Tikinti layihələrinin xərclərinə nəzarət edir və minimum 5 il təcrübə tələb olunur
Vakansiya haqqında
İş şəraiti
- Əmək haqqı: 2500 – 3000 AZN (Namizədin bilik və təcrübəsinə əsasən müəyyən edilir)
- İş qrafiki: Tam iş günü
Vəzifə öhdəlikləri:
- Layihə sənədləri və cizgilər əsasında iş həcmləri cədvəllərinin (BOQ) dəqiq hesablanması və tərtib edilməsi;
- Tikinti-quraşdırma işləri üzrə smeta sənədlərinin (forma 2, forma 3, resurs metodu və s.) hazırlanması və yoxlanılması;
- Tender sənədlərinin texniki və maliyyə hissələrinin smeta baxımından analiz edilməsi;
- Podratçı və təchizatçı təkliflərinin qiymətləndirilməsi, bazar qiymətlərinin araşdırılması və xərclərə nəzarət;
- Layihə dəyişiklikləri zamanı əlavə iş həcmlərinin və smeta fərqlərinin vaxtında sənədləşdirilməsi.
Namizədə dair mütləq tələblər:
- Yaş həddi: 30 – 35 yaş
- Ali təhsil (İnşaat mühəndisliyi və ya əlaqəli texniki sahə üzrə);
- Tikinti sektorunda smeta mühəndisi kimi minimum 3–5 il real iş təcrübəsi;
- İş həcmləri cədvəlini və smetanı sıfırdan, sərbəst şəkildə hazırlamaq bacarığı;
- AutoCAD və MS Excel (yüksək səviyyədə, mürəkkəb cədvəl və funksiyalarla işləmə) proqramlarını mükəmməl bilmək;
- Tikinti norma və qaydalarını (AzDTN, SNiP) bilmək;
- İşində son dərəcə dəqiq, məsuliyyətli, çalışqan və tələbkar olmaq;
- Gərgin iş rejimində və son tarixlərlə (deadline) işləmək bacarığı.
Ünvan - Ofis / Svetlana Məmmədova 203c
Müraciət qaydası (Vacib qeyd):
- Yalnız yuxarıda qeyd olunan tələblərə tam cavab verən, tikinti sahəsində real təcrübəsi olan ciddi namizədlərin müraciət etməsi xahiş olunur. Tələblərə uyğun gəlməyən CV-lərə baxılmayacaq.
Əlaqə 0512059867
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş qrafiki tam iş günüdür.
Əmək haqqı 2500 – 3000 ₼ aralığında, namizədin təcrübəsinə əsasən müəyyən edilir.
Namizədin yaşı 30 – 35 arasında olmalıdır.
Ali təhsil, İnşaat mühəndisliyi və ya əlaqəli texniki sahə üzrə olmalıdır.
Tikinti sektorunda smeta mühəndisi kimi minimum 3–5 il real iş təcrübəsi tələb olunur.
Yalnız tələblərə cavab verən namizədlər CV-lərini elektron poçt vasitəsilə göndərməlidirlər. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarXərclərə nəzarət üzrə mühəndis üzrə Bakıda digər açıq elanlar.
Layihə sənədləri əsasında smeta hazırlamaq və yoxlamaq üçün 7 il təcrübəli aparıcı mühəndis.
Tikinti işlərinə nəzarət edir, layihəyə uyğunluq və minimum 5 il təcrübə tələb olunur
Tikinti mühəndisi olaraq oteldə təmir işlərinə rəhbərlik etmək və podratçıları əlaqələndirmək tələb olunur




