradan qaldırılmasını təşkil etmək;
  • Plan və qrafiklərə uyğun olaraq qaz xətlərinin texniki baxış və təmir işlərinin aparılmasına nəzarət etmək, podratçılar tərəfindən yerinə yetirilmiş layihələrə baxış keçirmək və görülmüş işlərin keyfiyyətini yoxlamaq;
  • Qaz təsərrüfatı obyektlərində tikinti, yenidənqurma, əsaslı və cari təmir işlərini təşkil etmək və qaz sayğaclarının quraşdırılmasına nəzarət etmək;
  • Təhlükəli işlərin plan, əməyin təşkili layihəsi və tapşırıq-icazə vərəqəsi əsasında aparılmasını təmin etmək;
  • Qaz təsərrüfatının texniki vəziyyətinin uçotunu, pasportlaşdırılmasını, sənədləşmə və hesabat işlərini aparmaq;
  • Təbii qazdan istifadə qaydalarının pozulması hallarında qazın verilməsinin dayandırılması və qaz itkisinin qarşısının alınması üçün tədbirlər görmək;
  • Əməyin mühafizəsi, texniki, elektrik və yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsinə nəzarət etmək.
Bilməlidir:
  • Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 09 iyul tarixli 206 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nı;
  • “Qaz təsərrüfatında texniki istismar qaydaları”nı;
  • “Qaz təsərrüfatında texniki təhlükəsizlik qaydaları” nı;
  • "Qaz xətlərinin sxemlərinin oxunması"nı;
  • Əməyin mühafizəsi, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını;
  • SOCAR tərəfindən təsdiq olunmuş “Azərbaycan neft sənayesində əməyin mühafizəsinin Vahid İdarəetmə Sistemi”ni;
  • “Tikinti Norma və Qaydaları”nı.
Təhsil və iş təcrübəsinə dair tələblər:
  • Müvafiq ixtisas sahəsi üzrə ali təhsil olduqda 1 il müvafiq sahə üzrə iş təcrübəsi,
  • Orta ixtisas təhsili olduqda 3 il müvafiq sahə üzrə iş təcrübəsi,
  • Ali və ya orta ixtisas təhsili müvafiq ixtisas sahəsi üzrə olmadıqda 5 il müvafiq sahə üzrə iş təcrübəsi.
Digər məlumatlar:
  • Tibbi sığorta - təmin edilir;
  • İş yerinə çatdırılma - təmin edilmir.
  • Son müraciət tarixi: 30 noyabr 2026

SOCAR ailəsinə qoşulmaqla siz peşəkar inkişaf, yeni təcrübələr, öyrənmə və karyera imkanları əldə edir, böyük və dinamik komandanın bir hissəsinə çevrilirsiniz. Bizi birləşdirən təhlükəsizlik, vahid komanda, hesabatlılıq, davamlı inkişaf və qayğı dəyərlərini paylaşaraq gələcəyimizi birlikdə formalaşdırırıq.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Salyan, M.Əzizbəyov küçəsi 1
Təcrübə
1–5 il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
888 ₼
Yerləşdirilib
25 noyabr 2026
Son tarix
30 noyabr 2026
Baxış
101

Maaş bazarla müqayisədə

Texniki xidmət üzrə texnik üzrə bazar adətən 800–1 200 ₼ ödəyir, median — 1 000 ₼.

bu vakansiya · 888 ₼
adətən bu qədər ödəyirlərnadir hallardabu vakansiya

21 açıq vakansiya, 14 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

Texniki xidmət üzrə texnik kimi öz maaşını yoxla

Şirkət haqqında

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

İş yeri İmişli şəhəri, M.Əzizbəyov küçəsi 1 ünvanındadır.

Tam iş vaxtı, 5 günlük iş həftəsi, həftədə 40 saat işlənir.

Vəzifə maaşı 888 ₼, vergi və digər ödənişlər daxil olmaqladır.

Hər faktiki işlədiyi iş gününə görə 5 ₼ yemək xərci ödənilir.

Tibbi sığorta təmin edilir.

Ali təhsil varsa 1 il, orta ixtisas təhsili varsa 3 il, ixtisas sahəsi uyğun deyilsə 5 il iş təcrübəsi tələb olunur.

Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Texniki xidmət üzrə texnik üzrə Salyanda digər açıq elanlar.

Otel
Bakı
800–900₼

Otaqlarda təmir və bərpa işləri aparır, əsasən santexnika və texniki baxış tələb olunur

Technical InspectionPlumbingRepairInstallation+2
Müraciət et
Unimak
Mütəxəssis · 2–3 ilBakı
1 200₼

İsitmə, soyutma və nasos sistemlərinin texniki baxışını və təmirini həyata keçirmək üçün 2-3 il təcrübə tələb olunur

Technical InspectionDiagnosticsMechanical MaintenanceElectrical Maintenance+4
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
1 000–1 300₼

Liftlərin elektrik və mexaniki nasazlıqlarını aradan qaldırmaq üçün elektromexanik bilik tələb olunur

Technical InspectionTeamworkElectromechanical maintenanceTroubleshooting+1
Müraciət et
Shusha Hospitality Group MMC
Yeni başlayan · 1–3 ilŞuşa
700–800₼

Texniki avadanlıqların saz vəziyyətdə saxlanmasını təmin etmək və nasazlıqları aradan qaldırmaq tələb olunur

Preventive MaintenanceElectrical MaintenancePlumbingTechnical Equipment Maintenance+3
Müraciət et
Bütün oxşar vakansiyalar
888 ₼
Usta
Müraciət et