Bacarıqlar və texnologiyalar
Vakansiya haqqında
İşin təsviri:
- Topoqrafiya-geodeziya işlərinin planlaşdırılması və təşkili;
- Təlimatlarla və normalarla tənzimlənən topoqrafik işlərin görülməsi;
- Planlaşdırılmış və hesablanmış texniki işlərin qeydiyyatının aparılması;
- Geodeziya və Mühəndislik alətlərindən istifadə etməklə xəritələrin hazrlanmasında tətbiq ediləcək nöqtələri müəyyən etmək;
- Topogeodeziya işlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə tədbirlər cədvəlinin və çöl nəzarət cədvəlinin tərtibi;
- Müxtəlif miqyaslı xəritələrin tərtib edilməsi, topoqrafiq və xüsusi xəritələrin (planların) hazırlanması, xəritə və sənədlərin sürətlərinin çıxarılması, çoxaldılmasının yerinə yetirilməsi;
- Kartoqrafiq işlərin dəqiqliklərini nizamlayan normativ sənədlərin və başqa normativ standartlar fondunun tətbiqi üzrə işlərin yerinə yetirilməsi;
- Xəritələrin tətbiqində və onların hazırlanmasında planın yerinə yetirilməsi haqqında məlumatların toplanması və səhmana salınması, vacibliyi lazım olan avadanlıqların qeydiyyatının aparılması;
Namizədə tələblər:
- Ali təhsil;
- İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 3 il;
- Topoqrafik alətlər ilə işləmə bacarığı;
- Dil bilikləri: Azərbaycan dili (əla), inigilis və rus dilləri arzuolunandır;
- Kompüter bilikləri: MS Office və Autocad proqramlarını yaxşı dərəcədə bilməli;
- Müddətdən asılı olmayaraq ezamiyyətə açıq olmaq;
- Diqqətli və məsuliyyətli olmaq;
- Planlama və təşkilatçılıq qabiliyyəti;
İş şəraiti:
- İş rejimi: 6 gün.
- Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır.
Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.
Şirkət haqqında
2009-cu ildən “Az-Caspian CONSTRUCTION” adıyla öz uğurlu fəaliyyətinə başlamış şirkətimiz bugünə qədər etibarlılıq və dürüstlük kimi dəyərlərə əsasalanaraq bir çox böyük layihəyə imza atıb. Bu gün “Az-Caspian CONSTRUCTION” ölkəmizin ən güvənli və keyfiyyətli tikinti şirkətlərindəndir. Şirkətimiz qarşısına qoyduğu məqsədlərə artıq böyük uğurla çatmış və bundan sonrakı fəaliyyətində də bu kursu davam etdirmək əzmindədir. Tam spektrda xidmət göstərən şirkətimiz, memari layihələrin yaradılması, mühəndislik hesablamaların aparılması, innovativ texnologiyalar, materiallar və unikal istehsalat imkanlarının istifadəsiylə keçirilən tikinti işlərindən başlayaraq interyer və landşaft dizaynına qədər istənilən mürəkkəblikdə məsələləri həll edir.
Az-Caspian Construction — bütün vakansiyalarBacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

