Sahə və torpaq ölçmələri aparır, texniki sənədləri başa düşür və survey proqramlarından istifadə edir.
Vakansiya haqqında
“Nardaran İnvest” MMC “Geodeziya / Topoqrafiya Mühəndisi” vakansiyasını elan edir!
Sahə işlərində təcrübəsi olan, topoqrafik ölçmələr və xəritələşdirmə üzrə praktiki bacarıqlara malik mütəxəssis axtarırıq.
Vəzifə öhdəlikləri:
- Ərazi üzrə geodezik və topoqrafik təhlillər aparmaq, obyektləri, qurğuları və digər ərazi elementlərini yüksək dəqiqliklə ölçmək;
- Topoqrafik çəkilişləri (syomka) həyata keçirmək və nəticələr əsasında obrislər hazırlamaq;
- Müxtəlif miqyaslı xəritələr, topoqrafik planlar və xəritə materialları hazırlamaq;
- Şəhərsalma və digər layihələr üçün topoqrafik məlumatlar hazırlamaq;
- Relyef məlumatları ilə işləmək, rəqəmsal relyef modellərinin və həcm hesablamalarının hazırlanmasında iştirak etmək;
- Topoqrafik ölçmələr aparmaq, xəritələşdirmə və ərazi məlumatlarını təhlil etmək;
- Total Station, GPS/GNSS və digər geodezik ölçmə avadanlıqlarından peşəkar şəkildə istifadə etmək;
- Sahə ölçmələrindən əldə olunan məlumatları AutoCAD və digər müvafiq proqram təminatlarına köçürmək və emal etmək;
- Ölçmə nəticələri əsasında texniki hesabatlar, planlar və digər təqdimat materialları hazırlamaq;
- Layihə ərazisində baş verən dəyişiklikləri və işlərin gedişatını mütəmadi izləmək;
- Aşkar edilmiş dəyişikliklər, uyğunsuzluqlar və irəliləyişlər barədə layihə rəhbərliyinə vaxtında məlumat vermək;
- Ölçmə və hesablamaların dəqiqliyinə, həmçinin hazırlanmış texniki sənədlərin layihə tələblərinə uyğunluğuna nəzarət etmək.
Namizədə tələblər:
- Geodeziya və Xəritəçilik mühəndisliyi və ya müvafiq sahə üzrə ali təhsil — arzuolunandır;
- Analoji vəzifə üzrə minimum 5 il iş təcrübəsi;
- AutoCAD proqramında sərbəst işləmə bacarığı;
- Total Station və GPS/GNSS avadanlıqları ilə peşəkar işləmə bacarığı;
- Topoqrafik ölçmələr, xəritəçəkmə və geodeziya sahəsində geniş nəzəri və praktiki biliklər;
- Topoqrafik məlumatların emalı, təhlili və texniki hesabatların hazırlanması bacarığı;
- Relyef və həcm hesablamaları ilə işləmək bacarığı;
- Sahə ölçmələrini dəqiq və operativ şəkildə həyata keçirmək bacarığı;
- Texniki sənədləşdirmə və hesabatların hazırlanması üzrə bacarıqlar;
- Komanda daxilində işləmək və layihə rəhbərliyi ilə effektiv kommunikasiya qurmaq bacarığı.
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Geodeziya / Topoqrafiya Mühəndisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Topoqraf üzrə bazar adətən 700–1 500 ₼ ödəyir, median — 750 ₼.
6 açıq vakansiya, 10 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Topoqraf kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş Bakıda yerləşir.
Minimum 5 il sahə işləri üzrə təcrübə tələb olunur.
İş saatları və günləri barədə məlumat verilməyib.
AutoCAD proqramında sərbəst işləmə bacarığı tələb olunur.
Total Station və GPS/GNSS avadanlıqları ilə peşəkar işləmə bacarığı tələb olunur.
CV-ni mövzu hissəsində “Geodeziya / Topoqrafiya Mühəndisi” qeyd etməklə göndərmək lazımdır. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarTopoqraf üzrə Bakıda digər açıq elanlar.
Tikinti layihələrində topoqrafik və geodezik ölçmələr aparır, AutoCAD və MS Office bilikləri tələb olunur.
Geodeziya işlərini yerində icra edir və tikinti prosesində texniki nəzarət aparır.
Tikinti layihələrində ölçmə işlərinə kömək edən, Geodeziya üzrə bakalavr tələb olunur.




