Bacarıqlar və texnologiyalar
Vakansiya haqqında
🏢 La Casa Dei Sogni komandamıza Tikinti mühəndisi axtarırıq!
Əgər mənzil və layihələrin daxili təmir proseslərinin idarə olunması, təmir işlərinə texniki nəzarət və işçi heyətinin koordinasiyası üzrə təcrübəniz varsa, sizi komandamıza qoşulmağa dəvət edirik.
🧭 Vəzifə öhdəlikləri:
Mənzil və müxtəlif layihələr üzrə daxili təmir işlərinin təşkili və koordinasiyasını həyata keçirmək;
Mənzillərin və layihələrin daxili təmir prosesinə başlanğıcdan sona qədər nəzarət etmək;
Təmir işlərinin layihə və dizayn həllərinə uyğun icrasını təmin etmək;
Elektrik, santexnika, su-kanalizasiya, suvaq, malalama, boya, döşəmə, kafel-metlax, gipskarton və digər daxili təmir işlərinin icrasına nəzarət etmək;
Usta və işçi heyətinin fəaliyyətini koordinasiya etmək və iş bölgüsü aparmaq;
Təmir işlərinin keyfiyyətinə, texniki tələblərə və müəyyən edilmiş iş qrafikinə uyğun yerinə yetirilməsinə nəzarət etmək;
İstifadə olunan tikinti və təmir materiallarının keyfiyyətini və düzgün tətbiqini yoxlamaq;
Təmir üçün tələb olunan materialların miqdarının müəyyənləşdirilməsində və sifarişlərin hazırlanmasında iştirak etmək;
Görülən işlərin həcmini və keyfiyyətini yoxlamaq, aşkar olunan çatışmazlıqların aradan qaldırılmasını təmin etmək;
Podratçı və subpodratçıların işlərini koordinasiya etmək və onların fəaliyyətinə nəzarət etmək;
Təmir prosesinin mərhələləri üzrə hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
Təmir işlərinin vaxtında və keyfiyyətli şəkildə tamamlanmasını təmin etmək.
🎯 Namizədə tələblər:
İnşaat mühəndisliyi və ya müvafiq texniki ixtisas üzrə ali təhsil;
Daxili təmir və tikinti sahəsində iş təcrübəsi;
Mənzil və kommersiya layihələrinin daxili təmir prosesləri üzrə praktiki biliklər;
Təmir işlərinin mərhələləri və texnologiyası barədə yaxşı anlayış;
MS Office proqramlarında işləmək bacarığı;
Texniki çertyoj və layihələri oxuma bacarığı;
Usta və işçi heyətinin idarə edilməsi və koordinasiyası bacarığı;
Məsuliyyətli, diqqətli, operativ və nəticəyönümlü olmaq.
📍 İş yeri: Bakı şəhəri, Xətai rayonu, Ağ Şəhər
🕘 İş qrafiki: 09:00-18:00
💰 Əmək haqqı: Namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə əsasında müəyyən ediləcək.
📩 Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində "Tikinti mühəndisi" qeyd etməklə office@lacasa.az elektron poçt ünvanına göndərə bilərlər.
❗ Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
