Vakansiya haqqında

ALARNA — mühasibat uçotunun avtomatlaşdırılması, eləcə də istehsal, pərakəndə və maliyyə təşkilatları üçün kompleks proqram həllərinin hazırlanması və tətbiqi sahəsində 20 ildən artıq təcrübəyə malik konsaltinq şirkətidir.

Genişlənən komandamıza qoşulacaq, kadr uçotu və əməkhaqqı proseslərini 1C platformasında müştərilərin real layihələrində qurmaq, tətbiq etmək və istifadəçilərə dəstək göstərmək istəyən “Kadrlar üzrə 1C məsləhətçi” axtarırıq.

Əsas vəzifə öhdəlikləri

  • Müştərilərin kadr uçotu və əməkhaqqı proseslərini təhlil etmək, biznes tələbləri toplamaq və sənədləşdirmək;
  • 1C:Əməkhaqqı və personalın idarə edilməsi (1C:ZUP) və ya 1C:ERP sistemlərinin kadr uçotu modulunun müştərilərdə tətbiqini və qurulmasını təmin etmək;
  • Təşkilati struktur, ştat cədvəli, işçi məlumatları və digər normativ-məlumat bazasının sistemə daxil edilməsi və ya köçürülməsi işlərini aparmaq;
  • İşə qəbul, başqa işə keçirmə, əmək müqaviləsinə dəyişiklik, məzuniyyət, ezamiyyət və xitam əməliyyatlarının 1C-də düzgün əks olunmasını təmin etmək;
  • İş vaxtının uçotu, əməkhaqqı hesablanması, vergi və sosial ödənişlərin Azərbaycan qanunvericiliyinə uyğun qurulmasında iştirak etmək;
  • ƏMAS altsistemi ilə məlumat mübadiləsinin qurulması, məlumatların yoxlanılması və uyğunlaşdırılması işlərini həyata keçirmək;
  • Əmrlər, əmək müqavilələri, arayışlar və hesabatların çap formalarının qurulması və təkmilləşdirilməsi üzrə tapşırıqlar vermək;
  • Texniki tapşırıqlar, funksional tələblər, metodoloji sənədlər və istifadəçi təlimatları hazırlamaq;
  • Sistemin qəbul testlərini aparmaq, yaranan xətaları araşdırmaq və proqramçılarla birgə həll etmək;
  • İstifadəçilər üçün təlim və konsultasiyalar keçirmək, tətbiqdən sonrakı dəstək xidmətini göstərmək;
  • Əmək qanunvericiliyindəki dəyişikliklərə uyğun olaraq 1C konfiqurasiyalarının yenilənməsində və yoxlanılmasında iştirak etmək.

Namizədə dair tələblər

  • İnsan resurslarının idarə edilməsi, iqtisadiyyat, hüquq, informasiya texnologiyaları və ya əlaqəli ixtisas üzrə ali təhsil;
  • Kadr uçotu və ya əməkhaqqı sahəsində minimum 2 il iş təcrübəsi;
  • 1C:ZUP və ya 1C:ERP (kadr və əməkhaqqı modulları) sistemlərində istifadəçi və ya məsləhətçi səviyyəsində praktiki təcrübə;
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsi və əmək münasibətlərini tənzimləyən normativ hüquqi aktlar üzrə biliklər;
  • İşə qəbul, əmək müqaviləsinə dəyişiklik, xitam, məzuniyyət və ezamiyyət proseslərinin sənədləşdirilməsi üzrə praktiki bilik;
  • Əməkhaqqı hesablanması, vergi və sosial sığorta (DSMF) ödənişləri üzrə biliklər;
  • ƏMAS altsistemində işləmək bacarığı;
  • Biznes proseslərin təhlili və sənədləşdirilməsi bacarığı;
  • MS Office proqramlarında, xüsusilə Excel-də işləmək bacarığı;
  • Rus dili biliyi (yazılı və şifahi), 1C interfeysi, sənədləşməsi və texniki ədəbiyyatla rus dilində işləmək bacarığı;
  • Yazılı və şifahi kommunikasiya, komanda ilə işləmək və problem həll etmə bacarıqları.

