Gündəlik və aylıq xərcləri izləyir, təhlil edir və katerinq sahəsində 2 il təcrübəsi olur.
Vakansiya haqqında
İş yeri: Dövlət qurumu (İşğaldan azad olunmuş ərazi)
Vəzifə öhdəlikləri:
- Tikinti, bərpa və yenidənqurma layihələri üzrə büdcənin formalaşdırılması, xərclərə nəzarət edilməsi və xərc uçotunun aparılması;
- Layihə üzrə faktiki xərclərin smeta dəyəri və təsdiq olunmuş büdcə ilə müqayisəli təhlilinin aparılması, kənarlaşmaların aşkar edilməsi və səbəblərinin araşdırılması;
- İcraçı təşkilatlar tərəfindən təqdim olunan yerinə yetirilmiş işlərin təhvil-təslim aktlarının (Forma 2 sənədlərinin) yoxlanılması;
- Tikinti materialları, avadanlıqlar və xidmətlər üzrə xərclərin optimallaşdırılması istiqamətində təkliflərin hazırlanması;
- Layihələrin icra qrafikinə uyğun olaraq maliyyə və xərc axınlarının izlənilməsi, proqnozların tərtib edilməsi;
- Ehtiyat və gözlənilməz xərclərin idarə olunması, əlavə işlər üzrə maliyyə qiymətləndirmələrinin aparılması;
- Aylıq, rüblük və illik xərc hesabatlarının, büdcə icra vəziyyəti haqqında arayış və təhlillərin rəhbərliyə təqdim olunması;
- Layihə üzrə aidiyyəti şöbələrlə sıx əməkdaşlıq edərək xərclərə operativ nəzarət mexanizminin tətbiq edilməsi.
Namizədə tələblər:
- İnşaat mühəndisliyi və ya tikintinin iqtisadiyyatı sahəsində ali təhsil;
- Tikinti sahəsində (smeta və xərclərə nəzarət istiqamətində) ən azı 3–5 il iş təcrübəsi;
- Tikinti norma və qaydalarını, xərclərə nəzarət prinsiplərini dərindən bilməli;
- AutoCAD, MS Office (xüsusilə peşəkar səviyyədə Excel) proqramlarında sərbəst işləmək bacarığı;
- Analitik düşüncə, rəqəmlərlə və maliyyə göstəriciləri ilə işləmək bacarığı, yüksək məsuliyyət və peşəkar sənəd intizamı.
Təklif olunur:
- Stabil əmək haqqı (müsahibə əsasında, 1500-2000 AZN);
- Peşəkar inkişaf;
- Dövlət layihələrində iştirak etmək imkanı.
Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər Azərbaycan dilində olan CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına, mövzu hissəsində “Xərclərə nəzarət üzrə mühəndis” yazmaqla göndərə bilərlər. Seçim müsahibə yolu ilə aparılır.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakıda yerləşir.
Tikinti sahəsində 3-5 il iş təcrübəsi tələb olunur.
Əmək haqqı 1500-2000 manat aralığındadır.
İş saatları və günləri barədə məlumat verilməyib.
AutoCAD və MS Office, xüsusilə Excel proqramlarında sərbəst işləməlidir.
Azərbaycan dilində CV göndərilməlidir, mövzu hissəsində “Xərclərə nəzarət üzrə mühəndis” yazılmalıdır. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarXərclərə nəzarət üzrə mühəndis üzrə Bakıda digər açıq elanlar.
Layihə büdcələrinin icrasına nəzarət edir və EVM metodologiyası üzrə təcrübəsi olmalıdır.
Binalarda elektrik sistemlərinin layihələndirilməsi və quraşdırılması üzrə işləri idarə etmək üçün elektrik mühəndisi tələb olunur.
Tikinti layihələrinin planlaşdırılması və iş qrafiklərinin hazırlanması üzrə texniki mühəndis axtarılır.




