Vakansiya haqqında

Vəzifənin məqsədi

  • 1C konfiqurasiyaları (mühasibat, kadrlar, uçot, ERP) istifadəçi ehtiyaclarını təhlil edərək onları funksional və texniki tapşırıqlara çevirmək, biznes proseslərinin avtomatlaşdırılması və optimallaşdırılması üzrə həllər hazırlamaq, həmçinin istifadəçilər və proqramçılar arasında effektiv koordinasiyanı təmin etmək. Məqsəd şirkətin əməliyyat fəaliyyətinin səmərəliliyini artırmaq, uçot proseslərinin düzgünlüyünü təmin etmək və informasiya sistemlərinin inkişafına dəstək verməkdir.

İşin təsviri:

  • 1C konfiqurasiyaları (mühasibat, kadrlar, uçot, ERP) istifadəçilərindən tələblərin toplanması və təhlili
  • Biznes proseslərinin təsviri və 1C proqramçılarına tapşırıqların verilməsi
  • Təkmilləşdirmə və inteqrasiyalar üçün texniki tapşırıqların (TT) hazırlanması
  • İstifadəçilərə məsləhət verilməsi, təlimin keçirilməsi və təlimatların hazırlanması
  • 1C ilə xarici sistemlər arasında inteqrasiyaların layihələndirilməsində iştirak
  • Təkmilləşdirmələrin sınaqdan keçirilməsi və tapşırıqların qəbul edilməsi
  • Görülən işlər üzrə hesabatların hazırlanması

Tələb olunanlar:

  • Təhsil: İnformasiya Texnologiyaları, Tətbiqi Riyaziyyat, Kompüter Elmləri, Biznesin İdarə Edilməsi, İqtisadiyyat və ya əlaqəli sahələr üzrə ali təhsil;
    Iş təcrübəsi: 1C analitiki kimi minimum 3 il iş təcrübəsi;
  • 1C konfiqurasiyalarından ən azı ikisi üzrə iş təcrübəsi və tətbiqi məntiqini bilmək (KA, ERP, BP, ZUP);
  • 1C 8.3 platformasının əsas arxitekturası və obyektləri üzrə biliklər (sənədlər, məlumat kitabçaları, registrlər və s.);
  • SQL üzrə baza bilikləri və məlumatların təhlili bacarığı;
  • Jira, Confluence və ya analoji layihə idarəetmə sistemləri ilə işləmə təcrübəsi;
  • Mühasibat, vergi, kadr və anbar uçotu prosesləri barədə biliklər;
  • Dil bacarıqları: Azərbaycan və Rus dillərində səlis yazılı və şifahi ünsiyyət bacarığı, İngilis dili üstünlükdür

İş şərtləri

  • İş qrafiki: 09:00–18:00
  • Məşğulluq növü: tam ştat / 5 iş günü

Biz təklif edirik:

  • Rəqabətli əmək haqqı
  • Stabil və peşəkar iş mühiti
  • Karyera və peşəkar inkişaf imkanları

Əgər vakansiya Sizə maraqlıdırsa, CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.

Yerləşmə
Azərbaycan
Təcrübə
3+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
30 iyul 2026
Dillər
Azerbaijani, Russian, English
Son tarix
30 avqust 2026

Şirkət haqqında

AS Group
Construction · Baku
AS Group — bütün vakansiyalar

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

PROSYS LLC
Middle · 3+ ilBakı
Maaş göstərilməyib

Biznes prosesləri analiz edir, texniki tapşırıqlar hazırlayır və proqram təminatını test edir, minimum 3 il təcrübə tələb olunur

Business Process AnalysisQuality ControlJiraBusiness Process Modeling+9
Müraciət etAsan müraciətAsan müraciət
Bütün oxşar vakansiyalar
Göstərilməyib
1C analitik
Müraciət et