Üstünlük hesab olunur

  • 1C üzrə peşəkar sertifikat;
  • 1C:ZUP üzrə praktiki layihə təcrübəsi;
  • 1C:ERP üzrə əmək haqqı və kadr uçotu modulu haqqında bilik;
  • Əmək haqqı hesablanması və kadr uçotu üzrə konsultant kimi iş təcrübəsi;
  • Kadr uçotu və əməkhaqqı proseslərinin avtomatlaşdırılması layihələrində iştirak təcrübəsi;
  • Konsaltinq və ya IT şirkətində, müxtəlif sahələrdə fəaliyyət göstərən müəssisələrlə iş təcrübəsi;

Şəxsi keyfiyyətlər

  • Məsuliyyətlilik və dəqiqlik;
  • Detallara diqqət və sistemli yanaşma;
  • Analitik düşüncə və təşəbbüskarlıq;
  • Məxfi məlumatlarla işləmək etikası;
  • Müştəriyönümlülük və effektiv ünsiyyət;
  • Komandada işləmək və yeni bilikləri öyrənməyə həvəs.

Biz nə təklif edirik?

  • Stabil və inkişaf edən konsaltinq şirkətində iş imkanı;
  • Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
  • Müxtəlif şirkətlər üzrə real kadr uçotu və 1C layihələrində iştirak;
  • 1C sertifikatlaşdırma üçün təlim və mentorluq dəstəyi;
  • Peşəkar və dinamik komanda ilə iş;
  • Rəsmi əmək müqaviləsi;
  • İş qrafiki: Bazar ertəsi – Cümə, 09:00–18:00.
  • Əməkhaqq, namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə zamanı müəyyən ediləcək.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Bakı, Xətai r., Xocalı pr. 37, Demirçi Tower
Təcrübə
2+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
19 noyabr 2026
Dillər
Russian
Son tarix
19 dekabr 2026
HRX ilə müraciət
1
Baxış
250

Maaş bazarla müqayisədə

İşəgötürən məbləği göstərməyib. 1C proqramçı üzrə bazar adətən 600–1 000 ₼ ödəyir, median — 750 ₼.

adətən bu qədər ödəyirlərnadir hallarda

4 açıq vakansiya, 20 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

1C proqramçı kimi öz maaşını yoxla

Şirkət haqqında

Alarna MMC
Konsaltinq xidmətləri, Maliyyə xidmətləri və fintex · Bakı
Alarna MMC — bütün vakansiyalar

“ALARNA” şirkəti mühasibat uçotunun avtomatlaşdırılması, həmçinin istehsal, pərakəndə və maliyyə təşkilatları üçün kompleks proqram həllərinin hazırlanması sahəsində 15 ildən artıq təcrübəyə malik müasir konsaltinq şirkətidir.

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV

Faylı yükləPDF, 8 MB-a qədər

CV-niz artıq HRX-dədirsə, faylı yükləmək lazım deyil — nömrənizi təsdiqləyin, onu özümüz qoşacağıq.

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

İş qrafiki bazar ertəsindən cüməyə, saat 09:00-dan 18:00-dəkdir.

Bəli, rəsmi əmək müqaviləsi təklif olunur.

İş yeri Bakı şəhərindədir.

İnsan resursları, iqtisadiyyat, hüquq, informasiya texnologiyaları və ya əlaqəli ixtisas üzrə ali təhsil tələb olunur.

Kadr uçotu və ya əməkhaqqı sahəsində minimum 2 il iş təcrübəsi tələb olunur.

Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

1C proqramçı üzrə Bakıda digər açıq elanlar.

AKBIS
Bakı
1 500₼

1C proqram təminatının funksionallığını idarə edir və biznes tələblərini təhlil edir.

AccountingTesting1CLegislation knowledge+3
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
ABV
Təcrübəli mütəxəssis · 5–7 ilBakı
Maaş göstərilməyib

1C proqram təminatını inkişaf etdirmək və texniki dəstəyi təmin etmək üçün 5-7 il təcrübə tələb olunur

1C Programming1CSQLDatabase Management+4
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
600₼2 gün qalıb

1C proqramında məlumatları emal edir, satışları analiz edir və hesabatlar hazırlayır.

1CData AnalysisReport PreparationMicrosoft Excel+2
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
RS Global MMC
MütəxəssisBakı
1 200₼

Mühasibat və vergi hesabatlarını hazırlamaq üçün təcrübəli baş mühasib tələb olunur

Accounting1CFinancial ReportingTax Accounting+3
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Kadrlar üzrə 1C məsləhətçi
Müraciət et