Vakansiya haqqında

Əsas vəzifələr

  • Tikinti ərazisində ilkin topoqrafik və geodeziya ölçmə işlərini aparmaq, ərazinin mövcud vəziyyətini və relyefini öyrənmək;
  • Layihə sənədlərini, istinad nöqtələrini (reperləri), koordinat və yüksəklik məlumatlarını yoxlamaq, aşkar edilmiş uyğunsuzluqlar barədə birbaşa Xəritə mühəndisinə məlumat vermək;
  • Elektron taxeometr (Leica TS09+, TS07, TS03 və digər modellər), GNSS/GPS qəbuledicisi və nivelir vasitəsilə ölçmələri müstəqil və dəqiq aparmaq;
  • Tikinti oxlarını layihə koordinatlarına uyğun olaraq sahəyə köçürmək, bünövrə və konstruksiya elementlərinin layihə göstəricilərinə uyğunluğunu yoxlamaq;
  • Sahədə aparılan ölçmələrin dəqiqliyini yoxlamaq, zəruri hallarda təkrar və nəzarət ölçmələri aparmaq;
  • Ölçmələr zamanı yaranan bağlanma xətalarını təhlil etmək, nəticələrdə aşkar edilmiş uyğunsuzluqlar barədə birbaşa rəhbərinə vaxtında məlumat vermək;
  • AutoCAD və Civil 3D proqramlarında topoqrafik planları hazırlamaq və redaktə etmək;
  • Ölçmə məlumatlarını emal etmək, koordinat və yüksəklik məlumatlarını sistemləşdirmək;
  • İcra geodeziya çəkilişlərini (As-built survey) hazırlamaq və layihə ilə faktiki vəziyyət arasındakı fərqləri müəyyən etmək;
  • Ölçmə nəticələrini tələb olunan formatlarda (DWG, DXF, TXT və s.) hazırlamaq və təqdim etmək;
  • Fəaliyyətini layihə sənədlərinə, texniki normativlərə və şirkətin daxili qaydalarına uyğun həyata keçirmək.

Tələblər

  • Geodeziya və xəritəçilik, mühəndis-geodeziya və ya müvafiq sahə üzrə ali təhsil — arzuolunandır;
  • Topoqraf və ya mühəndis-geodeziya işləri üzrə minimum 3 il iş təcrübəsi;
  • Elektron taxeometr (Total Station), GNSS/GPS qəbuledicisi və nivelir cihazları ilə işləmək bacarığı;
  • Leica TS09+, TS07, TS03 və digər geodeziya cihazları ilə işləmək təcrübəsi;
  • Tikinti sahəsində geodeziya ölçmələrinin aparılması, koordinatların sahəyə köçürülməsi və yüksəklik göstəricilərinin yoxlanılması üzrə praktiki biliklər;
  • Topoqrafik planların hazırlanması, relyef çəkilişlərinin aparılması və ölçmə məlumatlarının emalı üzrə bacarıqlar;
  • AutoCAD və Civil 3D proqramlarında işləmək bacarığı;
  • İcra geodeziya çəkilişlərinin (As-built survey) hazırlanması və layihə ilə faktiki vəziyyət arasındakı fərqlərin müəyyən edilməsi üzrə biliklər;
  • Ölçmələrin dəqiqliyini yoxlamaq, nəzarət ölçmələrini aparmaq və ölçmə xətalarını təhlil etmək bacarığı;
  • Komandada işləmək və Xəritə mühəndisi ilə effektiv kommunikasiya qurmaq bacarığı.
  • Əməkhaqqı: 1600–2000 AZN;
  • İş yeri: Nardaran qəsəbəsi, Sea Breeze;
  • Nahar və nəqliyyat xidməti şirkət tərəfindən təmin edilir.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Bakı, Nardaran qəsəbəsi, Sea Breeze
Təcrübə
3+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
1 600–2 000 ₼
Yerləşdirilib
4 noyabr 2026
Son tarix
4 dekabr 2026
HRX ilə müraciət
3
Baxış
197

Maaş bazarla müqayisədə

Topoqraf üzrə bazar adətən 800–1 700 ₼ ödəyir, median — 1 500 ₼.

bu vakansiya · 1 600–2 000 ₼
adətən bu qədər ödəyirlərnadir hallardabu vakansiya

10 açıq vakansiya, 23 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

Topoqraf kimi öz maaşını yoxla

Şirkət haqqında

Sea Breeze Resort & Residences
Real Estate · Bakı
Sea Breeze Resort & Residences — bütün vakansiyalar

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV

Faylı yükləPDF, 8 MB-a qədər

CV-niz artıq HRX-dədirsə, faylı yükləmək lazım deyil — nömrənizi təsdiqləyin, onu özümüz qoşacağıq.

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

İş yeri Nardaran qəsəbəsində, Sea Breeze Resort & Residences-dədir.

Əməkhaqqı 1600–2000 ₼ aralığındadır.

Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.

Müraciət formasına keç

Minimum 3 il iş təcrübəsi tələb olunur.

AutoCAD və Civil 3D proqramlarında işləmək bacarığı tələb olunur.

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Topoqraf üzrə Bakıda digər açıq elanlar.

North West
Təcrübəli mütəxəssis · 5+ ilBakı
Maaş göstərilməyib1 gün qalıb

Topoqrafik və geodeziya işlərini aparır, Autocad və GIS proqramlarında təcrübə tələb olunur.

CartographyAutoCADArcGISTopographic Survey+11
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
1 000–1 500₼

Pivot suvarma sistemlərinin yerləşim planlarını AutoCAD-də hazırlamaq və topoqrafik ölçmələr aparmaq.

AutoCADTopographyGeodesyField Measurement
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar
1 600–2 000 ₼
Topoqraf
Müraciət et