Yanğından mühafizə sistemlərinin elektrik hissəsinin layihələndirilməsi və texniki istismarı üzrə mühəndislik işləri görür, 3 il təcrübə tələb olunur.
Vakansiya haqqında
Şirkətimiz yanğın xəbərverici sistemlərin layihələndirilməsi, quraşdırılması və istismarına nəzarət edəcək Yanğın Xəbərverici Sistemləri üzrə Baş mütəxəssis axtarır. Namizəd sistemlərin auditinin aparılması, layihələrin texniki idarə edilməsi, quraşdırma və təhvil proseslərinə nəzarət, risklərin müəyyənləşdirilməsi və texniki hesabatların hazırlanmasını həyata keçirəcək.
- Yanğın xəbərverici sistemlər üzrə audit yoxlamalarını təşkil etmək və aparmaq;
- Layihələrin icrasına və texniki tələblərə uyğunluğuna nəzarət etmək;
- Yanğın xəbərverici sistemlərin layihələndirilməsində iştirak etmək və texniki həlləri qiymətləndirmək;
- İş həcmlərini müəyyənləşdirmək və texniki iş təsvirlərini hazırlamaq;
- Texniki tələbləri və ehtiyacları müəyyənləşdirmək, müvafiq həllər üzrə təkliflər vermək;
- Yanğın xəbərverici sistemlərin quraşdırılması, texniki xidməti, konfiqurasiyası və şəbəkə bağlantıları üzrə texniki sənədləri hazırlamaq və nəzarətdə saxlamaq;
- Sistemlərin istismarına nəzarət etmək və texniki məlumatları təqdim etmək;
- Layihələr üzrə riskləri müəyyənləşdirmək, qiymətləndirmək və aidiyyəti şəxsləri məlumatlandırmaq;
- Yanğın xəbərverici sistemlərin quraşdırılması və təhvil prosesinə nəzarət etmək;
- Sistemlərin audit nəticələrini və texniki vəziyyətini qiymətləndirərək hesabatlar hazırlamaq;
- Avadanlıq və materiallara olan tələbatı müəyyənləşdirmək, sifariş prosesinə nəzarət etmək;
- Hesabat və texniki məruzələri hazırlamaq, nəticələri təhlil etmək və təkmilləşdirmə tədbirləri üzrə təkliflər vermək;
- İşlərin təhlükəsizlik norma və standartlarına uyğun həyata keçirilməsinə nəzarət etmək;
- Görülən işlərin və texniki proseslərin düzgün sənədləşdirilməsini təmin etmək.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
Facility Management Group ofis və yaşayış binası, biznes və ticarət mərkəzləri və digər müxtəlif təyinatlı daşınmaz əmlakın idarə edilməsini həyata keçirən aparıcı şirkətdir.
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərində yerləşir.
Müraciət üçün son tarix 6 noyabr 2026-cı ildir.
İş saatları və günləri barədə məlumat verilməyib.
Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarYanğın təhlükəsizliyi üzrə mühəndis üzrə Bakıda digər açıq elanlar.
Yanğın təhlükəsizliyi layihələrini qiymətləndirir və AutoCAD, Excel bilikləri tələb olunur
Yanğın siqnalizasiya və avtomatik yanğınsöndürmə sistemlərinin texniki baxışını və layihələndirilməsini həyata keçirir.
Yanğın təhlükəsizliyi qaydalarına nəzarət edir və riskləri qiymətləndirmək bacarığı tələb olunur.



