Topoqrafiya və geodeziya işləri aparır, AutoCAD və Civil 3D proqramlarında işləmə bacarığı tələb olunur.
Vakansiya haqqında
Vellmechs MMC şirkəti inşaat sektorunda binalarda İsitmə, Soyutma, Havalandırma (HVAC), Zəif Axın (ELV), Elektrik Güc sistemləri, Yanğınla mübarizə sistemlərinin layihələndirilməsi, quraşdırılması və servisi işlərini həyata keçirməkdədir.
Vəzifə öhdəlikləri:
- MEP (mexaniki, elektrik və santexnika) işləri üzrə topoqrafik ölçmələrin aparılması;
- Layihə çertyojlarına əsasən ölçmə və nişanlama işlərinin yerinə yetirilməsi;
- Avadanlıq və kommunikasiya xətlərinin layihəyə uyğun yerləşdirilməsinə nəzarət;
- Ölçmə nəticələrinin yoxlanılması və müvafiq hesabatların hazırlanması;
- Tikinti işlərinin layihə və texniki tələblərə uyğunluğunun təmin edilməsində iştirak.
Tələblər:
- Müvafiq sahə üzrə iş təcrübəsi;
- Topoqrafik ölçmə cihazları ilə işləmək bacarığı;
- MEP layihələrini və texniki çertyojları oxumaq bacarığı;
- Məsuliyyətli, diqqətli və komandada işləmək bacarığı.
İş şəraiti:
- Əməkhaqqı: 1400–2000 AZN (təcrübə və biliklərə əsasən);
Əgər tələblərə cavab verirsinizsə, CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz. Məktubun mövzu hissəsində “Topoqraf” qeyd etməyiniz xahiş olunur
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
Topoqraf üzrə bazar adətən 800–1 700 ₼ ödəyir, median — 1 250 ₼.
11 açıq vakansiya, 19 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Topoqraf kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakıda yerləşir.
Əməkhaqqı 1400–2000 manat arasında dəyişir.
CV göndərilməlidir, məktubun mövzu hissəsində “Topoqraf” qeyd olunmalıdır. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçMüraciət üçün son tarix 23 noyabr 2026-cı ildir.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarTopoqraf üzrə Bakıda digər açıq elanlar.
Tikinti sahəsində topoqrafik və geodeziya ölçmələrini aparmaq üçün 10 il təcrübə tələb olunur.
Pivot suvarma sistemlərinin yerləşim planlarını AutoCAD-də hazırlamaq və topoqrafik ölçmələr aparmaq.
Təsdiq edilmiş çertyojlara uyğun sahə ölçmə işlərini aparır və ölçmə avadanlıqlarını idarə edir.



